Bakıda NATO-nun təlim kursu keçirilir

 

Avqustun 19-da Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində NATO–nun Birləşmiş Komandanlığının mobil təlim qrupu tərəfindənƏldə hazırlanan partlayıcı qurğular”la mübarizə mövzusunda təlim başlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazirliyin mühəndis xidmətinin bir qrup zabiti üçgünlük təlim kursuna cəlb olunub. Təlimin ilk günü hərbi tərəfdaşlıq digər mövzuların təqdimatı ilə yadda qalıb.

Keçirilən kursda mühəndis xidmətinə cavabdeh zabitlər hərbi biliklərini təkmilləşdirəcəklər. Təlim zamanı “Əldə hazırlanan partlayıcı qurğuların törətdiyi fəsadlar və bu qurğulara qarşı müdafiə sistemlərinin təhlili” və digər mövzular üzrə seminarlar keçiriləcək.

 

Azərbaycan. - 2014.- 20 avqust.- S. 1.