Gəncə həqiqətən ölkəmizin ən gözəl şəhərlərindən biridir

 

”Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Sumqayıtdan Gəncə-Şəmkir-Göygöl marşrutu ilə ekskursiyaya gələn qrupun tərkibində bu şəhərin “Təfəkkür” liseyinin XI sinif şagirdi Oktay Məmmədov da var.

Sumqayıtlı şagird bizimlə söhbətində indiyədək Bakıdan başqa Azərbaycanın digər yerlərində olmadığını deyib. “Yaşadığım Sumqayıt şəhəri də gözəldir. Ancaq ölkəmizin gözəlliklərini, onun qədim mədəniyyəti və adət-ənənələrini yaşadan digər bölgələrdə də olmaq mənim çoxdankı arzum idi. İndi sevinirəm ona görə ki, bu arzuma çatdım. Şair Nizaminin yurdunu öz gözlərimlə gördüm. Ekskursiya zamanı şəhərdəki yeniliklərlə də tanış olduq. Gəncə həqiqətən ölkəmizin ən gözəl şəhərlərindən biridir. Mənə və yoldaşlarıma gəlib Gəncəni, eləcə də Şəmkiri və Göygölü görmək imkanı yaradan dövlət başçımız İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

 

Azərbaycan. - 2014.- 19 avqust.- S. 7.