«Əsrin müqaviləsi»nə çatdıran yollar

 

Dənizin dibində qərar tutan "qara qızıl",  sönməz mavi alov mənbələridir. Bu sərvəti üzə çıxarmaq üçün insan öz hünəri ilə dalğaların qoynuna baş vurur. Hələ keçən əsrin birinci yarısından bu xəzinəni üzə çıxarmağa başlayıb. "Pirallahı"da estakadalar qurub. "Bahar"da "Qum-dəniz"də özüllər quraşdırıb, "Neft Daşları"nda dünyanı heyrətə gətirən şəhər salıb.

Lakin dəniz yalnız cəsurları sevir. Bu dəli dalğaların qoynunda hər kəs dözüm gətirə bilməz. Dənizin qoynunda polad dirəklər və özüllər üzərində hünər göstərən məhz polad iradəli Azərbaycan neftçisidir. İndi "Azəri-Çıraq-Günəşli"yə, "Şahdəniz"ə qovuşan da  keçən əsrdən başlayaraq həmin estakada və özüllərdən Azərbaycan neftçisinin bəriyə doğru atdığı körpülər, saldığı yollardır.

 

Azərbaycan. - 2014.- 21 avqust.- S. 1.