Bizə yaradılan şəraitdən çox razıyıq

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya biz məktəblilərə Vətənimizi daha yaxından tanımağa geniş imkanlar açıb. Biz getdiyimiz bölgələrin maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqla bərabər, həm də özümüzə yeni dostlar tapırıq.

Bu sözləri Astara şəhərindəki 2 nömrəli orta məktəbin XI sinif şagirdi Maya Nağdızadə AzərTAc-a müsahibəsində dedi. Bildirdi ki, Gəncəyə səfərimiz qrupumuzun bütün üzvlərinin ürəyincədir. İki gündür ki, burdayıq. Əhval-ruhiyyəmiz də çox yaxşıdır. Bizə yaradılan şəraitdən çox razıyıq. Gəncənin tarixi barədə öyrəndiklərimiz sevincimizi ikiqat artırır.

Gəncə ilə tanış olduqdan sonra bu qənaətə gəldik ki, dahi şairimiz Nizami Gəncəvinin XII əsrdə ilham alaraq yazıb-yaratdığı bu qədim şəhər nəinki tarixi, eyni zamanda, bu günü ilə də fəxr edə bilər. Söz yox ki, bütün bu gözəlliklər dövlətimizin başçısının gündəlik diqqət və qayğısı sayəsində yaradılıb.

 

Azərbaycan. - 2014.- 22 avqust.- S. 4.