"Mexaniki nəqliyyat vasitələrinin onların qoşqularının müəyyən edilmiş  qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 287             Bakı şəhəri, 20 avqust 2014-cü il

 

 "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 953-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 may tarixli 172 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 3, maddə 195; 2001, ¹ 10, maddə 663; 2003, ¹ 6, maddə 342; 2006, ¹ 5, maddələr 463, 472, ¹ 9, maddə 822, ¹ 10, maddə 902, ¹ 11, maddə 989; 2008, ¹ 2, maddələr 116, 125, ¹ 8, maddə 782; 2009, ¹ 6, maddə 491; 2010, ¹ 8, maddə 764; 2011, ¹ 5, maddə 454; 2012, ¹ 2, maddə 185, ¹ 5, maddə 486; 2013, ¹ 5, maddə 574, ¹ 6, maddə 747,

¹ 8, maddə 1001; 2014, ¹5, maddə 551) ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də aşağıdakı  dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.8-3-cü bənd əlavə edilsin:

"2.8-3. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından (həmçinin təkrar dövlət qeydiyyatından) keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu yaşadığı ünvanı, mobil telefon nömrəsini olduğu halda elektron ünvanını sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli həmin məlumatlar dəyişdikdə onları üç gün ərzində yeniləməlidirlər. Həmin məlumatlar verilmədiyi halda nəqliyyat vasitəsi dövlət qeydiyyatına alına bilməz. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi məlumatların telefon, poçt internet vasitəsilə elektron qaydada verilməsi yenilənməsi üçün müvafiq imkanların olmasını təmin etməlidir.".

2. 4-cü hissə üzrə:

2.1. aşağıdakı məzmunda 4.2-1-ci bənd əlavə edilsin:

"4.2-1. Bu Əsasnamənin 1.2-ci bəndinin 1-ci yarımbəndində nəzərdə tutulmuş nəqliyyat vasitəsini başqa regionda təkrar dövlət qeydiyyatından keçirmək üçün müraciət edildikdə, nəqliyyat vasitəsinin yeni regionda qeydiyyata alınması əvvəlki region üzrə dövlət qeydiyyatını ləğv edir.";

2.2. 4.3-1-ci bəndin birinci cümləsində "təsdiq edilməsi barədə məlumatı" sözləri "təsdiq edilməsi barədə, habelə bu Əsasnamənin 2.8-3-cü bəndində nəzərdə tutulmuş məlumatları" sözləri ilə əvəz edilsin.

 

Yaqub Eyyubov,

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 1.