Kənd təsərrüfatı naziri Tovuzda ölkənin qərb bölgəsindən olan vətəndaşları qəbul etdi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 22-də Tovuz şəhərində Gədəbəy, Şəmkir, Tovuz, QazaxAğstafa rayonlarından olan vətəndaşları qəbul etdi.

Qəbula gələn vətəndaşlar əsasən cins mal-qaranın alınması, kənd təsərrüfatı texnikası ilə təminat, istehsal olunan məhsulun satılmasında qarşıya çıxan problemlər, subartezian quyularının qazılması, üzümçülüyün inkişafı, dövlət dəstəyi ilə iri heyvandarlıq komplekslərinin yaradılması, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər etdilər.

Nazirliyin müvafiq qurumlarının iştirakı ilə keçirilən qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildi, qaldırılan məsələlərin bir çoxu yerində həll olundu. Həmçinin vətəndaşları narahat edən məsələlərin qanunvericiliyə uyğunmümkün qədər qısa müddətdə həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verildi. Nazirliyin səlahiyyətinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alındı.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 5.