Naxçıvan MR-də sənayenin inkişaf mərhələləri

 

Bizim gələcək sənaye inkişafımızla bağlı böyük planlarımız vardır. Azərbaycan yüksək texnologiyaları ilə özünü göstərəcəkdir. Azərbaycan müasir sənaye ölkəsinə çevriləcəkdir. Yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılacaqdır".

 

İlham ƏLİYEV

 

Sənaye ictimai istehsalın formasından asılı olmayaraq cəmiyyətin sosial-iqtisadi inkişafının istiqamətinin, bütünlükdə iqtisadi tərəqqinin başlıca aparıcı sahəsidir və müasir dövrdə də bu sahə öz rolunu nəinki saxlayır, əksinə getdikcə gücləndirir ("Sənaye" ərəbcə "sənətlər" mənasını verir. Latın sözü "industriya" isə hərfi mənada "fəaliyyət" deməkdir). Birləşmiş Millətlər Təşkilatının statistika sistemində bütün iqtisadiyyat 3 iri bölməyə (sektora) ayrılır. Burada sənaye ikinci bölmədə yer alır və bu bölməyə sənaye sahələri (tikinti, emal, energetikas.) aiddir. Sənaye bütövlükdə maddi istehsalın sükançısı rolunu oynayır. Başqa sözlə desək, bazar münasibətləri şəraitində sənaye iqtisadi inkişafda aparıcı sahə olaraq qarşısında duran funksiyaları buya digər dərəcədə reallaşdırır.

Ölkəmizdə də sənayenin inkişafı daim xüsusi diqqət mərkəzindədir. O cümlədən Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafında sənaye  əsas hərəkətverici qüvvə hesab olunur. Bu sahə cəmiyyətin, istehsalın, bütünlükdə iqtisadiyyatın maddi-texniki bazasının yaradılması, inkişaf etdirilməsi və möhkəmləndirilməsində həlledici rol oynayır, onun tərkibində çox böyük və zəruri keyfiyyət dəyişikliklərinin baş verməsini və qərarlaşmasını təmin edir.

Naxçıvan Muxtar Respublikasında bütün sahələr kimi, sənayenin inkişafı üçün də ötən illər çox görülmüş, mühüm nailiyyətlər qazanılmışdır. Bu uğurların bünövrəsi ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana  rəhbər seçilməsi ilə qoyulmuşdur. Həmin dövrdən başlayaraq Naxçıvan MR-də sənaye məhsulları, xüsusən duz, molibden, sink, mineral sular, ipək xammalı, tikinti materialları, şərab, meyvə konservləri və s. istehsalı artmağa başladı. Özü də həmin məhsulların əksəriyyətinin istehsalı əsasən yerli xammala əsaslanırdı. Başqa bir fakt: muxtar respublika sənayesinin inkişafı üçün 1970-1985-ci illərdə 900 milyon manat (sovet rublu) əsaslı vəsait sərf olunmuş, bunun nəticəsində 783 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. Araz çayı üzərində İran ilə birgə Elektrik Stansiyası, TikişAlt trikotaj fabrikləri, yeni Mineral su doldurma və Şüşə qabları zavodları, Taxıl məhsulları kombinatı, Dəmir-beton məhsulları müəssisəsi məhz həmin dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilib işə salınmışdır. O illər  həmçinin Naxçıvan Muxtar Respublikasında Şahtaxtı daş karxanası, Kərpic zavodu istifadəyə verilmiş, bütünlükdə 16 sənaye müəssisəsi,  o cümlədən Naxçıvan Xalça kombinatı, Şərur Konserv zavodu, ikinci Dəmir-beton zavodu fəaliyyətə başlamışdır.

Naxçıvan MR-in 90 illiyinə həsr olunmuş təntənəli mərasimdə muxtar respublika Ali Məclisinin Sədri Vasif Talıbov çıxışında demişdir: "Naxçıvanın muxtariyyət statusu ötən 90 il ərzində burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına şərait yaratmışdır". Bu inkişafı isə şərti olaraq 5 mərhələyə bölmək olar: 1924-1969-cu, 1969-1987-ci, 1982-1983-cü, 1993-2003-cü illər və 2003-cü ildən sonrakı dövr.

Muxtariyyətin ilk mərhələsində iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin dirçəlməsi və qərarlaşması üzrə xeyli görülmüş, onun daha çox texniki əsaslar üzərinə keçirilməsinə diqqət yetirilmişdir. Həmin illər Ordubad rayonunda Konserv zavodu və İpək fabriki işə salınmış, Şərur rayonunda Pambıqtəmizləmə zavodu fəaliyyətə başlamış, Naxçıvan şəhərində yeni Pambıqtəmizləmə zavodu tikilmiş, duz mədəni bərpa olunaraq istismara verilmişdir. Həmçinin bir çox yeyintiyüngül sənaye müəssisələri də o illərdə inşa olunmuşdur. Muxtar respublikada dağ-mədən sənayesi 1955-ci ildən başlayaraq inkişaf etməyə başlamış, Arpaçay, Gümüşlü dağ-mədən müəssisələri istifadəyə verilmişdir. Onu da xatırladaq ki,  1941-ci ildə 126 kilometrlik Naxçıvan-Culfa dəmiryol xəttinin istismara verilməsi nəticəsində regionda əvvəlki dövrlərdən fərqli olaraq əlverişli nəqliyyat sistemi yaradılmışdır.

Naxçıvanın iqtisadi inkişafını əhatə edən ikinci mərhələdə də (1969-1987-ci illər) çox  mühüm tədbirlər həyata keçirilmişbunun sayəsində sosial-iqtisadi sahələr üzrə əsaslı və ciddi müvəffəqiyyətlər qazanılmışdır. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan  həmin dövrdə, konkret desək, 1970-1979-cu illər ərzində muxtar respublikada 20 iri sənaye müəssisəsi yaradılmış, mövcud sənaye müəssisələrinin bir neçəsi əsaslı olaraq yeniləşdirilmişdir. Nəticədə sənayedə ümumi məhsul istehsalı ondan əvvəlki 15 ilə nisbətən 4,6, elektrik enerjisi istehsalı   35, ipək xammal istehsalı 2,2, konserv istehsalı 3,5, daş-duz istehsalı 2 dəfə artmışdır. Beləliklə, Naxçıvan MR-in Azərbaycan sənaye potensialında çəkisi xeyli artmış və möhkəmlənmişdir.

Keçən əsrin 70-ci illərində muxtar respublika sənayesinin sahə quruluşu da əsaslı olaraq dəyişmiş, maşınqayırma, tikinti materialları, metal emalı, yeyinti sənayesinin həcmi və xüsusi çəkisi əsaslı şəkildə artmışdır. Təkcə bir faktı göstərək: əgər maşınqayırma və metal emalı 1970-ci ildə ümumi sənaye məhsulunun 2,1 faizini təşkil edirdisə, sonrakı illərdə bu rəqəm 6,6 faizə çatdı. Muxtar respublika iqtisadiyyatının ənənəvi sahələrindən biriyüngülyeyinti sənayesidir. Həmin illər bu sahələr üzrə yeni müəssisələrin yaradılması prosesi daha da sürətlənmiş, onlar ən yeni texnologiyalara, standartlara cavab verən avadanlıqlarla təchiz edilmişdir. Naxçıvan şəhərində Ət kombinatı, Tumbul pivə zavodu, Naxçıvan Un kombinatı, süd, pendir, tütün zavodları məhz o illər istifadəyə verilmişdir.

1987-1993-cü illəri əhatə edən üçüncü dövrdə isə məlum səbəblər üzündən Azərbaycanın, o cümlədən Naxçıvan MR-in iqtisadiyyatını inkişaf etdirmək mümkün olmadı. Keçmiş sovetlər ittifaqının rəhbəri M.S.Qorbaçovun düşünülməmiş "yenidənqurma" siyasəti bütövlükdə nəhəng ölkənin iqtisadiyyatını çökdürdü, o cümlədən Naxçıvan regionunun sənayesinə və xüsusilə emal sənayesinə ağır zərbə vurdu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, "yenidənqurma" nəticəsində Azərbaycanda sənaye məhsulu istehsalı 1985-ci ilə nisbətən 77,6 faizə endi, muxtar respublikada isə üzüm emalı müəssisələri fəaliyyətlərini tamamilə dayandırdı.

Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin qayıdışı sayəsində muxtar respublika iqtisadiyyatının bütün sahələrində dönüş yarandı, istehsal tədricən qaydaya düşməyə başladı. 1991-ci il oktyabrın 29-da Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında körpünün açılışı oldu. Ardınca İran İslam Respublikası ilə əməkdaşlıq sazişləri imzalandı. 1992-ci ildə İran və Türkiyə ilə sərhədlərdə keçid məntəqələri açıldı. Bundan əlavə, Naxçıvan aeroportunda 3.300 metrlik uçuş-enmə zolağı salındı və bunun da nəticəsində hava limanına iri təyyarələrin enməsi təmin edildi. Qısa müddətdə regionda sosial-iqtisadi inkişafın etibarlı təminatı üçün digər tədbirlər də həyata keçirildi.

Naxçıvan Muxtar Respublikasının bütün sahələrində və xüsusilə iqtisadiyyatda mühüm rol oynayan inkişafın dördüncü mərhələsi də (1993-2003-cü illər) öz müsbət cəhətləri ilə fərqlənir. Bu mərhələdə muxtar respublikada iqtisadiyyatın, xüsusilə sənayenin müasir tələblərə cavab verən tərəqqisi təmin olunmuşdur. Yalnız bu faktı göstərmək kifayətdir: bu illərdə, daha doğrusu, 1995-ci ildən sonra Naxçıvan MR-də  onlarca yeni sənaye obyekti istifadəyə verilmişdir. Regionun qarşısında duran uzunmüddətli vəzifələrin icrası üçün əsaslı vəsait qoyuluşları ildən-ilə artmış, əsas kapitala yönəldilən vəsaitin həcmi 147 milyon 394 min manata çatmışdır. Bu dövrdə 24 nasos stansiyası, 135 su artezian quyusu, 34 körpübu kimi mühüm obyektlər istifadəyə verilmişdir. 1993-2003-cü illərdə həmçinin ümumi uzunluğu 1856 kilometr olan yeni avtomobil yolları salınmışdır. 1993-cü ilə nisbətən 2003-cü ildə ÜDM istehsalı 6,8, sənaye məhsulunun həcmi 3,4, əsaslı kapitala yönəldilmiş vəsait 31,3, pərakəndə əmtəə dövriyyəsi 5,2, əhaliyə göstərilən ümumi pullu xidmətlərin həcmi 6,3, əhalinin gəlirləri 9,5, orta hesabla əhalinin hər nəfərinə düşən pul gəlirləri 9,1 dəfə artmışdır.

Naxçıvan MR-də iqtisadi inkişafın beşinci mərhələsini isə (2003-cü ildən bu günədək) yüksək tərəqqi dövrü adlandırmaq olar. Muxtar respublikada təkcə keçən il ümumi daxili məhsul istehsalı 2 milyard 339 milyon manata çatmışdır ki, bu da  əvvəlki 10 ilə nisbətən 8,4 dəfə çoxdur. Bu mərhələdə sənaye məhsulunun həcmi 49, əsas kapitala yönəldilən vəsaitlər 16,4, yükdaşıma 2,6, icmal büdcənin həcmi 12,7 dəfə artmışdır. Əgər 2003-cü ilin sonunda regionda 66 sənaye müəssisəsi var idisə, bu rəqəm 7 dəfə artaraq 2013-cü ilin sonunda 438-ə çatmışdır. Ötən il muxtar respublikada 862 milyon 871 min manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Regionda 2003-2013-cü illər ərzində sənayenin müxtəlif sahələrində çalışan  sahibkarlara 70 milyon manatdan artıq güzəştli kreditlər verilmişdir. Bunun sayəsində 15,3 min yeri açılmışdır ki, bu da 2003-cü illə müqayisədə 5,4 dəfə çoxdur. Göstərilən müddətdə 8,7 meqavat gücü olan Naxçıvan Elektrik Stansiyası, gücü 22 meqavat olan Biləv Su Elektrik Stansiyası, gücü 20,5 meqavat olan "Arpaçay-1" "Arpaçay-2" stansiyaları, Heydər Əliyev adına Su Anbarı üzərində 4,5 meqavatlıq Su Elektrik Stansiyası işə salınmış, gücü 60 meqavat olan Naxçıvan Qaz-Turbin Stansiyası yenidən qurularaq istifadəyə verilmişdir. "Arpaçay-1" "Arpaçay-2" su elektrik stansiyalarının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev demişdir: "Biz hamımız yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvanı elektrik enerjisi ilə təmin etmək üçün çox böyük problemlər mövcud idi. Ulu öndərin rəhbərliyi ilə Naxçıvanın enerji təhlükəsizliyi məsələlərinin həllinə start verildi bu gün biz bu siyasəti uğurla davam etdiririk. Son illərdə Naxçıvanda 5 elektrik stansiyası tikilmişdir. Demək olar ki, Naxçıvanda enerji təhlükəsizliyi məsələləri tam şəkildə öz həllini tapmışdır".

Muxtar respublika sənayesinin tərkibində sanballı çəkiyə malik olan emal sənayesinin inkişafı da bu dövr diqqətdən kənarda qalmamışdır. Naxçıvan MR-in bütün ərazilərində yeni emal müəssisələri tikilmiş, onların texniki texnoloji təminatı istiqamətində xeyli tədbir həyata keçirilmişdir. Bütün bunların nəticəsində muxtar respublika bu gün özünü əsas ərzaq məhsulları ilə tam təmin edir.

Məlumdur ki, Prezidentin 14 yanvar 2014-cü il tarixli sərəncamı ilə 2014-cü il ölkəmizdə "Sənaye ili" elan edilmişdir. Bu istiqamətdə muxtar respublikada da  əməli tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı ilə "Sənaye parkları haqqında" əsasnamə təsdiq edilmiş, muxtar respublika İqtisadiyyat Sənaye Nazirliyi tərəfindən 12-dən çox layihə hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Bu sənədlərdə regionda sənayenin ərazi bölgüsü, xammal materiallarla təminatı, ixtisaslı işçi qüvvəsinin hazırlanması, sənayenin yerləşdirilməsinin sosial-iqtisadi, eləcə texniki amilləri vasitələri nəzərə alınmışdır. Regionda yüksək texnologiyalı sənaye müəssisələrinin yaradılması da planlaşdırılmışdır. "Sənaye ili"ndə həmçinin regionda 1 innovasiya, 2 kiçik orta sahibkarlıq müəssisəsinin yaradılması nəzərdə tutulmuşdur. Eləcə müvəqqəti olaraq fəaliyyəti dayandırılmış bir neçə dağ-mədən müəssisəsinin bu il işə salınması, belə müəssisələrin idarəetmə mexanizminin təkmilləşdirilməsi məsələlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Bir sözlə, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, sənayedə inkişaf dönməz xarakter almışdır.

 

Asif ŞİRƏLİYEV,

iqtisadiyyat elmləri doktoru, professor

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 3.