Tur-aksiyanın iştirakçıları arasında Kürdəmir məktəbliləri də var

 

Kürdəmir rayonunun məktəblilərini təmsil edən qrup da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları sırasına qoşuldu.

AzərTAc xəbər verir ki, avqustun 22-də Kürdəmir şəhərindəki Heydər Əliyev parkında rayon məktəblilərində ibarət qrupun İsmayıllı- -Qəbələ-Şəki marşrutu ilə dörd günlük ekskursiyaya yola salınmasına həsr olunmuş mərasim keçirildi.

Mərasimin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin parkdakı abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoydular.

Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli mərasimdə çıxış edərək dedi ki, Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə həyata keçirilən maarifləndirici tur-aksiya gənclərimizin vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında, onların dünyagörüşünün artırılmasında mühüm əhəmiyyət kəsb edir. Bu tur-aksiya respublikamızın hər yerində olduğu kim, rayonumuzda da rəğbətlə qarşılanıb.

Mərasim iştirakçıları ekskursiyanın iştirakçısı olan məktəblilərə mənalı istirahət arzuladılar.

Sonra tur-aksiya iştirakçıları onlar üçün ayrılmış xüsusi avtobusla İsmayıllı-Qəbələ-Şəki istiqamətində yola düşdülər.

 

Azərbaycan. - 2014.- 23 avqust.- S. 8.