«ASAN» brendi dünya ölkələri üçün istinad yeri ola bilər

 

"ASAN xidmət" mərkəzlərində göstərilən xidmət, şəffaflıq, mədəniyyət ölkəmizin hər bir yerində özünü göstərməlidir. Biz ölkəmizi müasirləşdiririk, ölkəmiz uğurla inkişaf edir. Hər bir sahədə gözəl nəticələr vardır olacaqdır.

 

İlham ƏLİYEV

 

"ASAN xidmət" ifadəsi artıq insanların yaddaşına problemlərinin rahat operativ qaydada həll edilməsi kimi həkk olunub. "ASAN xidmət" "vahid pəncərə" prinsipinə əsaslanaraq, əhali ilə ünsiyyətdə sivil, mədəni yanaşmanı tətbiq edir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzlərində dövlət qurumları tərəfindən işin keyfiyyətli yerinə yetirilməsinə nəzarət edir. Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi haqqında Əsasnamə"nin tələblərinə görə, agentlik standartın yaradılması, optimallaşdırılması xidmət göstərən orqanların nəzarət qiymətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini həyata keçirir. Elə bunun nəticəsidir ki, bu gün "ASAN xidmət" mərkəzləri vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə xidmət edir.

 

"ASAN xidmət" insanlara xidmət mədəniyyəti aşılayır

 

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara göstərilən diqqəti, şəffaflıq operativliyi gərək gözünlə görəsən ki, dəyərləndirə biləsən. Bu dəfə Yasamal rayonu A.M.Şərifzadə 157 ünvanında yerləşən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə baş çəkdik. Burada da hər yüksək səviyyədə təşkil olunub. Bu reportajda, əsasən, 3 saylı Bakı "ASAN xidmət" mərkəzində göstərilən xidmətlərdən əməkdaşların fəaliyyətindən bəhs edəcəyik: öncə qeyd edək ki, 3 saylı Bakı "ASAN xidmət" mərkəzi 2013-cü il sentyabrın 25-də fəaliyyətə başlayıb. Bu günə qədər mərkəzə 360 mindən çox müraciət daxil olub.

İlk olaraq notarius xidməti ilə tanış olduq. Əməkdaşlar kompüter arxasında yüksək əzmlə çalışırdılar. Qrup rəhbəri Xuraman Əliyeva bizimlə söhbətində böyük məsuliyyətlə işlədiklərini vətəndaş məmnunluğunun çox önəmli olduğunu bildirdi. O, fəaliyyəti zamanı nəzərə çarpan bəzi problemlər barədə danışdı: "Biz "ASAN xidmət"in prinsipləri əsasında fəaliyyət göstəririk. Sovet dövründə daşınmaz əmlakların qeydiyyatı ilə bağlı bir sıra problemlər olub. Əsasən əmlakın addan-ada keçirilməsi, bağışlanması vərəsəliklə bağlı problemlər yaşanıb. "ASAN xidmət" fəaliyyətə başlayandan sonra insanların bu sahədəki problemləri bir daha qabarıq şəkildə üzə çıxdı. Hazırda vərəsəliklə bağlı "ASAN xidmət" mərkəzlərinə kütləvi şəkildə müraciətlər olur".

Xuraman Əliyeva əlavə etdi ki, vətəndaşların hüquqi maarifləndirilməsi ilə bağlı da müəyyən problemlər mövcuddur: "Yasamal rayonunda aparılan tikinti-quruculuq işlərinin özbaşına tikililərin çox olması bu ərazidə qayğıları artırıb. Bəzi insanların gözləmə mədəniyyəti bir az aşağıdır. Bu da sovet dönəmindən qalan bir psixologiyadır. Bu kimi hallar əvvəlcə bizə təsir etsə , indi normal qarşılayırıq. Çünki insanlar yeniliklərə tədricən uyğunlaşmalıdırlar. Bunlar yavaş-yavaş insanlara aşılanmalıdır".

 

Bəzi xidmətlər barədə insanlar məlumatsızdır

 

3 saylı Bakı "ASAN xidmət" mərkəzində cari ilin mart ayından etibarən Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Hərbi qeydiyyat bölməsi fəaliyyətə başlayıb. SHXÇDX-nin "ASAN xidmət" mərkəzindəki müfəttişi Sitarə Qurbanova dedi ki, burada göstərilən xidmət hələ ki, hərbi qeydiyyatdan ibarətdir. Yəni hərbi xidmət keçmiş şəxsləri respublikanın 74 rayonundan (Naxçıvan istisna olmaqla) qeydiyyatdan çıxarıb  Bakının bütün rayonlarına hərbi qeydiyyata salmaq mümkündür. Sumqayıt isə buraya daxil deyil. Çünki Sumqayıt üzrə ayrıca "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Yaxın aylarda mərkəzdə SHXÇDX-nin digər xidmətlərinin göstərilməsi gözlənilir. Müfəttişin sözlərinə görə, Hərbi qeydiyyat bölməsi 3 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyətə başlayandan bəri 680 nəfərdən çox vətəndaş müraciət edib. Bunlar sırf qeydiyyatdan çıxıb-düşmə ilə əlaqədar olub.

Əmlak Məsələləri Dövlət Komitəsinin mərkəzdəki qrup rəhbəri Elçin Quliyev göstərilən xidmətlər barədə bəzi məqamlara aydınlıq gətirdi. Onun dediyinə görə, torpaqların özəlləşdirilməsi, fərdi yaşayış evlərinin ilkin qeydiyyatı kimi məsələlərə hələ ki "ASAN xidmət"də baxılmır: "Bu məsələlərlə bağlı bilavasitə mühəndislər əraziyə getməli, araşdırmalıdırlar. Yəni görüləsi işlər daha dərin olduğuna görə, hələ ki bu fəaliyyət "ASAN xidmət"də yer almayıb. Həmin xidmətlərlə bağlı bizə müraciətlər çox olur. Bu da insanların məlumatsızlığından irəli gəlir. Əvvəllər bunlarla bağlı daha çox müraciət olurdu, indi xeyli azalıb. Burada göstərilən xidmətlərə isə fərdi yaşayış evlərinin çıxarışlarının təkrar qeydiyyatı, texniki pasportların təsdiqi, "Forma 1" arayışlarının bir gün ərzində verilməsi s. daxildir. Bütün bunlar elektronlaşmış şəkildə həyata keçirilir. Yəni göstərilən hər bir xidmət, hər bir sənəd birbaşa elektron bazaya ötürülür. Bunun bir xeyri odur ki, notariat birbaşa bizim elektron bazaya daxil olaraq "Forma 1" arayışını dərhal verə bilir".

 

"Hələ inana bilmirəm..."

 

"ASAN xidmət" mərkəzlərinin ən operativ xidmətlərindən biri Daxili İşlər Nazirliyinin xidmətlərinə aid olan şəxsiyyət vəsiqəsinin verilməsi dəyişdirilməsidir. Təcrübə göstərir ki, ən çox vətəndaş müraciəti məhz şəxsiyyət vəsiqəsinin alınması ilə bağlıdır. Mərkəzə şəxsiyyət vəsiqəsi üçün gün ərzində 450-500 müraciət daxil olur. Qrup rəhbərinin sözlərinə görə, bəzən vərəndaşlarla münasibət qarşılıqlı olmur: "Bizim məqsədimiz hər kəslə mehriban davranmaq, vətəndaşları xoş əhval-ruhiyyə ilə qarşılamaq yola salmaqdır. Təəssüflər olsun ki, bəzi vətəndaşlarda müəyyən aqressiya hiss olunur. Bu şəxslərin hər hansı bir yolla problemlərini çözməyə çalışırıq. Ümumilikdə isə işlərimiz tam qaydası ilə davam edir. Tərəfimizdən heç bir ciddi nöqsan qeydə alınmayıb".

Operativ xidmət sahələrindən biri xarici pasportların verilməsi dəyişdirilməsidir. Bununla bağlı 3 saylı Bakı "ASAN xidmət" mərkəzinə gün ərzində 500-600 müraciət edilir, 200-300 sənəd qəbul olunur. Müraciətlərin 40 faizi Yasamal rayonunun payına düşür. Sözügedən bölmənin qrup rəhbəri bildirdi ki, hər zaman vətəndaşları məmnun yola salmağa çalışırlar.

Qeyd edək ki, Bakı şəhəri üzrə xarici pasportların verilməsi dəyişdirilməsi ilə bağlı "ASAN xidmət" mərkəzləri arasında heç bir məhdudiyyət yoxdur. Yəni yaşadığı yerdən asılı olmayaraq, vətəndaş istədiyi "ASAN xidmət" mərkəzinə müraciət edərək xarici pasport almaq ya dəyişdirmək üçün sənəd verə bilər.

"Hələ inana bilmirəm, heç 5 dəqiqə çəkmədi..." - bir paytaxt sakininin öz sevincini yoldaşı ilə paylaşdığını eşitdik. Onlara yaxınlaşdıq. Ziyəddin adlı bu şəxs vaxtı bitmiş sürücülük vəsiqəsini dəyişibmiş: "ASAN xidmət" barədə çox eşitmişdim, açığı, inanmırdım ki, belə xidmətlər olur. Amma ilk dəfə müraciət etdim çox sevindim. Həqiqətən, təqdirəlayiq xidmətdir".

Vətəndaşların məmnunluğunu, gülər üzünü görüb xoş əhval-ruhiyyə ilə 3 saylı Bakı "ASAN xidmət" mərkəzini tərk edirik. İnanırıq ki, Azərbaycana məxsus "ASAN" brendi yaxın gələcəkdə ölkəmizin hər tərəfini əhatə etməklə, dünya ölkələri üçün bir istinad obyekti olacaq.

 

Elgün MƏNSİMOV

 

Azərbaycan. - 2014.- 26 avqust.- S. 7.