Azərbaycan-Litva əlaqələri bütün sahələrdə uğurla inkişaf edir

 

Avqustun 26-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Valdas Lastauskas ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, V.Lastauskas etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

Azərbaycanın xarici işlər naziri yeni təyinatı münasibətilə səfiri təbrik edibona fəaliyyətində uğurlar arzulayıb. E.Məmmədyarov Azərbaycan ilə Litva arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

V.Lastauskas səfir kimi iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə ikitərəfli siyasi, iqtisadi, mədəni, humanitarelmi əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan. - 2014.- 27 avqust.- S.4.