Azərbaycan nümayəndə heyəti Rəcəb Tayyib Ərdoğan və Əhməd Davudoğlu ilə görüşüb

 

Azərbaycanlı deputatlar Türkiyənin yeni prezidenti ilə görüşüblər.

Yeni Azərbaycan Partiyasını təmsil edən nümayəndə heyəti - YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı Ədalət və İnkişaf Partiyasının Ankarada keçirilən qurultayında iştirak ediblər.

Türkiyənin yeni Prezidenti Rəcəb Tayyib Ərdoğan və AKP-nin yeni sədri Əhməd Davudoğlu ilə görüşən deputatlar onları səmimi qəlbdən təbrik edib, gələcək siyasi fəaliyyətlərində uğurlar arzu ediblər.

Azərbaycan xalqına səmimi salamlarının çatdırılmasını xahiş edən Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Bakıya səfər edəcəyini bildirib.

 

Sabir Şahtaxtı

Azərbaycan.- 2014.- 28 avqust.- S.3.