Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi mərasim keçirilib

 

Avqustun 28-də Prezident Rəcəb Tayyib Ərdoğanın dövlət başçısı kimi fəaliyyətə başlaması münasibətilə Çankaya Köşkündə rəsmi “Təhvil-təslim” mərasimi keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin də iştirak etdiyi mərasimdə bir sıra ölkələrdən dövlət və hökumət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Anıt qəbiri ziyarət edərək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyan Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”nı yazıb.

Türkiyənin 11-ci prezidenti Abdulla GülPrezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış ediblər.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən Abdulla Gülə Türkiyənin “Dövlət Şərəf Medalı” təqdim edilib.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.- 2014.- 29 avqust.- S.2.