Fövqəladə hallar naziri Şirvan şəhərində vətəndaşları qəbul edib

 

Avqustun 28-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Şirvan şəhərində Şirvan şəhəri, Salyan, Neftçala və Biləsuvar rayonlarının sakinlərini, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, nazir tərəfindən qəbul edilən 21 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 182, digər məsələlərlə əlaqədar müraciət etmiş 61 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Azərbaycan.- 2014.- 29 avqust.- S.5.