“Təqsirkarlardan təzminatların tələb edilməsi özübir iqtisadi sanksiyadır” mövzusunda “dəyirmi masakeçirilib

 

Avqustun 28-də Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun təşəbbüsü və təşkilatçılığı ilə “Təqsirkarlardan təzminatların tələb edilməsi özübir iqtisadi sanksiyadır” mövzusunda “dəyirmi masakeçirilib.

AzərTAc xəbər verir ki, tədbir azərbaycanlılara qarşı kütləvi qırğını, onların əmlakına və özlərinə qarşı fiziki amansızlıqları və faciələrin törədilməsini araşdıran Fövqəladə Təhqiqat Komissiyasının yaranmasının 96-cı ildönümünə həsr olunub.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycandakı diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri iştirak ediblər.

“Dəyirmi masada Azərbaycanın müstəqillik və tərəqqi tarixinin şərəfli səhifələrindən, əldə olunan nailiyyətlərdən söhbət açılıb.

İşçi qrupunun rəhbəri Xanhüseyn Kazımlı bildirib ki, 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının yaradılması barədə qərar qəbul edib. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri cinayətləri araşdırıb. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum yaradılıb. 1919 və 1920-ci il martın 31-i iki dəfə Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

Bildirilib ki, Komissiyanın topladığı və hazırladığı materiallar həm hüquqi, həm də tarixi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir.

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev Azərbaycan türklərinin tanınmış ideoloqlarından olan Ömər Faiq Nemanzadənin mart faciəsindən sonra hazırladığı məruzədən sitat gətirib. Ö.F.Nemanzadə bildirmişdi ki, ermənilər nəyin bahasına olursa-olsunBöyük Ermənistan” dövlətinin qurulmasına çalışacaq, bunun üçünbütün vasitələrdən istifadə edəcək, itkilər verəcək, faciələr törədəcəklər.

A. Paşayev Xalq Cümhuriyyəti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətindən danışıb, erməni quldurlarının törətdikləri cinayətlərin o dövrdə araşdırılmasının, faktların sənədlərdə əksini tapmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, Fövqəladə Təhqiqat Komissiyası 1919-cu il yanvarın 6-da Paris Sülh Konfransına ermənilərin törətdikləri vəhşiliklərlə bağlı 96 ədəd fotoşəkil, təhqiqat materialları göndərib.

Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov Ermənistan tərəfinin BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsinə əməl etmədiyini diqqətə çatdırıb, avqustun əvvəlində cəbhə xəttində baş verən silahlı qarşıdurma barədə danışıb. Prezident İlham Əliyevin 1998-ci ilin martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanına toxunan Q.Sadıqov qeyd edib ki, Fərmanda Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə də toxunulub.

Q.Sadıqov məlumat verib ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan Respublikasının məruz qaldığı itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun fəaliyyətinin təmin edilməsi üçün 50 min manat ayrılıb. Hazırda Ədliyyə və Maliyyə nazirlikləri ilə birlikdə işçi qrupunun Nizamnaməsi üzərində aparılır, gələn həftə Nazirlər Kabineti tərəfindən təsdiq olunması gözlənilir. İşçi qrupu 2 il müddətində tapşırılan işi yerinə yetirilməli, hesabatı Nazirlər Kabinetinə təqdim etməlidir. Daha sonra bu hesabat beynəlxalq təşkilatlara təqdim ediləcək, dünya ictimaiyyətinə çatdırılacaq. Beləliklə Ermənistan dövlətindən təzminat tələb olunacaq, bu istiqamətində aparılacaq.

“Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı Turan Qurbanov bildirib ki, bu gün bir çox beynəlxalq təşkilatlar işğalçı dövlətlə işğala məruz qalan dövləti eyni səviyyədə tuturlar. T.Qurbanov qeyd edib ki, Azərbaycanın apardığı müharibə haqq müharibəsi olduğu üçün əsgərilərimiz öz ölkəsinin mülki vətəndaşlarını qoruyub.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, hazırda münaqişənin kompromis yolla həlli barədə təkliflər səslənilir. İndiyə qədər Azərbaycanın bu məsələdə səbir nümayiş etdirməsi kompromis deyilmi?

Turan Qurbanov deyib ki, beynəlxalq qurumların birgə səyi nəticəsində bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll oluna bilər.

Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov və digərlərinin çıxışlarında Ermənistanın Azərbaycanın ərazilərini işğalı nəticəsində dəymiş maddi və mənəvi ziyandan söhbət açılıb.

Tədbir müzakirələrlə davam edib.

 

Azərbaycan.- 2014.- 29 avqust.- S.5.