Prezidentin Mətbuat Xidmətinin məlumatı
Avqustun 29- da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyə Respublikasının
Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.
Dövlətimizin başçısı Əhməd
Davudoğlunu Türkiyə
Respublikasının yeni
Baş naziri təyin edilməsi münasibətilə təbrik
edib, ona fəaliyyətində uğurlar
arzulayıb.
Əhməd Davudoğlu təbrikə və diqqətə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirib.
Telefon söhbəti
zamanı Prezident İlham
Əliyev və Baş nazir
Əhməd Davudoğlu Azərbaycan ilə
Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün
sahələrdə bundan sonra
da uğurla inkişaf edəcəyinə əminliklərini
ifadə ediblər.
Azərbaycan.
- 2014.- 30 avqust.- S.1.