Sambo idman növü «Bakı-2015» Avropa Oyunlarının proqramına daxil edilib

 

Sambo idman növü birinci Avropa Oyunlarının proqramına daxil edilib. Bu barədə "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsindən AzərTAc-a məlumat verilib.  Məlumatda bildirilir cüdo, cui-citsu və güləşin, o cümlədən yerli döyüş növlərinin qarışığı olan sambo Azərbaycanda çox populyardır və bütövlükdə Qafqaz regionunda qədim tarixə malikdir.

İdmanın bu növünün döyüş növləri sırasına daxil edilməsi qərarı Avropa Olimpiya Komitəsi və Beynəlxalq Sambo Federasiyası tərəfindən verilib.

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq deyib: "Biz sambonun rəsmən "Bakı-2015" Avropa Oyunlarının idman proqramına daxil edildiyinioyunlarda nümayiş olunacaq yeni innovativ idman növlərinin sayının artırıldığını nəzərinizə çatdırırıq. Azərbaycanda olduqca populyar olan bir idman növünün proqrama daxil edilməsi gələcəkdə bu oyunların əhəmiyyətini artıracaq. Eyni zamanda, Avropa Oyunlarına gələcək idman proqramlarına populyar yerli idman növlərini daxil etmək mirası qoyacaq".

S.Kleqq bildirib ki, sambonun proqrama daxil edilməsi "Bakı-2015" oyunlarında 16-sı Olimpiya, 4-ü isə qeyri-olimpiya idman növü olmaqla cəmi 20 idman növünün təmsil olunacağı deməkdir.

Həmçinin güləş üzrə daha altı çəki dərəcəsi "Bakı-2015" Avropa Oyunlarının proqramına daxil ediləcək.

Bu idman növünə əlavə olaraq 80 kvotalıq yerlər verilib və Beynəlxalq Güləş Federasiyası (FİLA) tərəfindən doldurulacaq.

"Bakı-2015" Avropa Oyunlarında ümumilikdə 480-dən çox güləşçi altı gün ərzində Heydər Əliyev Arenasında kişilər və qadınlar kateqoriyalarında 25 qızıl medal uğrunda yarışacaq.

S.Kleqq deyib: "Güləş Azərbaycanda ən populyar idman növlərindən biridirAvropa Oyunlarında rəqabəti artırmaq üçün yarışların proqramına edilmiş mükəmməl bir əlavədir".

FİLA prezidenti Nenad Laloviç isə bildirib ki, birinci Avropa Oyunlarının proqramına əlavə idman növlərinin artırılması çox yaxşıdır. Biz Avropanın ən uğurlu güləşçilərinin tarixən birinci qitə çempionu adı uğrunda döyüşməsini səbirsizliklə gözləyirik.

Boks üzrə qlobal xal reytinqi sisteminə edilmiş sonuncu yenilik 2015 Oyunlarında Avropanın ən uğurlu döyüşçülərinin qızıl medaldan daha üstün məqsədlər üçün yarışacağı deməkdir.

Beynəlxalq Boks Federasiyası (AİBA) artıq qitə üzrə ümumdünya multi-idman Oyunlarında yarışmağa görə reytinq xallarının veriləcəyini elan etməklə həvəsləndirməni daha da artırdı. Bu isə o deməkdir ki, birinci Avropa Oyunlarının boks üzrə qızıl medalçıları artıq AİBA reytinq sisteminin 700-dək reytinq xalını qazana bilərlər.

AİBA prezidenti Çinq Kou Vu deyib: "AİBA-nın qitə Oyunlarında reytinq xalları vermək haqqındakı qərarı dünyanın ən uğurlu boksçularının bu cür tədbirlərdə tez-tez iştirak etməklə yarışların standartını olduqca yüksək səviyyəyə qaldırdığını qəbul edir. Avropa Oyunlarının gələcəkdə də Avropada boksun davamlı inkişafına necə təsir edəcəyini görməyi səbirsizliklə gözləyirik".

Avropa Oyunları Əməliyyat Komitəsi avqustun 29-da atletika (hündürlüyə tullanmaağacla hündürlüyə tullanma) yarışlarının da gələnilki tədbirin nümayiş proqramında əks olunacağını elan edib.

İki idman növünün proqrama daxil edilməsi "Bakı-2015"in birinci Avropa Oyunlarına ev sahibliyi etməklə bağlı uzaqgörən və innovativ yanaşma nümayiş etdirməsinin göstəricisidir.

"Bakı-2015" Avropa Oyunlarında idman direktoru Pirs O'Kallaqan bildirib ki, proqramda əks olunan çoxlu sayda idman növünün "Bakı-2015" Avropa Oyunlarının idmançıların karyeralarında yüksəlmələri üçün ciddi bir tədbir kimi görməsi faktı qitənin idman ailəsinin tam şəkildə birinci Avropa Oyunlarına dəstək olduğunu göstərir. İdman proqramını genişləndirməklə biz gələn il bir sıra həyəcanverici və yeni idman növləri üzrə yüksək keyfiyyətli yarışlar izləməyi və Avropanın ən uğurlu idmançılarını Bakıda görməyi səbirsizliklə gözləyirik.

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" Avropa Oyunları qitənin bu qəbildən ilk həyəcanverici və multi-idman tədbiri kimi tarixə yazılacaq.

"Bakı-2015" Avropa Oyunları idmanın 20 növü üzrə yarışlar keçirəcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropadan 6 mindən çox idmançı mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün təsnifat yarışlarına imkan yaradacaq. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondotriatlon daxildir.

Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

 

Azərbaycan. - 2014.- 30 avqust.- S.11.