2015-ci ilin dövlət büdcəsi davamlı inkişafa zəmin yaradır

 

Respublikamızda xalqımızın maraqları və tələbatı üzərində qurulmaqla həyata keçirilən inkişaf kursu, iqtisadiyyatın davamlı inkişafına yol açmış, makroiqtisadi tarazlıq təmin edilmiş, ölkədə inflyasiyanın birrəqəmli olmaqla aşağı səviyyədə saxlanılmasına nail olunmuşdur. Yüksək əzmkarlıqla, yaradıcılıqla həyata keçirilən bu siyasətin uğurlu bəhrəsinin hər bir vətəndaşın həyatında hiss olunması, hər bir şəhər, qəsəbə və kənddə müşahidə edilməsi onun səmərəliliyindən, dərin elmi əsaslara söykənməsindən xəbər verir. Hazırda Azərbaycanda gedən inkişaf prosesləri, iqtisadi nailiyyətləri dünyanın diqqət mərkəzindədir və ölkəmiz geniş bölgənin ən perspektivli dövlətləri sırasında layiqli yerini tutur. Qeyd edilən müsbət amillər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapır.

Hər bir ölkənin iqtisadi siyasətində və bütövlükdə inkişaf kursunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri dövlət büdcəsində qarşıya qoyulan vəzifələrdir. Azərbaycanda da belədir. Hər il uğurla tərtib olunan dövlət büdcəsi ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə tam cavab verir. Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır. Həmçinin büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Ona görə büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır.

Ölkənin iqtisadi həyatında baş verən müsbət keyfiyyət dəyişiklikləri noyabr ayında Milli Məclisdə müzakirə edilərək təsdiq olunan büdcə zərfi sənədlərində də öz əksini tapmışdır. 2015-ci il üçün ölkəmizin inkişafının əsas maliyyə mənbəyi olacaq dövlət büdcəsi Azərbaycanın ortamüddətli büdcə və maliyyə siyasətinə, ölkənin iqtisadisosial-inkişaf proqnozlarına və müvafiq dövlət proqramlarına uyğun olaraq hazırlanmışdır. Dövlət büdcəsinin gəlir və xərclərinin təhlili, büdcə zərfinə daxil olan 2015-ci il və növbəti 3 il üzrə iqtisadisosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri göstərir ki, Azərbaycan öz dinamiksabit inkişafını növbəti ildə də davam etdirəcək və bu büdcə Azərbaycan xalqının rifahının yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə xidmət edəcək. Bu isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulanPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyanın nəticəsidir.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğindədir. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu göstəricilər olduqca məqbul olmaqla Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi strategiyanın davamlığını təmin edəcək. Dövlət büdcəsi hazırlanarkən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr, 2015-2018-ci illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülmüşdür. Həmçinin cari ilin 9 ayında ölkənin makroiqtisadi durumu, iqtisadiyyatın əsas meyilləri və nəticələri, 2014-cü ilin dövlət büdcəsinin gözlənilən icra vəziyyəti, dünyada artan geosiyasi gərginliyin dolayısı ilə Azərbaycana və onun sosial-iqtisadi inkişafına ehtimal olunan risklərinin və mənfi təsirlərinin qiymətləndirilməsi nəzərə alınmışdır. Makroiqtisadi proqnozlara görə, 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat, başqa sözlə, 75,3 milyard dollar həcmində olacağı gözlənilir. Bu isə əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir. Ən önəmlisi də budur ki, qeyri-neft sektorunda bu göstərici 8,1 faiz təşkil edəcək.

Bütün bu amillərin nəzərə alındığı gələn ilin dövlət büdcəsi iqtisadi siyasətin tərkib hissəsi olmaqla iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, onun aparıcı sahələrinin modernləşməsinə və şaxələnməsinə, sosial prioritetliyin saxlanılmasına, əhalinin yaşayış səviyyəsinin, qaçqın və məcburi köçkünlərin sosial rifahının artırılmasına yönəldilmişdir. Eyni zamanda, növbəti ildə əsas prioritetlərdən olan dövlətin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji potensialının gücləndirilməsi, elektrik təsərrüfatlarının, içməli su, qaz təchizatı, kanalizasiyameliorasiya sistemlərinin yeniləşdirilməsi və müasir tələblər səviyyəsində qurulması, kəndlərarası yolların tikintisi, qarşıya qoyulan sosialinvestisiya proqramlarının icrası və digər dövlət tədbirləri büdcədə qarşıya qoyulmuş vəzifələrdir.

Ölkəmizdə davamlı olaraq iqtisadi islahatlar, qeyri-neft sektoruna investisiyaların həcminin artırılması, vergi potensialının genişlənməsi, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılması, yeni istehsalemal müəssisələrinin fəaliyyətə başlaması, dövlət vəsaitlərindən istifadəyə nəzarətin daha da güclənməsi, işsizliyin azalması, əməkhaqlarının müntəzəm olaraq artımı və digər istiqamətlər üzrə zəruri tədbirlər həyata keçirilir. Bu da ölkəmizin maliyyə imkanlarını ildən-ilə artırır. Hazırda ölkəmizin valyuta ehtiyatlarının 53 milyard dolları ötməsi və respublikamızda sosialinvestisiyayönümlü iri layihələrin həyata keçirilməsi bunun əyani sübutudur. Artıq bir neçə ildir ki, dövlət büdcəsində əsaslı xərclər ilbəil artır. 2015-ci ilin büdcəsində əsaslı xərclər üçün 9 milyard 366 milyon manat nəzərdə tutulmuşdur ki, bu da 2014-cü ilə nisbətən 965 milyon manatya 11,5 faiz çox olmaqla bütövlükdə dövlət büdcəsi xərclərinin 44,4 faizini təşkil edir. Əsaslı xərclərə bu qədər büdcə vəsaitinin ayrılması onu göstərir ki, respublikamızda həyata keçirilən iqtisadi siyasət gələcək illərdə də sosial-iqtisadi inkişafın təmin edilməsinə yönəlmişdir.

Aqrar sektora dövlət qayğısının genişləndirilməsi, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi və dövlət büdcəsindən birbaşa subsidiyaların verilməsi, bu sektorun inkişaf hədəfləri və prioritetlərinə uyğun olaraq, onun strukturunun və idarəçilik sisteminin təkmilləşdirilməsi və keyfiyyətcə yeni mərhələyə keçidin təmin edilməsi, ərzaq təhlükəsizliyinə nail olunması, əhalinin əsas ərzaq məhsulları ilə özünütəmininin təşkili, dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında əhəmiyyət kəsb edən məhsulların istehsalının artırılması və çeşidinin genişləndirilməsi, elektron kənd təsərrüfatı sisteminin formalaşdırılması üçün 2015-ci ilin dövlət büdcəsində maliyyə bazası yaradılmışdır.

Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 2015-ci il dövlət büdcəsindən 596,2 milyon manatya 2014-cü illə müqayisədə 33,3 milyon manatyaxud 5,9 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 108,3 milyon manatya 22,2 faiz çox vəsait ayrılmışdır. Bu xərclərin 2015-ci il dövlət büdcəsi xərclərində xüsusi çəkisi 2,8 faiz təşkil edəcək. Ayrılmış vəsaitin 258,8 milyon manatı müvafiq dövlət proqramlarının və ünvanlı tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən maddi-texniki təminatın möhkəmləndirilməsinə 51 milyon manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi sahələrində islahatlarla bağlı xərclərə 5,7 milyon manat vəsait nəzərdə tutulmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyinin daha da artırılması və genişləndirilməsi, onlara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaqmotor yağlarına görə yardımın ödənilməsi, işlətdikləri mineral gübrələrin dəyərinin 50 manatdan 80 manata çatdırılması məqsədilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üçün 2015-ci il dövlət büdcəsində 186,2 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü illə müqayisədə 55,2 milyon manatyaxud 42,1 faiz çoxdur.

Bütün bunlarla yanaşı, ölkədə iri heyvandarlıq təsərrüfatlarının yaradılması, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması üçün xarici ölkələrdən cins damazlıq heyvanların respublikaya gətirilməsi və güzəştli şərtlərlə sahibkarlara, fermerlərə lizinqə verilməsi və kənd təsərrüfatı texnikasının lizinq yolu ilə satışı işləri 2015-ci ildə də davam etdiriləcək. Bu məqsədə 2015-ci ilin dövlət büdcəsindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti üçün 40 milyon manatyaxud 2014-cü illə müqayisədə 5 milyon manatya 14,3 faiz çox vəsait ayrılacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə kreditlərin verilməsi üçün isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 5 milyon manat vəsait verilməsi nəzərdə tutulub.

Hazırda dünyada narahatlıq doğuran qlobal problemlərdən biri əhalinin ərzaq təhlükəsizliyini təmin etməkdir. Respublikamızda isə belə problem yoxdur və ölkəmiz həmin məsələnin həllində dünya iqtisadiyyatına öz töhfəsini vermək iqtidarındadır. Prezident İlham Əliyev qeyd edib ki, biz özümüzü əsas ərzaq məhsulları ilə yerli istehsal hesabına tam təmin edib idxaldan ixraca keçməliyik. Dövlət başçısının bu tapşırığını yerinə yetirmək üçün respublikamızda geniş potensial yaradılmışdır və biz başqa ölkələrə ekoloji təmiz kənd təsərrüfatı məhsulları ixrac edə bilərik. Bunun üçün ilk mərhələdə dövlət dəstəyinə ehtiyac var. Qeyd etdiyimiz kimi, gələn il ərzaq təhlükəsizliyinə nail olunması, əhalinin əsas ərzaq məhsulları ilə özünütəminin təşkili məsələləri dövlət büdcəsində öz əksini tapacaq. Bununla yanaşı, gələcəkdə dövlət büdcəsindən ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalını və ixracını stimullaşdırmaq üçün əlavə vəsait ayrılması yaxşı olardı. Bu təcrübədən bir sıra dünya ölkələrində də istifadə edilir.

Ölkəmizin aqrar bölməsində mövcud olan çox böyük potensialdan daha səmərəli istifadə etmək üçün yerli kənd təsərrüfatı məhsullarının tədarükünə dair dövlət sifarişlərinin verilməsinin və belə tədbirlərə dövlət büdcəsindən müvafiq vəsait ayrılmasının vaxtı çatmışdır. Belə olan halda məhsul itkisinin qarşısı alınar, fermerlər məhsul satışında çətinlik çəkməz və istehsalı artırmaqda maraqlı olarlar. Bu həm də həmin məhsulların ehtiyac olmadan idxalının qarşısını alarxarici fermerlərin əvəzinə öz fermerlərimizin stimullaşmasını təmin edər. Digər tərəfdən, məhsul itkisinin qarşısının alınması, yerli büdcələrə daxilolmaların artırılması və yeni yerlərinin açılmasında mühüm əhəmiyyəti olan kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin tikintisinin genişləndirilməsinə böyük ehtiyac var. Bu istiqamətdə müəyyən işlər görülsə də, hələ tələbat tam ödənilmir və bəzi rayonlarda bir dənə də emal müəssisəsi yoxdur. Halbuki hər bir rayonda bir neçə belə müəssisənin olması çox vacibdirsağlam rəqabət mühiti yaratmaqla yüksək keyfiyyətli məhsul istehsalına təkan verər. Ona görə də yaxın illərdə emal müəssisəsi olmayanya az olan bölgələrdə onların tikintisinə dövlət büdcəsindən vəsait ayrılması məqsədəmüvafiqdir.

Kənd təsərrüfatı ilə bağlı aktual məsələlərdən biri də cəbhəyanı ərazilərdə fiziki şəxslərdən torpaq vergisinin toplanması ilə bağlıdır. Döyüş bölgəsində olan kəndlərdə fiziki şəxslərdən torpaq vergisi toplamaqda bələdiyyələr böyük çətinliklərlə rastlaşır. Belə kəndlərdə kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən azad edilsə və həmin vəsaitin dövlət büdcəsindən bələdiyyələrə ödənilməsi də məqsədəuyğun olar. Bu, cəbhəyanı kəndlərdə kənd təsərrüfatının inkişafına töhfə olmaqla bərabər, bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərər.

Deputatı olduğum seçki dairəsinin əhatə etdiyi Maştağa, Nardaran, BuzovnaZabrat qəsəbələrində son illər büdcə vəsaiti hesabına sosial obyektlərin tikintisi və təmiri, asfalt yollar çəkilməsi, abadlıq işlərinin görülməsi üçün çox böyük işlər görülmüş, onların siması xeyli yaxşılaşmışdır. Həmin qəsəbələrdə tarix və mədəniyyət abidələrinin, sosial obyektlərin təmiri, infrastrukturun yenilənməsi işlərinin 2015-ci ildə davam etdirilməsi həm sakinlərə, həm də qəsəbələrin inkişafına böyük töhfə olar.

Prezident İlham Əliyevin elmi əsaslar üzərində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirməyə, cəmiyyətin hərtərəfli inkişafına, modern islahatlar aparmağa imkan yaratmışdır. 2015-ci il dövlət büdcəsi isə bu strategiyanın tələbləri, Azərbaycanın real inkişaf səviyyəsi, dünyada gedən siyasiiqtisadi proseslərin təsiri ilə baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanmışdır. Dövlət büdcəsinin göstəriciləri belə bir qənaət formalaşdırır ki, ölkəmizdə iqtisadi sferada hər il yaranan keyfiyyətcə yeni situasiya bütün sahələrdə inkişafın davamlı olmasına yol açır.

 

Eldar QULİYEV,

Milli Məclisin Aqrar siyasət

 komitəsinin sədr müavini

Azərbaycan.-2014.- 2 dekabr.-  S.3.