Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan

Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 577; 2002, ¹ 5, maddə 240; 2003, ¹ 12, I kitab, maddə 697; 2007, ¹ 6, maddə 560, ¹ 10, maddə 938; 2008, ¹ 7, maddə 602; 2012, ¹ 4, maddə 281) aşağıdakı dəyişikliklər edilsin:

1.  5.6-cı maddənin birinci cümləsində “keçirilə bilər” sözləri “keçirilirsözü ilə və üçüncü cümləsində “verilə bilər” sözləri “verilirsözü ilə əvəz edilsin;

2.  21.2-ci maddənin ikinci cümləsində “qaldırıla bilər” sözləri “qaldırılır” sözü ilə əvəz edilsin;

3.  21.2-1-ci maddədə “edilə bilər” sözləri “edilirsözü ilə əvəz edilsin;

4. 23.2.7-ci maddədə “qanunvericiliklə” sözüReklam haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.-4 dekabr.-S.2.