Bakı Dövlət Universitetində Anlaşma Memorandumu imzalanıb

 

Dekabrın 3-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəb ilə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi arasında maliyyə və qiymətli kağızlar bazarında elm və təhsil sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı rəhbərlik etdiyi qurum ilə BDU-nun əməkdaşlığının əhəmiyyətindən bəhs edib.

Sonra tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi A.Məhərrəmov R.Aslanlı imzalayıblar.

 

Azərbaycan.-2014.- 4 dekabr.- S.10.