Yeyinti məhsulları haqqında” Azərbaycan

 Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndinə əsasən qərara alır:

Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 8; 2001,  ¹ 12, maddə 736;  2003, ¹ 1, maddə 7; 2004, ¹ 1, maddə 6; 2007, ¹ 6, maddə 560; 2009, ¹ 2, maddələr 49, 55; 2011, ¹ 4, maddə 257; 2013, ¹11, maddə 1290) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir.”;

2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya İnternet vasitəsi ilə ödənilməlidir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 5 dekabr.- S.1.