Tehranda İslam Əməkdaşlıq Təşkilatının

 informasiya nazirlərinin 10-cu iclası başa çatıb

 

Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclası dekabrın 4-də birgə bəyanatın imzalanması ilə başa çatıb.

Bəyanatda təşkilata üzv ölkələrin mədəniyyət və media sahəsində əlaqələrinin genişləndirilməsi, İslam dininə qarşı aparılan təbliğatın qarşısının alınması üçün işbirliyinin qurulması, İslam dünyasında sülhün bərqərar olunmasının faydasının təbliğ edilməsi kimi məsələlərin vacibliyi vurğulanıb.

 

 

Rabil Kətanov

AzərTAc-ın xüsusi müxbiri

Tehran

Azərbaycan.-2014.- 5 dekabr.- S.2.