Müasir beynəlxalq münasibətlər sistemi:

Newtimes.az-ın baxış bucağı” kitabı çap edilib

 

“Biz dünya siyasətinin bütün sirlərini açırıq”. Bu şüar altında iki ildən artıqdır fəaliyyət göstərən Newtimes.az analitik-informasiya portalının “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı növbəti nəşri çapdan çıxıb. Kitab Newtimes.az analitik-informasiya portalının məqalələr toplusu əsasında tərtib olunub.

AzərTAc xəbər verir ki, nəşrin layihə rəhbəri və baş redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur.

Əsas məqsədi dünya siyasətini, beynəlxalq və dövlətlərarası münasibətlər sahələrində baş verən hadisələri, prosesləri, atılan addımları təhlil edərək onların mahiyyəti haqqında oxuculara tərəfsiz, obyektiv, əsaslandırılmış mövqe bildirmək olan Newtimes.az analitik-informasiya portalı özünə böyük oxucu marağı cəlb edə bilib. Təkcə onu demək kifayətdir ki, gün ərzində nəinki Azərbaycandan, həm də digər ölkələrdən portala daxil olan izləyicilərin sayı 20 min nəfərdən artıqdır. Portalın 4 dildə - Azərbaycan, rus, türkingilis dillərində fəaliyyət göstərməsində məqsəd də məhz baxışları fərqli cəmiyyətləri təmsil edən oxucularla paylaşmaqdır.

Newtimes.az-ın beynəlxalq nüfuzu da gündən-günə artır. Ötən dövr ərzində dünyanın bir sıra “beyin mərkəzləri” və analitik-informasiya qurumları ilə əməkdaşlıq əlaqələri yaradılıb. Onların sırasında Türkiyənin Beynəlxalq Siyasət Akademiyası (UPA), Avrasiya İncələmələri Mərkəzi (AVİM), ABŞ-ın “İrsFondu, Strateji Düşüncə İnstitutu, Rusiyanın Strateji Qiymətləndirmə və Proqnozlar Mərkəzi, Beynəlxalq Tədqiqatlar İnstitutu və Hərbi-Siyasi Araşdırmalar Mərkəzi, Xəzər Əməkdaşlığı İnstitutu, Ukraynanın Qlobal Transformasiyalar İnstitutu, Litvanın Geosiyasi Tədqiqatlar Mərkəzi, Birləşmiş Ərəb Əmirliklərinin Orta Şərq və Körfəz Hərbi Təhlil İnstitutu var. ABŞ-ın “JamestownFondu, Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzi, Amerika Neft İnstitutu, Mərkəzi AsiyaQafqaz İnstitutu, Geosiyasi Təhlil və Monitorinq Mərkəzi kimi analitik qurumların nəşrləri, “Foreign Policy Magazine”, “Central Asia and the Caucasus”, “Uluslararası Hukuk ve Politika”, “Akademik Perspektif”, “Forbes”, “Newsweek”, “Ìåæäóíàðîäíûå ïðîöåññû” jurnalları, həmçinin “Wikipedia” beynəlxalq elektron ensiklopediyası, “History of Truth” (ABŞ), İnosmi.ru, Russia.Post.su, Politobzor.net, Oilru.com (Rusiya), Centrasia.ru, Respublika-kz.info (Qazaxıstan), Fergananews.com (Özbəkistan), Kyrgyztoday.kg (Qırğızıstan) kimi saytlar portalın materiallarına müraciət edirlər.

2013-cü ildə portalın məqalələri kitab halında Azərbaycan dilində “Qlobal siyasət: təhdidlər, çağırışlar, ümidlər” və rus dilində “Êòî ïðàâ òîò è ñèëíåå?” adı ilə çap edilib. Bu da Azərbaycan media məkanında elektron kütləvi informasiya vasitələri arasında özünəməxsusluğun göstəricisidir.

Son bir il ərzində dünyada baş verən geosiyasi proseslərin intensivliyinin xeyli artması, böyük dövlətlər arasındakı ziddiyyətlərin daha da kəskinləşməsi, ikili standartların tətbiqinin isə geniş miqyas alması fonunda ictimai rəyə məqsədyönlü şəkildə ötürülən informasiyalar baş verən proseslərin obyektivreal mənzərəsini təsvir etməyi əngəlləyir. Bütün bunları nəzərə alaraq, Newtimes.az analitik-informasiya portalı onunla əməkdaşlıq edən azərbaycanlı və xarici mütəxəssislərin dünya siyasətinin müvafiq aspektlərini araşdıran məqalələrindən ibarət yeni toplunu çap etdirib. Ön sözbeş fəsildən ibarət olanMüasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” adlı kitab əvvəlki nəşrdəki ideyaları daha da inkişaf etdirməklə yanaşı, qlobal geosiyasətin bir sıra yeni meyillərini də üzə çıxarır.

“Geosiyasətdə dəyişiklik – “güc mərkəzinin” Qərbdən Şərqə doğru hərəkəti” adlı birinci fəsildə XXI əsrdə dəyişikliyə uğramış geosiyasi mühitdə yenigüc mərkəzləri” kimi çıxış etməkdə iddialı olan RusiyaÇinin, həmçinin mühüm regional aktorlar olan Türkiyə və İranın xarici siyasətinin təhlilinə geniş yer verilir, ABŞ-ın bu dəyişiklik prosesini əngəlləmək cəhdlərinin əsas məqamları araşdırılır. Xəzər regionu, Mərkəzi Asiya və Yaxın Şərq qlobal liderlik uğrunda mübarizənin həlledici regionları kimi təqdim olunur.

Hazırda müasir geosiyasətdə baş verən proseslər əsasən ABŞ, RusiyaÇinin həmin proseslərdə oynadığı rolla müəyyənləşir. Bu baxımdan, “Müasir dünya nizamı – böyük dövlətlərin siyasi xətləri” adlı II fəsil müasir dünya nizamı çərçivəsində böyük dövlətlərin həyata keçirdiyi siyasətlərin əsas xətlərinin təhlilinə həsr edilib. Burada xüsusən ABŞ-ın qeyd olunan böhranlara münasibətdə atdığı addımların xarakteri, həmçinin onun öz xarici siyasətində nümayiş etdirdiyi ikili standart və ədalətsizlik hallarının mahiyyəti araşdırılır.

Eyni zamanda, bu fəsildə müasir dövrümüzdə olduqca aktual olan bir sıra məsələlərə - beynəlxalq böhranlar, ərzaq problemi, nüvə silahı, ayrı-ayrı dövlətlərə tətbiq edilən iqtisadi sanksiyalar kimi mövzulara xüsusi diqqət yetirilir, bu problemlərin arxasında dayanan real səbəb və məqsədlər, ümumi qanunauyğunluqlar tədqiq olunur.

Müasir dövrümüzdə qlobalregional səviyyədə cərəyan edən hadisələri sivilizasiyalar və dinlərarası münasibətlərin mahiyyətinə varmadan izah etmək çətindir. Mövcud reallıq bir çox proseslərin əsasında dayanan bu münasibətlərin obyektiv şəkildə təhlil olunmasını tələb edir. “Sivilizasiyalar və dinlərarası münasibətlər: dialoq, yoxsa qarşıdurma?” adlı III fəsildə bu məsələyə xüsusi diqqət yetirilir.

Avropa geosiyasi seçim qarşısında” adlanan IV fəsildə bütövlükdə Avropa İttifaqı ilə bağlı məsələlər təhlil olunur. Burada problemə iki aspektdən – Avropa İttifaqı daxilində baş verən proseslər və onun xarici siyasəti və qonşuları ilə münasibətləri aspektindən nəzər salınır, təşkilatın qlobal gücə çevrilmək ambisiyaları təhlil olunur.

Kitabın sonuncu - V fəslində Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslər tədqiq olunur və “Cənubi Qafqaz: dönmə nöqtəsinə doğru” adlanır. Bu çərçivədə Cənubi Qafqazda dönüş yarada biləcək yeni geosiyasi balansın əlamətləri, həmçinin region dövlətləri tərəfindən irəli sürülən yeni əməkdaşlıq modelləri nəzərdən keçirilir və regiondakı geosiyasi tendensiyalar üçün həlledici xarakter daşıyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi yer verilir. Ukraynada baş vermiş proseslər fonunda Dağlıq Qarabağ münaqişəsinə münasibətin hələ də ikili standartlardan kənara çıxa bilməməsi, bu münaqişəyə fərqli münasibətin göstərilməsi, həmçinin müəyyən dairələrin Ermənistana havadarlıq etməsi konkret faktlarla əsaslandırılır və tənqid olunur.

Newtimes.az analitik-informasiya portalı yarandığı dövrdən etibarən müasir beynəlxalq münasibətlər sistemində mövcud olan bir sıra meyillərə qarşı mübarizə aparmağı özü üçün prioritet müəyyən edib. Bunlardan birincisi dünyada baş verən proseslərdə ədalət prinsipinin pozulması və ikili standartların tətbiqidir. Digər problem isə dünyada informasiya təminatında mövcud olankonkret maraqların təmin olunmasına xidmət edən monopoliya ilə əlaqəlidir. Bu mənada, beynəlxalq münasibətlər sistemində başlıca dəyərlərdən biri olan ədalət prinsipinin qorunub saxlanması, ikili standartlardan imtina edilməsi, baş verən proseslərə münasibətdə ədalətli mövqe formalaşdırılması, bu proseslərin əsl mahiyyətinin oxucuya çatdırılması, həmçinin qeyd edilən məsələlərə münasibətdə yerli media məkanında vahid mövqenin təmin olunması Newtimes.az analitik-informasiya portalının xüsusi diqqət yetirdiyi məsələdir. Təqdirəlayiqdir ki, Qərb mətbuatının özünüİraqŞam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanı “İslam Dövləti” kimi qələmə vermək cəhdlərinə portalın etirazı bir sıra yerli KİV-lər tərəfindən fəal şəkildə dəstəklənib.

Newtimes.az analitik-informasiya portalının hazırkı məqalələr toplusu onun elmi-siyasi müzakirələrə növbəti töhfəsidir. Düşünmək olar ki, məqalələr toplusu müvafiq sahənin tədqiqatçıları və oxucular üçün həm elmi-nəzəri, həm də siyasi-praktiki baxımdan əhəmiyyətli mənbə rolunu oynayacaq.

 

Azərbaycan.-2014.- 5 dekabr.- S.2.