İKT sektorunun inkişafı yeni müstəvidə

 

6 dekabr rabitə və informasiya texnologiyaları içşilərinin peşə bayramıdır

 

Artıq uzun illərdir ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr ölkəmizin qüdrətini daha da artırmaqdadır. Milli inkişaf modelinin uğurla tətbiqi və müəyyənləşdirilmiş hədəflərə nail olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin hüquqi dövlət quruculuğu yolunda atılan addımlar Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir.

 

Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadisiyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanı dəstəkləyən qərar və qətnamələr qəbul etməsi bir həqiqəti ortaya qoyur ki, ölkəmizin seçdiyi yol düzgündürbu yol bizi daha uğurlu gələcəyə aparır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.

Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuzgüc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclünüfuzlu dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Bütün gerçəkləşdirilən regional layihələrin mərkəzi oyunçusu qismində də məhz Azərbaycan çıxış edir.

Sosial-iqtisadi, mədəni inkişafı ilə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan artıq qloballaşan dünyada mədəniyyətlərarası inteqrasiyadialoq problemlərinin müzakirə edildiyi, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Bu gün Azərbaycanın xarici əlaqələri genişlənir, tərəfdaş ölkələrinin sayı artır və demək olar, Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilirbu da onu göstərir ki, Azərbaycan həqiqətən, Avropa ilə Asiya arasında körpü rolunu oynayır.

Nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə kifayət qədər təcrübəsi olan ölkəmizdə artıq 20 ildir ki, aparıcı ixtisaslaşdırılmış sərgilərdən biri - “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiyaİnformasiya texnologiyaları sərgi-konfransı uğurla keçirilir. Bakutel” sərgisi hər il telekommunikasiya bazarının aparıcı şirkətlərini öz meydançasında bir araya toplayaraq İT məhsul və xidmətlərinin nümayiş etdirilməsi üçün əsas arena funksiyasını yerinə yetirir, burada möhkəm əlaqələr qurulur, yeni müəssisələr yaradılır.

İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distribüterləri yer alır. Sərgi gənc mütəxəssislərin regionun İKT sektorunun bu ən böyük tədbiri çərçivəsində öz ixtira, proqram və xidmətləri haqqında ətraflı məlumat verməsi üçün imkan yaradır. Bununla əlaqədar olaraq, sərgidə “startuplara (yeni fəaliyyətə başlayan şirkətlərə) böyük diqqət ayrılıb və bu il də onların sərgidə iştirakı üçün xüsusi stendlər təşkil olunmuşdu. Həmçinin sərgi İKT üzrə ən son qlobal təmayüllərin, eləcə də Azərbaycanda İKT sahəsinin inkişaf perspektivlərinin müzakirəsinə həsr olunmuş geniş işgüzar proqramla da zəngin idi. Beləliklə, “Bakutel” sərgisi çərçivəsində “Əşyaların İnternetimövzusunda konfrans və “e-Gov 3.0: innovativ çağırışlar, müasir trendlər və yeni imkanlar” adlı beynəlxalq forum, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) ElmTexnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası, “2-ci Regional İnternet İdarəçilik Forumu”, “Elektron dövlət quruculuğu problemləri” I respublika elmi-praktiki konfransı, Azərbaycan-Türkiyə YT Forumu, -İsrail, İtaliya, Xorvatiya ilə B2B müstəvisində işgüzar görüşlər keçirildi.

Artıq ölkəmizin davamlı və dayanıqlı inkişafını rabitə və yüksək texnologiyaları olmadan təsəvvür etmək çətindir. 133 illik inkişaf yolu keçmiş Azərbaycan rabitəsinin inkişafı bu gün yüksək texnologiyalar fonunda yeni müstəviyə keçmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə səkkiz ildir ki, hər il 6 dekabr tarixi “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günükimi qeyd olunur. Qeyd edək ki, 6 dekabr Azərbaycanda ilk telefon xəttinin çəkilişi tarixinə təsadüf etdiyindən bu təqvim həm də rabitənin təşəkkülü tarixi kimi də təqvimə düşmüşdür.

Tarixə nəzər salsaq görərik ki, ölkə rabitəsinin olduqca qədim tarixi kökləri var. Belə ki, Hülakülər dövlətini iqtisadisiyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir. Beləliklə, 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər, telefon rabitəsi də inkişaf etmiş, o dövr üçün geniş telefon şəbəkəsi yaradılmışdır.

Azərbaycanda rabitənin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci mərhələsini əhatə edən həmin dövrdə rabitənin inkişafı üzrə bir sıra qərarlar qəbul edilmişdir. Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, “Neftqazavtomatika” və s. kimi elmi-tədqiqat müəssisələri yaradıldı. Heydər Əliyevin birbaşa köməyi ilə Azərbaycana ilk böyük elektron hesablama maşını - BESM-6 gətirildi. Respublika avtomatlaşdırılmış idarəetmə sistemləri - RASU - “Azərbaycan”, respublika kompüter şəbəkəsi, bütün SSRİ-də tanınan və istifadə olunan avtomatlaşdırılmış neftçıxarma idarəetmə sistemləri və kompleksləri işlənib hazırlandı. “AZON”, “NORD” elm-istehsalat birlikləri, Radiozavod, Elektron hesablama maşınları zavodu, “Peyk”, “Ulduzkimi nəhəng istehsalat kompleksləri tikilib istifadəyə verildi.

Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı Heydər Əliyevin ikinci dəfə respublikaya rəhbərliyi dövründə vüsət almışdır. Ulu öndərin diqqəti nəticəsində ölkə iqtisadiyyatında ilk xarici investisiyalar məhz telekommunikasiya sahəsinə qoyuldu. 1994-cü ildə “Bakcell” və 1996-cı ildə “Azərcell” birgə müəssisələri yaradıldı və Azərbaycanda mobil rabitənin inkişafının əsası qoyuldu. 1996-cı ildən başlayaraqAzEvroTel” və “Ultel” birgə müəssisələri lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başladı. Bütün bunlar Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərində rabitənin inkişafına göstərdiyi diqqətin əyani təzahürüdür.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin xalqın etimadını qazanaraq prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) yaradılması bu sahənin gələcək inkişafı, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanları baxımından diqqətəlayiq oldu. Qısa müddət ərzində bu istiqamətdə bir çox işlər görüldümühüm addımlar atıldı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyevin ilk beynəlxalq səfəri 2003-cü il dekabrın 12-də Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı oldu. Sammitdə “Qara qızılı insan kapitalına çevirək” tezisini səsləndirməklə cənab Prezident ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu bütün dünyaya bəyan etdi və respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlanğıc verdi.

Ölkəmizdə yüksək texnoloji tutumlu və yüksək rəqabətli iqtisadiyyatın qurulmasında İKT-nin rolunu genişləndirmək, infrastrukturun modernləşdirilməsi, sahə üzrə iqtisadi-təşkilati islahatların aparılması Azərbaycanın informasiya tranziti ölkəsinə çevrilməsinə xidmət edəcəkdir. Bunun üçün bir neçə perspektiv layihəyələr üzrə əməli görülür. Onların sırasında kosmik sənayenin inkişaf etdirilməsi, növbəti telekommunikasiya peyklərinin orbitə göndərilməsi, tarixi İpək yolunun keçdiyi Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrini birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihələrinin adını çəkmək olar.

Azərbaycanda həyata keçirilən yeni inkişaf strategiyasının başlıca istiqamətləri ölkədə davamlı və yüksək iqtisadi artıma, sosial rifaha nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bunun üçün hazırkı mərhələdə təbii ehtiyatlar amilinin azaldılması, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi, bir sözlə, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün imkanların yaradılması qarşımızda duran əsas vəzifələrdir.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilmiş və bu hədəfin reallaşdırılmasında İKT sektorunun rolu və potensialı önə çəkilmişdir. Ölkə rəhbəri bu konsepsiya ilə respublikada innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması üçün İKT sahəsinin üzərinə yeni vəzifələr qoymuşdur.

Konsepsiyada müəyyən edilmiş əsas hədəfə çatmaq üçün növbəti 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi və orta illik artım tempinin təqribən 15-20 faiz həddində olması nəzərdə tutulur. Bu dövrdə ölkənin İKT sahəsinə 4 milyard dollara yaxın investisiya qoyulması gözlənilir.

Azərbaycanın uzunmüddətli inkişafının, milli məhsulların dünya bazarlarında layiqli yer tutmasının təmin edilməsi üçün innovasiyalı iqtisadiyyatın yaradılması istiqamətində elm, təhsil və informasiya-kommunikasiya texnologiyalarının qarşılıqlı surətdə inkişaf etdirilməsi mühümdür. Ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı yaradılmışdır.

İnformasiya Texnologiyalarının İnkişafı Fondu İKT sektorunda fəaliyyətin stimullaşdırılmasına, innovativ sahibkarlığın inkişaf etdirilməsinə, yerlixarici investisiyaların cəlb olunmasına, tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə fondun əsasnaməsi təsdiq edilmişonun fəaliyyətinin təşkili ilə bağlı bütün işlər başa çatdırılmışdır. Bu fond İKT üzrə yeni innovasiya şirkətlərinin yaradılmasına, rəqabətqabiliyyətli İKT məhsul və xidmətlərinin istehsalı və onların dünya bazarlarına çıxışına maliyyə və təşkilati dəstək verəcək, innovativ təşəbbüsləri qrantlar, kreditlər və investisiyalarla təmin edəcəkdir.

Azərbaycanda İKT sənayesinin, məhsul və xidmətlərinin rəqabət və ixrac imkanlarının artırılmasına yönəlmiş Yüksək Texnologiyalar Parkı bu sahədə iqtisadi potensialın gücləndirilməsi, elm, təhsil və biznesin səylərinin birləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Yüksək Texnologiyalar Parkı İKT iqtisadiyyatının inkişafı naminə elmistehsal arasındakı əlaqələri gücləndirəcək, elmtutumlu məhsulların, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılmasını genişləndirəcəkdir.

Ölkəmizin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi və tranzit informasiya xidmətləri imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu gün Azərbaycan “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) kimi nəhəng bir layihənin təşəbbüskarı və koordinatoru olaraq dünyanın diqqətini özünə cəlb edir. Avropa ilə Asiyanı birləşdirəcək və ümumi uzunluğu 11 000 kilometr təşkil edəcək TASİM-in yaradılması ideyası BMT-nin bir neçə qətnaməsi ilə dəstəklənmişdir. Bunlardan 2013-ci il sentyabrın 4-də, BMT Baş Assambleyasının 67-ci sessiyasında Azərbaycan Respublikası tərəfindən irəli sürülmüş Avrasiya Rabitə Alyansının yaradılmasına dair qətnamənin yekdilliklə qəbul olunması bu layihənin həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür.

TASİM layihəsinin reallaşdırılması regionda informasiya cəmiyyətinin inkişafı, yüksəksürətli internetinonunla bağlı olan xidmətlərin yayılması, İKT ilə bağlı və elmtutumlu sənayelərin qurulması, ticarətin və iqtisadi diversifikasiyanın genişlənməsi və sair müsbət effektlər verəcəkdir. Azərbaycanın digər beynəlxalq İKT təşəbbüsü - Avropa-Fars İnformasiya Magistralı (EPEG) keçən ildən gerçəkləşdirilmişdir.

Bütün ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihənin həyata keçirilməsinə başlanılır. Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək bu layihənin başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksəksürətli internetlə təmin etməkdir. Layihə 3 il müddətində reallaşdırılacaqdır və layihənin həyata keçirilməsindən əsas gözləntilər ölkə ərazisində 30-100 Mbit/s genişzolaqlı xidmətlərə çıxış imkanı yaratmaq və genişzolaqlı internet istifadəçilərinin sayını 85 faizə çatdırmaqdır ki, bu da Azərbaycana dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə çatmağa imkan verəcəkdir.

Azərbaycanda “Elektron Hökumət”in formalaşdırılması ümummilli lider Heydər Əliyevin təsdiq etdiyi Milli Strategiya ilə müəyyənləşdirilmiş mühüm vəzifələrdən biridir. Bu sahədə görülən işlər nəticəsində dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsinə, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaranmışdır. Bu gün Avropa Birliyi ölkələrində əhaliyə və biznes sektoruna göstərilən əsas elektron xidmət növləri Azərbaycanda da həyata keçirilməkdədir. Ölkəmizdə elektron vergigömrük bəyannamələri təqdim olunur, sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, daşınmaz əmlakla bağlı sənədlərin verilməsi, müxtəlif fəaliyyət növlərinə lisenziyaların alınması, pensiyasosial yardımların təyinatı və s. üzrə tələb olunan sənədlərin elektron formada qəbulu həyata keçirilirbu say gündən-günə artır. Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılması və onların elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə www.e-gov.azElektron Hökumət” portalı fəaliyyət göstərir və hazırda burada 45 dövlət orqanının 320-dək elektron xidməti istifadəçilərə təqdim olunur. Ölkədə elektron imzanın tətbiqi uğurla həyata keçirilir. Hüquqifiziki şəxslərin elektron imza ilə təmin edilməsi üçün Açıq Açar İnfrastrukturuMilli Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır və indiyədək 26 000-dən çox elektron imza verilmişdir.

Azərbaycan hökuməti tərəfindən ölkədə informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi diqqət mərkəzində saxlanılır. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya resursları və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə ümummilli hazırlığın və maarifləndirmənin yüksəldilməsi məqsədilə ölkədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət AgentliyiElektron Təhlükəsizlik Mərkəzi fəaliyyət göstərir.

Ölkəmizdə İKT sektorunun sürətli inkişafı beynəlxalq aləmin də diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməkdədir. Dünya İqtisadi ForumununQlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlmişdir. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən Rusiyanı qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşmışdır. Həmçinin hesabatda Azərbaycan hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə 6-cı yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 11-ci yeri tutur. BMT-nin “E-hökumət müayinəsi 2014” adlı hesabatında Azərbaycan 193 ölkə arasında “Elektron hökumətin inkişafı indeksi” üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlmişdir.

Dünya İqtisadi Forumunun dərc etdiyiQlobal rəqabətqabiliyyətlilik 2014-2015” hesabatına əsasən isə Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan əvvəlki mövqeyini 1 pillə artıraraq dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir.

Dünyada sektor üzrə yeni transformasiyaların yaranması, innovativ ternedlərin müəyyənləşdirilməsi ölkəmizdə də tənzimləyici qurumun fəaliyyət istiqamətinin genişləndirilməsini zəruri etmişdir. Və beləliklə, cari ilin 7 mart tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradıldı və nazirliyin əsasnaməsi təsdiq edildi.

Bundan başqa, ölkə başçısının sərəncam və fərmanları ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçünMilli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi Azərbaycan rabitəsinin gələcək inkişafına rəvac verdi.

 Göründüyü kimi, Azərbaycanda İKT-nin inkişaf dinamikası, uğurla həyata keçirilən neft strategiyası nəticəsində ölkəyə olan inamın artması, beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq nümunələri, yüksək texnologiyaya əsaslanan iqtisadiyyatın formalaşması üzrə qarşıya qoyulan vəzifələr və ən nəhayət, dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsinə göstərilən böyük diqqət və qayğı ölkəmizin yaxın gələcəkdə yüksək texnologiyalar sahəsində böyük uğurlar qazanacağına zəmanət verir.

 

Əli ABBASOV,

Azərbaycan Respublikasının rabitə

və yüksək texnologiyalar naziri, akademik

Azərbaycan.-2014.- 6 dekabr.- S.3.