İqtisadiyyat və sənaye naziri İmişli şəhərində vətəndaşları qəbul edib

 

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq  iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin dekabrın 5-də İmişlidə növbəti vətəndaş qəbulu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Saatlı, İmişli və Beyləqan rayonlarından olan vətəndaşlarla görüşüb.

Nazir Şahin Mustafayev qəbula gəlmiş vətəndaşların müraciətlərini diqqətlə dinləyib. Hәr bir vətəndaş müraciәtinin operativ araşdırılması, qaldırılan mәsәlәlәrin qanunvericiliyә uyğun hәlli istiqamәtindә nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. Müraciәtlәrin əksəriyyəti yerindәcә hәllini tapıb. Eyni zamanda, vәtәndaşlar tәrәfindәn verilәn müxtәlif tәkliflәr qeydiyyata alınıb, onların qaldırdığı məsələlər araşdırılması və müvafiq tәdbirlәrin görülmәsi üçün nәzarәtә götürülüb. İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilib, həmin müraciətlərin aidiyyəti strukturlara çatdırılacağı bildirilib.

Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsalemal müəssisələrinin yaradılması, kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığı, əkin sahələrinin suvarılması, mal-qaranın sığortası, sosials. məsələlərlə bağlı müraciət ediblər.

Nazir qəbula gəlmiş sahibkarların quşçuluq, taxılçılıq, toxumçuluq, üzümçülük, müasir heyvandarlıq kompleksinin yaradılması, mineral suların qablaşdırılması və satışı, mebeltikinti materiallarının istehsalı və s. sahələr üzrə təkliflərini də dinləyib, onlarla müzakirələr aparılıb, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.

Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilib. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin qanunvericiliyə müvafiq qaydada həlli üçün müvafiq tədbirlər görülüb.

Ümumilikdə, İmişlidə keçirilmiş qəbul zamanı 90-a yaxın vətəndaş müraciət edib.

Qəbul barədə ictimaiyyətin ətraflı məlumatlandırılması, eləcə də vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar verilib və qəbula yazılmaq üçün əlaqə vasitələri göstərilib. Vətəndaşlar nazirliyin office@economy.gov.az elektron poçt ünvanı və əlaqə nömrələri, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin rəsmi internet və “Facebook” səhifələri vasitəsilə qəbula yazılıblar.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını ifadə edən vətəndaşlar yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.-2014.- 6 dekabr.- S.6.