“Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 384                                    Bakı şəhəri, 3 dekabr 2014-cü il

 

 

 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 3, maddə 209; 2002, ¹ 3, maddə 148, ¹ 10, maddə 635; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 5, maddə 472, ¹ 10, maddə 902; 2010, ¹ 3, maddə 264; 2012, ¹ 12, maddə 1360) ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”nın 9 nömrəli əlavəsindən “Vətəndaş” sözü çıxarılsın.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 11 dekabr.- S.1.