İflasa uğramış “beşinci kolon” məqsədinə çatmayacaqdır

 

Bu gün Azərbaycan beynəlxalq aləmdə çox etibarlı tərəfdaş kimi tanınır. Hər kəs görür ki, Azərbaycanın xarici siyasəti açıqdır, prinsipialdır, ədalətə və beynəlxalq hüquqa söykənir. Bu prinsipiallıq və hər bir məsələ ilə bağlı dövlətin qətiyyətli mövqeyinin sərgilənməsi, əlbəttə ki, Azərbaycana əlavə rəğbət qazandırır.

Azərbaycanın hər il artan dövlət büdcəsi hərtərəfli inkişafın əyani sübutudur. Bu gün iqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan dünyanın əksər böyük dövlətləri qlobal maliyyə böhranında boğularkən Azərbaycanın sosial-iqtisadi inkişafı daha da sürətlənir. Borc alan ölkədən borc verən ölkəyə çevrilən Azərbaycanın bu uğurları bizə əlavə imkanlar yaratsa da, eyni zamanda dost və düşmənimizi tanımağa da yardım edir. Təbii ki, bu nailiyyətləri qəbul edə bilməyən bəzi dairələr müxtəlif çirkin vasitələrlə kampaniyalar təşkil edib Azərbaycanı gözdən salmağa can atırlar və bunu bacarmayanda isə beynəlxalq təşkilatlar vasitəsilə təhdid dili ilə danışmağa çalışırlar. Ancaq yenə də “istəklərinə” nail ola bilmirlər.

Çünki hazırda Azərbaycanın apardığı dövlət siyasəti buna imkan vermir. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət isə çoxlarını narahat edir. Antiazərbaycançı şəbəkələr vasitəsilə bu siyasətə kölgə salmaq, qara yaxmaq “arzuları” da ürəklərində qalır. Tək ümidləri isə hansısa vasitələrlə əla aldıqları ölkəmizdəki “beşinci kolonun üzvlərinə qalır. Bu vətən xainlərinin əli ilə ölkəmizdə xaos, iğtişaş yaratmaqla, ictimai-siyasi sabitliyi pozmaqla, yalandonoslar”, heç bir siyasi anlamı olmayansiyasi məhbus” siyahısı hazırlayıb öz maraqlarına xidmət edən beynəlxalq təşkilatlara göndərməklə Azərbaycanın əleyhinə hansısa sanksiyaların tətbiq olunmasına çalışırlar. Ancaq təqdirəlayiq haldır ki, “beşinci kolonun üzvlərinin vətənə xəyanətinə xalq öz kəskin qiymətini verir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevinİkili standartların dünya nizamı və müasir Azərbaycan” sərlövhəli məqaləsində bütün söylədiyimiz məsələlər və günümüzün reallıqları öz əksini tapıb. Bu mükəmməl elmi araşdırmada dövlət başçısının yürütdüyü qətiyyətli, balanslı siyasət, dünya düzəninin Azərbaycana olan münasibəti və ölkə daxilindəki antiazərbaycançı şəbəkənin fəaliyyəti, real vəziyyəti təhlil olunub. Azərbaycanın sosial-iqtisadi inkişafını qəbul edə bilməyən, ölkədə ictimai-siyasi sabitliyin pozulması üçün çirkin kampaniyalar həyata keçirmək istəyən qüvvələrin əlində alətə çevrilmişbeşinci kolonun “fəaliyyəti”nə nəinki siyasi nöqteyi-nəzərdən qiymət verilib, eləcə də bu istiqamətdə daha geniş faktlar bazası təqdim edilib.

Həqiqətən də artıq dünyada hüququn aliliyi prinsipi deyilən anlama əhəmiyyət verilmir. Üzdə bu prinsipdən danışanlar əslində demokratiya adı altında kiçik ölkələrdə iğtişaşlar, inqilablar təşkil edib öz məqsədlərinə nail olmaq üçün bütün çirkinliklərdən yararlanırlar. Bu gün beynəlxalq münasibətlərdə əsas amil gücdürali olan digər heç bir hüquq qalmayıb. Bunları faktlarla əsaslandırmaq da olar. Təkcə Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın işğalçı siyasəti ilə bağlı qəbul edilmiş qərar və qətnamələri göstərmək yetərlidir. Çünki onların hər birinin sadəcə kağız üzərində yazılmış adi bir yazıdan fərqi yoxdur. Bu da açıq-aydın ikili standartların əyani sübutudur. Bunu Azərbaycan Prezidenti dəfələrlə bəyan edib. Prezident İlham Əliyev dəfələrlə dünya birliyinə mesaj yollayıb: “Nə vaxta qədər biz bu ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə üçün qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbərləri sanksiyalardan əziyyət çəkmir? Nə üçün onlara qarşı sanksiyalar tətbiq olunmur? Bu, ədalətsizlikdir, ikili standartlardır... Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir”. Prezident bildirib ki, bu gün Azərbaycana qarşı riyakar siyasət, ikili standartlar siyasəti davam edir. Biz isə bununla heç vaxt barışmayacağıq. O ki qaldı münaqişənin həllinə, heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq və ilk növbədə hərbi gücümüzü artırmalıyıq.

Bu ikili standartları artıq Qərbin digər dövlətləri etiraf etməkdədir. Böyük Britaniya Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Deyvid Deyvisin açıqlaması da bunu göstərir. D.Deyvisin sözlərinə görə, Ukraynada baş verən son hadisələr sabitliyin Avropa üçün nə qədər önəmli olduğunu bir daha təsdiq edib. Krım məsələsində ABŞ və Avropanın əksər dövlətlərinin mövqeyi bu ölkələrin Azərbaycana qarşı ikili standartlarla yanaşdığını üzə çıxarır.

Məsələlərə digər prizmadan yanaşdıqda görürük ki, son vaxtlar Azərbaycana olan basqıların digər səbəbi Ukrayna-Rusiya münasibətlərində ölkəmizin yürütdüyü balanslı siyasətdir. Yeri gəlmişkən, məhz elə bu problemə baxışla da bağlı Azərbaycan xalqı haqlı olaraq soruşur: 25 ildir işğala, terrora, etnik təmizləmə siyasətinə məruz qalmış bir dövlətin haqq səsinə biganə yanaşıb, dünən baş vermiş hadisə ilə bağlı dərhal ciddi sanksiyaların tətbiq edilməsi nə dərəcədə doğrudur?

Azərbaycanın yürütdüyü balanslı, məqsədyönlü və prinsipial siyasətə ləkə yaxmaq, onu təxribata çəkmək üçün məlum antiazərbaycançı şəbəkənin əl atdığı son variant ölkədəki “beşinci kolonun idarə olunmasıdır. Çirkin niyyətlərinə çatmaq üçün əvvəllər “dəstək” olduqları radikal müxalifət partiyaları idisə, bu gün istiqamət 3-cü sektora transfer olub. Artıq “beşinci kolon” missiyasını bəzi QHT-lər öz üzərinə götürüb. Onu qeyd edim ki, hörmətli akademik Ramiz Mehdiyev sözügedən məqaləsində “beşinci kolon” anlayışına çox mükəmməl izah verib. Məqalədə deyilir ki, bu günbeşinci kolon” anlayışının interpretasiyaları çoxdur - ölkə daxilində agentura şəbəkəsindən başlamış, digər dövlətlərin mənafelərini təmin edən, yığcam şəkildə yaşayan etnikdini qruplara qədər. Tarixçilər bu söz birləşməsindən düşmən ölkələrin pozucu agenturasını göstərmək üçün istifadə edirlər. Çox vaxt bu termin kollaborasionizmə, yəni, düşmənin mənafeyi üçün, öz dövlətinin ziyanına düşmənlə şüurlu, könüllü və bilərəkdən əməkdaşlığa bərabər tutulur. Beləliklə, “beşinci kolonbirbaşaya dolayısı ilə xarici hökumətlər üçün işləyən və fəaliyyəti öz ölkəsinin milli maraqlarına müxtəlif üsullarmetodlarla ziyan vurmaq məqsədi güdən ayrı-ayrı insanlar, yaxud insan qrupları, təşkilatlar və hərəkatlardır. Ən təəccüblüsü budur ki, bəzən hər hansı mühüm proseslərdə özünün iştirak etməsi faktına aludə olansütül” gənclər onlardan öz məqsədlərinə nail olmaq üçün alət kimi istifadə edilməsini bilmirlər.

Təbii ki, bu məqamda göz önünə ilk olaraqhüquq müdafiəçisi” Leyla Yunus gəlir. Dəfələrlə Azərbaycan əleyhinə kampaniyalar təşkil edən, düşmən ermənilərlə eyni masada əyləşib ölkəmiz haqqında uydurmalar səsləndirən bir şəxsə xalq artıq öz qiymətini verib. Yaxın zamanlarda isə istintaq bunu sübuta yetirəcək. Daim Azərbaycanın daxili işlərinə qarışan “Human Rights Watch”, “Amnesty International” və digər təşkilatlar onun həbsi ilə bağlı qərəzli və heç bir reallığa söykənməyən bəyanatlar yaysalar da, onların söylədikləri heç bir reallığı əks etdirmir. Hesab edirəm ki, bir mərkəzdən idarə olunan proses, bu siyasiləşmiş bəyanatlar obyektiv istintaqın həyata keçirilməsinə təzyiqdir. Görəsən, L.Yunusun azadlığa buraxılmasını istəyənlərin öz ölkələrində vətən xaini azadlıqda gəzirmi? Onsuz da ABŞ Dövlət Departamenti və bəzi üzdəniraq beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda gedən proseslərlə bağlı davamlı olaraq yayılan qərəzli, ikili standartlara əsaslanan, qeyri-obyektiv informasiyalar ölkəmizə qarşı aparılan böhtan kampaniyasının tərkib hissəsidir. Çünki Azərbaycanda fikir azadlığına görə heç bir vətəndaş, o cümlədən hər hansı kütləvi informasiya vasitələri nümayəndəsi təqib olunmayıb və heç bir rəsmi orqan tərəfindən təzyiqə məruz qalmayıb.

Son olaraq onu vurğulayım ki, bu gün özünün müstəqil siyasi xətti, balanslı xarici siyasəti olan Azərbaycanın daxili işlərinə hər hansı dövlətin və beynəlxalq təşkilatın qarışmaq ixtiyarı yoxdur və buna cəhd edənlər uğursuzluğa düçar olacaqlar.

 

Çingiz QƏNİZADƏ,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 11 dekabr.- S.6.