Dahi şəxsiyyət

 

Səbail rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin və KİV nümayəndələrinin iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev dövrümüzün ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. Ümummilli lider şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəlmişdir.

Heydər Əliyev həyatı heç bir təsadüflərdən asılı olmayan, ömrü mübarizə və qələbələrdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, məhrumiyyətlərə rəğmən öz məramına ucalan tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev hər kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub. A.Əsgərov bildirib ki, Heydər Əliyevin cəmiyyətin iqtisadi, siyasi, sosial, mədəni sahələrinin ən müxtəlif aspektlərini əhatə edən geniş diapazonlu və örnək olası fəaliyyəti, müasir dövrün ən aktual problemlərinə yaradıcı münasibəti onu milli liderdən, rəhbər və siyasi xadimdən bəşəri ideyaların carçısına, ümumbəşəri dəyərləri daim zənginləşdirən hikmət və söz sahibinə çevirmişdir. Bu gün hər bir qədirbilən azərbaycanlının qəlbində ulu öndərin ölməz, işıqlı obrazı yaşayır.

Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. Əminliklə deyə bilərik ki, dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının üzvü olan Azərbaycanda əldə edilən uğurlar dövlətimizin apardığı düzgün siyasət və xalqımızın zəhməti, əzmi, iradəsi hesabına qazanılmışdır.

 Tədbirin bədii hissəsində Azərbaycan Televiziyası və RadiosununNiyazi” adına Simfonik Orkestri (dirijor Nazim Hacıəlibəyov) və Cahangir Cahangirov adına xor, xalq artistləri Ramiz QuliyevMurad Hüseynov, əməkdar artistlər Aygün Bəylər və Azərin, tanınmış ifaçılar Ramin Qasımov, Samir Səfərov, Mədinə Şahgəldiyeva, balaban ifaçıları Fariz Əliyev, Həsən Ağayev və başqaları çıxış  ediblər.

 

Azərbaycan.-2014.- 12 dekabr.-  S.10.