Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 15/92

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.7-ci, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Nəsimi Məmməd oğlu Rzayevin səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam verilsin.

2. 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək Eflan Kamal oğlu Kərimov 51 saylı Qusar  seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsin.

 

Sədr                Məzahir Pənahov

Müavin           Natiq Məmmədov

Katib               Arifə Muxtarova

 

Üzvlər

 

Şaitdin Əliyev

Fuad Cavadov

Ramiz İbrahimov

Validə Kazımova

Qabil Orucov

Tofiq Həsənov

İlham Məmmədov

Azər Tağıyev

Tamam Cəfərova

Bəxşeyiş Əsgərov

Almas Qəhramanlı

Akif Qurbanov

Etibar Quliyev

 

11.12.2014

 

Azərbaycan.-2014.- 12 dekabr.- S.11.