İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı”nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 387                                    Bakı şəhəri, 4 dekabr 2014-cü il

 

 

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının 1.1.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2014-cü il 4 dekabr tarixli 387 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

İl ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icazəsinin alınması tələb olunmayan fəaliyyət sahələrinin SİYAHISI

 

 

1. Mədənçıxarma sənayesi

2. Emal sənayesi

3. Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

4. İnformasiya və rabitə

5. Maliyyə və sığorta

6. Təhsil

7. Nəqliyyat

8. Su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi.

 

 

Azərbaycan.-2014.- 14 dekabr.- S.1.