X.M.Nəcəfova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətlərinə görə Xalid Məhəmməd oğlu Nəcəfova “Əməkdar mühəndis” fəxri adı verilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 15 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 16 dekabr.- S.1.