Almaniyada erməni yalanlarını ifşa edən

 seminarkonfranslar keçirilib

 

Ermənistan və xarici ölkələrdəki erməni diasporu tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı” haqqında haray-həşir qoparır və bu oyunun 100 illiyinə hazırlaşırlar. Belə bir şəraitdə erməni yalanlarını ifşa etmək vacib vəzifələrdən biridir. Bu məqsədlə Almaniya parlamentininAvropa Parlamentarilər Məclisinin keçmiş üzvü, professor Hakkı Keskinin sədrlik etdiyi Almaniyadakı Türk-Azərbaycan Birliyinin dekabrın 6-14-də Berlin, Dortmund, BielefeldHamburqda təşkil etdiyi iki seminardörd konfrans böyük maraq doğurmuşdur.

Azərbaycan Milli Məclisinin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru, AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları” komissiyasının işçi qrupunun rəhbəri, professor Musa Qasımlı həmin toplantılarda arxiv mənbələri və sənədli mənbələr əsasında “Erməni iddiaları və ən mötəbər arxiv mənbələri əsasında gerçəklər” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlar” mövzularında etdiyi məruzələr maraqla qarşılanmışdır. Professor çar Rusiyasının və sovet dövlətinin rəsmi sənədləri əsasında tarixdə “erməni soyqırımı” deyilən bir faktın olmadığını, əslində, soyqırımının erməni silahlı dəstələrinin və Ermənistanın törətdiyini vurğulamışdır. Bildirmişdir ki, erməni silahlı dəstələri türklərə, azərbaycanlılara qarşı soyqırımı əvvəlcə Anadoluda, Birinci Dünya müharibəsində rus-türk cəbhəsi dağıldıqdan sonra isə Cənubi Qafqazda - Azərbaycan torpaqlarında yaradılmış indiki Ermənistan Respublikası, Azərbaycan Respublikası ərazilərində, Borçalıda və Cənubi Azərbaycanda qəddarlıqla törətmişlər. Soyqırımı siyasəti sonrakı illərdə də davam etdirilmişdir. Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünün gedişində işğal edilmiş Dağlıq Qarabağ regionunda və ətrafında mülki azərbaycanlı əhali soyqırımına məruz qalmışdır. Xocalıda soyqırımı törətməklə Ermənistan bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət etmişdir.

Seminarkonfranslarda professor Hakkı Keskin “İngilislərin “Malta istintaqı”, “Avropa İnsan Haqları Məhkəməsinin qərarı və erməni iddialarına qarşı lazım olan strategiyalar”, Almaniyadan olan doktor Əli Söləməzoğlu “1915-ci ildə Anadoludaoldu? Xarici mənbələr əsasında bir araşdırma” və “Erməni soyqırımı iddialarına qarşı həqiqətləri necə müdafiə edə bilərik?” adlı maraqlı məruzələr etmişlər.

Azərbaycan, türk diasporununalman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi seminarkonfranslar haqqında Almaniyada dərc edilən türkdilli qəzetlərdə və saytlarda geniş məlumatlar verilmişdir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 16 dekabr.- S.6.