Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni

 təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib.

Səfir Aksel Vex fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında sıx əlaqələrin mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını dedi. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji turizm sahələrində genişləndirilməsində maraqlı olduğunu bildirdi.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fişerlə keçirdiyi görüşləri apardığı səmərəli müzakirələri məmnunluqla xatırladı. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı maraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini dedi. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.1.