Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II Məclisi keçirilib

 

 

Dekabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib.

AzərTAc xəbər verir ki, tədbirdə təşkilati məsələlərə baxılıb, “Müasir iqtisadi şəraitdə yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolumövzusunda məruzə dinlənilib.

AHİK Məclisinin tərkibinə dəyişiklik edilib, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK üzvlüyünə qəbul olunub. Bundan başqa, AHİK İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edərək deyib ki, son illərdə respublikamızdakı sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işəgötürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb. Ölkədə sistemləşdirilmiş məşğulluq siyasəti aparılır.

Bildirilib ki, 2013-cü ildə ölkə üzrə 380 istehsalat sahəsi istifadəyə verilmişdisə, yaxın perspektivdə daha 470 emalinfrastruktur sahənin işə salınması gözlənilir. Nəticə etibarilə, əmək bazarında müsbət dəyişikliklər baş verir. 2013-cü il ərzində respublika üzrə 110 min yeni yeri açılmışdısa, 2014-cü ilin təkcə 9 ayı ərzində 100 mindən çox yeri açılıb və son 10 ildə yeni açılan yerlərinin sayı 1 milyon 300 mini keçib. Ortaali təhsil müəssisələrini yeni bitirmiş gənclər üçün zəmanətli yerlərinin, regionlarda qadınlar üçün yerlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Qeyd edilib ki, təkcə 2013-cü ilin yekunlarına görə həmkarlar ittifaqlarının texniki əmək müfəttişliyi tərəfindən yoxlanılan müəssisələrdə hər 18 işçidən birinin həyatı və sağlamlığı üçün risk amili aradan qaldırılıb. AHİK-in yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnməsinin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb.

Diqqətə çatdırılıb ki, ətrafında 1,6 milyon işçini birləşdirən AHİK öz əməli fəaliyyətində hökumətlə demokratik dialoq qurmağa nail olub. Sosial əmək münasibətlərinin formalaşmasında muzdlu işçilərin ictimaiiqtisadi mənafelərini fəal müdafiə edən AHİK sosial tərəfdaşlığın inkişafına öz töhfəsini verib.

Diqqətə çatdırılıb ki, son illər həmkarlar ittifaqları qanunvericinormativ bazanın təkmilləşdirilməsi prosesinə də real təsir göstərir. Həmkarlar ittifaqının mərkəzi və sahə həmkarlar ittifaqı orqanları sosial tərəfdaşların iştirakı ilə həmkarlar ittifaqı fəallarının hərtərəfli maarifləndirilməsinə, tematik zona müşavirələrinin, iclasların, konfransların, “dəyirmi masa” müzakirələrinin, baxış-müsabiqələrin, dövlət-ictimai-həmkarlar ittifaqı nəzarətinin təşkilinə, istehsalat zədələnmələrinin və xəstələnmə hallarının profilaktikasına xüsusi önəm verir.

Bildirilib ki, 2014-cü ildən başlayan iqtisadiyyatın sənayeləşdirilməsinin yeni mərhələsi işəgötürənlərdən prinsipcə yeni yerlərinin yaradılmasını tələb edir. İşəgötürənlərin peşə risklərinin azaldılmasına iqtisadi marağının artırılması bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev həmkarlar ittifaqlarının qarşısında böyük vəzifələrin durduğunu söyləyib. Ərəstun Mehdiyev bildirib ki, həmkarlar ittifaqı təşkilatları ölkəmizin ictimai həyatında, sosial-iqtisadi sistemində, əməyin təşkili prosesində mühüm rol oynayır. Bu təşkilatın üzərinə düşən vəzifələrin daha aydın dərk olunması və uğurla yerinə yetirilməsi vacib məsələdir. Bu məsələdə yerlərdə fəaliyyət göstərən həmkarlar təşkilatları rəhbərlərinin üzərinə də böyük məsuliyyət düşür.

Diqqətə çatdırılıb ki, əməyin təşkili, sağlamlığın qorunması, təhlükəsizliyin təmin olunması mürəkkəb bir məsələdir və bu, bütövlükdə müəssisənin rəhbərliyindən çox asılıdır, lakin bu sahədə həmkarlar ittifaqı təşkilatlarının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, bu təşkilatların rəhbərləri qanunvericiliyi yaxşı bilməlidirlər, özlərinin nəzəri biliklərini artırmalıdırlar, üzərilərinə düşən məsuliyyəti dərk etməlidirlər. Mütəmadi müzakirələr təşkil edilməlidir, maarifləndirmə işləri həyata keçirilməlidir, yerlərdə işçilər arasında söhbətlər aparmalıdırlar.

Şöbə müdirinin müavini deyib ki, bu gün ölkəmiz inkişaf edir, yeni yerləri açılır, yeni işçilər cəlb olunur. Əmək müqaviləsi ilə bu prosesə cəlb olunan, bir çox hallarda əmək müqaviləsindən kənarda da cəlb olunan insanların bilik və bacarıqlarının artırılmasına çalışmaq lazımdır. Həmkarlar ittifaqı təşkilatlarının yerlərdəki nümayəndələri baş verən bədbəxt hadisələrin qarşısının alınması üçün səylərini əsirgəməməlidirlər. Bu işdə kompleks tədbirlərin görülməsi vacibdir. Əməyin təhlükəsizliyinin gücləndirilməsi məsələsi çox önəmlidir. Müxtəlif metodlardan, mexanizmlərdən istifadə edilməklə bu, tam təmin olunmalıdır. Bu məsələdə daha məsuliyyətli yanaşma nümayiş etdirilməlidir.

AHİK-in II Məclisində digər çıxış edənlər də müvafiq sahədə mövcud problemlərdən və bu problemlərin həlli yollarından danışıblar.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.3.