Naxçıvanda Miniatür Kitab Muzeyinin filialı açıldı

 

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Miniatür Kitab Muzeyinin filialının açılış mərasimi keçirilmişdir. Mərasimdə Naxçıvan MP Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək bildirmişdir ki, bu gün bütün sahələr kimi kitabxanalar da qayğı ilə əhatə olunub. Bu mədəniyyət mərkəzləri yeni kitablarla zənginləşdirilir, onların maddi-texniki bazaları yaxşılaşdırılır, elektron kitabxanalar yaradılır.

Bu da milli mədəni irsimizin qorunaraq gələcək nəsillərə çatdırılmasına, kitabxana xidmətinin forma məzmunca müasirləşməsinə səbəb olub. Artıq yaradılan elektron kataloq sistemi internet saytı vasitəsilə kitabxana fondunun qeydiyyatını aparmaq, oxucuların sayını maraq dairəsini müəyyənləşdirmək, ədəbiyyat fondunu oxucu sorğusuna uyğun komplektləşdirmək yeniləşdirmək mümkündür. Diqqətə çatdırılıb ki, 150 minə yaxın kitab fondu olan kitabxanada 4 bölmə 10 şöbə fəaliyyət göstərir. Burada artıq Miniatür Kitab Muzeyinin filialı da öz işinə başlayıb.

Naxçıvan MR Ali Məclisi Sədrinin tapşırığı ilə yaradılan filial öz tərtibatı ilə fərqlənir. 31 ölkədə çapdan çıxan 1090 miniatür kitab 12 vitrində nümayiş etdirilir. Vitrinlərdə xüsusi işıqlandırma sistemi quraşdırılıb. Burada elektron kartotekanın aparılması məqsədilə zəruri şərait yaradılılb. Bundan əlavə, otaqda miniatür kitabların asanlıqla oxunması üçün şriftləri verilən rejimdə böyüdən xüsusi aparat da qoyulub.

Tədbirdə bildirilib ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb populyarlıq qazanıb. Bu nəşrlər təkcə məlumat bilik vermək, mütərəqqi ideyalar yaymaq vəzifəsini daşımır. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar kütləvi satış üçün nəzərdə tutulmur, onlar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir. Əminik ki, filialda toplanan kitablar tədqiqatçılar oxucular üçün faydalı olacaqdır.

Naxçıvan MR Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov muzey filialının ərsəyə gəlməsində xüsusi xidmətləri olan Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi, əməkdar mədəniyyət işçisi Zərifə Salahovaya muxtar respublikanın bütün oxucuları adından minnətdarlığını bildirib.

Naxçıvan MR Yazıçılar Birliyinin sədri Asim Əliyev qeyd edib ki, muxtar respublikada başqa sahələr kimi mədəniyyət həyatımız da intibah dövrünü yaşayır. Qədim diyarımızın tarixi keçmişi ilə bağlı kitabların nəşri, Naxçıvanda beynəlxalq səviyyəli elmi konfransların, simpoziumların keçirilməsi, görkəmli şəxsiyyətlərin yubileylərinin qeyd edilməsi, şair yazıçıların, elm, maarif xadimlərinin ev-muzeylərinin yaradılması bir daha təsdiq edir ki, Naxçıvan bu gün öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Naxçıvan MR Ali Məclisi Sədrinin tapşırığı ilə Məmməd Səid Ordubadi adına respublika kitabxanasında Miniatür Kitab Muzeyinin filialının yaradılması həyata keçirilən tədbirlərin davamı kimi hamımızda böyük qürur sevinc hissi doğurub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə bildirib ki, Naxçıvan çox müqəddəs torpaqdır. 1969-cu ildən etibarən burada böyük işlər görülür. Bu gün hər bir naxçıvanlı ulu öndərin yolunu böyük məhəbbətlə davam etdirir.

Dilarə Seyidzadə miniatür kitab işi, onların nəşri, Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahovanın bu sahədəki fəaliyyəti barədə danışıb. “Azərbaycanda miniatür kitab nəşri, onların toplanılması Zərifə Salahovanın adı ilə bağlıdır” - deyən D.Seyidzadə ulu öndərin Z.Salahovanın bu sahədəki fəaliyyətinə yüksək qiymət verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Respublika Kitab Cəmiyyətinin sədri, Azərbaycan Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova çıxış edərək bildirib ki, bu gün miniatür kitablar dünyanın müxtəlif ölkələrində çap olunub yayılsa da, bu muzey ilk dəfə Azərbaycanda yaradılıb. Dünyada yeganə olan muzeydə 66 ölkədə çap olunan 7 mindən çox miniatür kitab toplanıb.

Zərifə Salahova Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə miniatür kitab hazırladığını da söyləyib. Diqqətə çatdırıb ki, bu il sentyabrın 29-da Naxçıvanda həmin kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə xüsusi vurğulanıb ki, Zərifə Salahovanın şəxsi kolleksiyasının Ginnesin Rekordlar kitabına düşəcəyi gözlənilir.

Sonra qonaqlar Miniatür Kitab Muzeyinin Naxçıvan filialı ilə tanış olublar.

 

Azərbaycan.-2014.- 20 dekabr.- S.12.