Banklar haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu nəzərə alaraq qərara alır:

Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹3, maddə 130; 2005, ¹4, maddə 276; 2007, ¹5, maddə 401, ¹6, maddə 562, ¹11, maddə 1070; 2008, ¹11, maddə 960; 2009, ¹6, maddə 404, ¹7, maddə 517; 2010, ¹4, maddə 276, ¹10, maddə 839; 2011, ¹7, maddə 590) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü maddədə “Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları” sözləri “Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ xarakterli aktları” sözləri ilə əvəz edilsin;

2. 3.4-cü maddədə “qüvvədə olan qanunvericilik” sözləri “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit İttifaqları haqqında” Azərbaycan Respublikasının qanunları” sözləri ilə əvəz edilsin;

3. 5.3-cü maddənin birinci cümləsində “məlumatı ala bilər” sözləri “məlumatı alır” sözləri ilə və ikinci cümləsində “keçirə bilər” sözləri “keçirirsözü ilə əvəz edilsin;

4. 6.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“6.3. Ərizəçi kifayət qədər təşki

lati-texniki hazırlığa və ya ixtisasa malik olmadıqda, Mərkəzi Bank verdiyi bank lisenziyasında və icazədə bu qanunun 32-ci maddəsi ilə banklara icazə verilən fəaliyyət növlərinin həyata keçirilməsi üçün məhdudiyyətlər qoyur.”;

5. 10.4-cü maddənin ikinci abzasında “tələb edə bilər” sözləri “tələb edir” sözləri ilə və üçüncü abzasında “başlaya bilərlər” sözləri “başlayırlar” sözü ilə əvəz edilsin;

6. 13.1-ci, 14.1-ci və 14.2-ci maddələrdə “verilə bilər” sözləri “verilirsözü ilə əvəz edilsin;

7. 14.3-cü maddədə və 18.3-cü maddənin birinci cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

8. 16.1-ci və 16.2-ci maddələrdə “birya bir neçə əsas olduqda ləğv edilə bilər” sözləri “əsaslardan biri olduqda ləğv edilməsi məsələsinə baxılır” sözləri ilə əvəz edilsin;

9. 34.3-cü maddədən “zərurət yarandıqca,” sözləri çıxarılsın və həmin maddədə “edə bilər” sözləri “edirsözü ilə əvəz edilsin;

10. 35.1-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

11. 35.5-ci maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

12. 38.2-ci maddədən “o cümlədən” sözləri çıxarılsın;

13. 42.2-ci maddədənnormativsözü çıxarılsın;

14. 44.2-ci maddədəAzərbaycan Respublikasının qanunvericiliyinəsözləriMərkəzi Bank haqqında “Auditor xidməti haqqındaAzərbaycan Respublikasının qanunlarınasözləri ilə əvəz edilsin;

15. 44.3-cü maddədəAzərbaycan Respublikasının qanunvericiliyindəsözləri “Auditor xidməti haqqındaAuditorun peşə məsuliyyətinin icbari sığortası haqqındaAzərbaycan Respublikasının qanunlarındasözləri ilə əvəz edilsin;

16. 44.5-ci maddədə (hər iki halda) “edə bilərsözləriedirsözü ilə əvəz edilsin;

17. 46.7-ci 48.2-ci maddələrdəedilə bilərsözləriedilirsözü ilə əvəz edilsin;

18. 49.3-cü maddədə “edə bilər” sözləri “edilməsi məsələsinə baxır” sözləri ilə əvəz edilsin;

19. 50.4-cü maddədə “qanunvericiliyisözüİnzibati Prosessual Məcəlləsi” sözləri ilə əvəz edilsin;

20. 52.5-ci maddədən “o cümlədən” sözləri çıxarılsın;

21. 52.9-cu maddədə “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin;

22. 56.3-cü maddədə (hər iki halda) və 57.7-ci maddədə “edə bilər” sözləri “edirsözü ilə əvəz edilsin;

23. 58.3-cü maddədə “keçirə bilər” sözləri “keçirirsözü ilə əvəz edilsin;

24. 59.4-cü maddədə “qanunvericiliyə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin;

25. 66.1-ci maddənin ikinci cümləsində “Bu halda” sözləri “Ərizə rədd edildikdə” sözləri ilə, “qoya bilər” sözləri “qoyursözü ilə əvəz edilsin;

26. 70.1-ci maddənin birinci cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

27. 72.2-ci maddədə “keçirilə bilər” sözləri “keçirilirsözü ilə əvəz edilsin;

28. 75.2-ci və 83.2-ci maddələrdə “edilə bilər” sözləri “edilirsözü ilə əvəz edilsin.

29. 77.7-ci maddənin altıncı cümləsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində” sözləri ilə əvəz edilsin;

30. 79.2-ci maddəsində “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının Əmək Məcəlləsində” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 28 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 21 dekabr.- S.2.