Azərbaycan Respublikasında 2015-ci il

 üçün ehtiyac meyarının həddi haqqında

 

Azərbaycan  Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2015-ci il üçün ehtiyac meyarının həddi 105 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  

 Bakı şəhəri, 28 noyabr 2014-cü il

Azərbaycan.-2014.- 23 dekabr.- S.2.