Mehmanxanaların təsnifatı yeni standartla müəyyən edilir

 

Bu gün mehmanxana sənayesində olan inkişaf tendensiyası xidmət sahəsinə də öz müsbət təsirini göstərir. Mehmanxanalarda xidmət səviyyəsinin daha yüksəldilməsi məqsədilə Azərbaycan Turizm İnstitutunda, Bakı Turizm Peşə Məktəbində və Mingəçevir Turizm Kollecində bu sənayedə çalışacaq ixtisaslı kadrların hazırlığı davam etdirilir. Hər il mütəmadi olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri və respublikamızın turizm potensiallı regionlarında mehmanxana sənayesi işçiləri üçün Türkiyə Respublikasından dəvət edilmiş ekspertlər tərəfindən təlimlər keçirilir.

Mehmanxanamehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mehmanxanaların təsnifatı aparılır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, təsnifat Avropanın bir çox ölkəsində tətbiq olunanHotelStars Criteria 2010-2014”ə uyğun hazırlanıb və “Mehmanxanamehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” Azərbaycan dövlət standartına uyğun həyata keçirilir.

Hazırda müvafiq qanunvericiliyə əsasən, mehmanxanamehmanxana tipli obyektlərin təsnifatı sahibkarların müraciətləri əsasında könüllü sürətdə aparılır.

Şəffaflığın artırılması məqsədilə və yeni texnologiyalardan istifadə etməklə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqramla təchiz olunmuş planşet vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilirulduz dərəcələri müəyyən olunur.

Cari il ərzində 42 mehmanxanamehmanxana tipli obyekt təsnifatdan keçərək onlara müvafiq ulduz dərəcələri verilib. Hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 79-dur. Onların 56-ı Bakı şəhərində, 23-ü isə respublikamızın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxanamehmanxana tipli obyektlərin 23-ü beş ulduz, 41-i dörd ulduz, 12-si üç ulduz, 3-ü isə iki ulduz kateqoriyasına uyğundur.

2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə bağlı ilk növbədə paytaxtda və Mingəçevir şəhərində fəaliyyət göstərən mehmanxanamehmanxana tipli obyektlərin təsnifatı sürətləndiriləcək və təsnifatdan keçmiş obyektlərin sayı artırılacaqdır.

 

Azərbaycan.-2014.- 23 dekabr.-  S.15.