Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli 579 nömrəli Fərmanı (Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları (aprel-iyun 1997); Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 423; 2000, ¹ 12, maddə 844; 2005, ¹ 5, maddə 403; 2009, ¹ 3, maddə 163) ilə təsdiq edilmiş “İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə”nin 9-cu hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1. Çek investisiya fondu illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hesabat dövrü başa çatdıqdan sonra növbəti il aprel ayının 30-dan gec olmayaraq Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə və təsisçiyə (təsisçilərə) təqdim etməli, habelə dövri mətbu nəşrdə və fondun internet səhifəsində (varsa) dərc etdirməlidir.”.

2.  2-ci bəndin birinci abzası, birinciikinci yarımbəndləri aşağıdakı redaksiyada verilsin:

“2. İllik maliyyə hesabatları “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib edilməli, uçot siyasəti və izahlı qeydlərdə isə əlavə olaraq aşağıdakılar əks etdirilməlidir:

- fondun investisiyalarının siyahısı və onun açıqlaması (səhmlərin sayı, növühesabat tarixinə bazar qiyməti);

- hesabat dövrü ərzində ödənilmiş dividendlər;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 22 dekabr 2014-cü il

Azərbaycan.-2014.- 25 dekabr.-  S.2.