Möhkəm təmələ əsaslanan siyasət

 Azərbaycanın dayanıqlı inkişafını təmin edir

 

Müstəqil Azərbaycanın davamlı inkişafı daim müqayisəli təhlili zərurətə çevirir. İndi böyük inam və qətiyyətlə söylədiyimiz “Bugünkü Azərbaycanı 10 il bundan öncəki Azərbaycanla müqayisə etmək qeyri-mümkündürfikri də keçilən yola, bu günümüzün reallıqlarına əsaslanır, dövlətimizin daxilixarici siyasətinin hərtərəfli inkişafa xidmət etdiyini nümayiş etdirir. Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəmizin ən ağır günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra söylədiyi “Biz bu çətin günləri keçib gedəcəyik, müstəqil Azərbaycan Respublikası dünya birliyində öz layiqli yerini tutacaq, hər bir Azərbaycan vətəndaşı özünün bu müstəqil dövlətə mənsub olduğunu böyük qürur hissi ilə bəyan edəcəkdir” fikirləri də dahi şəxsiyyətin uzaqgörənliyinin, həyata keçirilən siyasətin gələcəyə hesablandığının təsdiqi idi.

Ümummilli liderin böyük inamla söylədiyi bu fikirin davamı olaraq 2003-cü ildən bu xətti uğurla davam etdirən Prezident İlham Əliyev bildirib: “Güclü, qüdrətli Azərbaycan hər birimizin qürur mənbəyidir”. Hər zaman bəyan edildiyi kimi, bu gün Azərbaycan Cənubi Qafqazın parlayan ulduzu, dünyanın 10 xoşbəxt ölkəsindən biri kimi tanınırsa, bu, həyata keçirilən siyasətin uğurlarından qaynaqlanır. Azərbaycanı uğurlu gələcəyə aparan inkişaf strategiyası hazırda beynəlxalq aləmdə təqdir olunur və öyrənilməsinin vacibliyi bildirilir. Bu gün Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi də səbəbsiz deyil. İqtisadi uğurları, demokratiya təcrübəsi ilə digər dövlətlərə nümunə olan ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.

Möhkəm təməl üzərində inkişaf edən Azərbaycan öz liderliyini beynəlxalq qurumların hesabatlarında da qorumaqdadır. Azərbaycan ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq atdığı hər addımı ilə bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə də sübut etdiyini göstərir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi demokratiya yolunda da inamlı addımların əsasını qoydu. “Demokratiya bizim strateji kursumuzun əsas mahiyyətini təşkil edir. Demokratiya sabitliyinqanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir. Azərbaycan demokratiya yolu ilə gedirheç bir qüvvə bizi bu yoldan döndərə bilməz” söyləyən dahi şəxsiyyət Heydər Əliyev eyni zamanda bildirmişdir ki, ölkəmizdə hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan hüquqlarının qorunması, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir.

Təbii ki, Azərbaycanın bu gün dünya birliyinin fəal üzvünə çevrilməsində demokratik islahatlar sahəsində qazandığı uğurlar əhəmiyyətli rol oynayır. Sirr deyil ki, bir ölkə digər dövlətlə iqtisadi əlaqələr qurarkən ilk növbədə həmin dövlətdə demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Demokratiya sabitliyin, qanunun aliliyinin hökm sürdüyü şəraitdə inkişaf edir ki, Azərbaycanın da bu sahədə qazandığı uğurlar göz qabağındadır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət aldı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi Konstitusiya təşkil edir. Konstitusiyanın qəbulundan, yəni, 1995-ci ildən sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin aforizmə çevrilən “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olartezisi bütün dövrlərdə aktuallığını qoruyan bir məsələyə - insan hüquq və azadlıqlarının qorunmasına, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə işıq salır. Ölkəmizdə insan hüquqlarının qorunması sahəsində atılan addımlar davamlılığı ilə diqqət çəkir.

Heydər Əliyevin 1998-ci ildə imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanda, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nda ölkədə insan hüquqlarının qorunması, beynəlxalq standartlara uyğunlaşdırılması üçün çox mühüm icra mexanizmləri nəzərdə tutulurdu. “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” çərçivəsində qanunvericilikinstitusional islahatlar həyata keçirilmiş, demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi təsisatlar yaradılmış, hüquq-mühafizə orqanlarının fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır. Məhz bu sahədə təcrübə əldə etmiş beynəlxalq təşkilatlarla əməkdaşlıq, ölkədə hüquqi bazanın təkmilləşdirilməsi, müxtəlif konvensiyalara, sazişlərə qoşulma öz müsbət nəticəsini göstərdi.

Son on ildə hüquqi cəmiyyətin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamlılığı da göz önündədir. Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev eyni zamanda bu fikri daim önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür. İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” təsdiq edildi. Sənəddə bu vacib məqam öz əksini tapdı ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğuinsan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilib. Milli Fəaliyyət Planının təsdiqindən ötən dövr ərzində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildi, dövlətimizin siyasətində insan amilinə verilən dəyər təqdir olundu.

Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” sərəncamı da bu sahəyə diqqəti təsdiqlədi. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də Azərbaycanda ilkİnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyiniinsan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini nəzərə alaraq 18 iyunun İnsan Hüquqları Günü kimi qeyd edilməsi Görülən işlərin hesabatı, qarşıdakı vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Demokratik prinsipləri bu günün və gələcəyin əsası kimi qəbul edən dövlətimizin dünyanın nüfuzlu təşkilatlarına, xüsusilə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, 13 ildən artıq dövr ərzində münasibətlərin yüksələn xətt üzrə inkişafı Azərbaycanın sivil dəyərlərə sadiqliyindən qaynaqlanır. AŞ PA-nın “Azərbaycanda demokratik təsisatların inkişafına dair” qəbul etdiyi qətnamədə ölkəmizin demokratiya təcrübəsi yüksək dəyərləndirilir, digər dövlətlərə nümunə göstərilir. 2009-cu ildə keçirilən referendumda Konstitusiyaya edilən əlavə və dəyişikliklərə diqqət yetirsək, onların böyük əksəriyyətini insan hüquq və azalıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi təşkil edir.

Demokratik cəmiyyətin varlığını təsdiqləyən amillər sırasında azad mətbuatın inkişafını, çoxpartiyalı sistemin yaradılmasını, seçkilərin beynəlxalq standartlara uyğun keçirilməsini önə çəkən dövlətimizin bu istiqamətdə gördüyü işlər də beynəlxalq səviyyədə təqdir olunur. Ölkəmizdə vətəndaşlara bütün azadlıqlar verilib və onların qorunması üçün təkmil qanunvericilik bazası mövcuddur. Dövlət başçısı İlham Əliyev daim bu fikri önə çəkir ki, bizim buya digər beynəlxalq təşkilatlara üzv qəbul olunmağımızda məqsəd hansısa dövlətə, beynəlxalq təşkilata xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür. Ölkəmiz bu təşkilatlarda təmsil olunmaqla öz dəyərlərini dünya meyarlarına uyğunlaşdırmağa, qabaqcıl ölkələrin təcrübəsini öyrənməyə səy göstərir. Yeniləşmə, müasirləşmə dövlət siyasətinin ana xəttini təşkil edir.

Demokratik cəmiyyətdə əsas amillərdən biri də çoxpartiyalı sistemin yaradılmasıdır. Azərbaycanda 40-dan artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətini tənzimləyən qanunvericilik bazasının möhkəmləndirilməsi bir daha bu reallığı ortaya qoyur ki, dövlət siyasi partiyaların normal fəaliyyəti üçün hər cür şəraitin yaradılmasında maraqlıdır. Ulu öndər Heydər Əliyev bu fonda bir vacib məqamı da xüsusi vurğulamışdır: “Nə qədər partiya olur-olsun, onların hamısı bir məqsədə - Azərbaycanın müstəqilliyini qorumaq, torpaqlarımızı düşməndən azad etmək işinə xidmət etməlidir.”

2012-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olundu. Bu addımı şərtləndirən əsas səbəblər təbii ki, ilk qanunun qəbulundan ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçməsi, zəngin demokratiya təcrübəsi qazanmasıdır. “Siyasi partiyalar haqqında” qanunun 1992-ci ildə qəbul olunduğunu nəzərə alsaq, bu təkmilləşməyə yaranan zərurət aydın görünür. Yeni qanunda əksini tapan əsas maddələrdən biri siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsidir. Təbii ki, bu addım fəaliyyətdə və maliyyələşmədə şəffaflığın yüksək səviyyədə təmin olunmasına xidmət edir.

Dövlət və xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edən Yeni Azərbaycan Partiyasının bu gün sıralarında 640 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yeni Azərbaycan Partiyasının V qurultayında dövlət başçısı İlham Əliyev partiyanın keçdiyi inkişaf yolunu təhlil edərək bildirmişdir ki, partiyanın əsas ideoloji dayaqları müstəqilikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadisiyasi islahatlardır. Tarixə nəzər salaraq ölkə Prezidenti bu fikri böyük inam və qətiyyətlə bildirmişdir ki, 1992-ci ilin noyabarında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır: “Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoymuşdur.”

Dövlətçiliyimizin inkişafında, Azərbaycanın daha da qüdrətli, zəngin dövlətə çevrilməsində, əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının hər bir üzvü Heydər Əliyev ideyalarının həyata keçməsinə öz töhfəsini verməyə çalışır. Bu ideyalar əsasında Azərbaycan gələcəyə daha böyük inamla irəliləyir. Yeni Azərbaycan Partiyası istər ölkə daxilində, istərsə də hüdudlarından kənarda partiyalarla əlaqələrin qurulmasında və inkişafında maraqlıdır. Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır. Ölkədə keçirilən bütün seçkilərdə xalqın dəstəyini qazanan partiya gələcəyə daha böyük inamla irəliləyir.

23 illik müstəqillik tarixinə malik olan Azərbaycanın qazandığı uğurların miqyası genişdir. Bu uğurlara əsaslanaraq dövlət başçısı İlham Əliyevin sərəncamı əsasında işlənib hazırlanan və təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qarşıdakı dövr nəzərdə tutulan hədəfləri özündə əks etdirir. Azərbaycanın qazandığı uğurlar qarşıdakı illərdə inkişaf etmiş ölkələr sırasında görmək istəyimizə stimul verir. Hər bir inkişafın təməlində sabitliyiniqtisadi tərəqqinin dayandığını nəzərə alsaq, bu gün Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi tanınması və nüfuz qazanması hər bir məqsədə yüksək səviyyədə çatmağa əsas yaradır. Dövlət başçısı İlham Əliyevin daim çıxışlarında bəyan etdiyi kimi, iqtisadi tərəqqi demokratikləşmə prosesini daha da sürətləndirir. Ölkədə iqtisadisiyasi islahatların vəhdətliyinin təmin edilməsi hərtərəfli inkişafa əsas yaradır. Dünya təcrübəsinə, eyni zamanda, buya digər ölkələrdə cərəyan edən proseslərə istinadən bu fikir də önə çəkilir ki, iqtisadi cəhətdən elə zəngin ölkələr var ki, onlarda demokratik inkişaf zəifdir. Elə ölkələr də var ki, demokratiya təcrübəsi örnəkdir, amma iqtisadi inkişaf səviyyəsi aşağıdır. Lakin Azərbaycanda siyasiiqtisadi islahatların paralel şəkildə həyata keçirilməsi bu kimi problemlərin yaranmamasını şərtləndirir. Bu baxımdan dünya inkişafın Azərbaycan modelinin mövcudluğunu təqdir edir.

 

Xatirə ƏLİYEVA,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan.-2014.- 25 dekabr.- S.8.