Qulu Məhərrəmlinin həyat və yaradıcılığına

həsr edilmiş kitab işıq üzü görüb

 

Bu günlərdə çapdan çıxmış “İşığa doğru” kitabı tanınmış telejurnalist, Azərbaycan jurnalistika elmininaudiovizual mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş nəzəriyyəçi-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin həyat və yaradıcılığına həsr edilib. Kitabda ölkəmizin görkəmli elm və mədəniyyət xadimləri, sənət adamları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələrinin yazıları verilib.

BDU-nun professoru Şirməmməd Hüseynov kitaba giriş sözü yazıb. Azərbaycanın böyük söz ustaları - Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Musa Yaqub, Məmməd AslanVaqif Bəhmənlinin kitabda yer almış yazılarında Qulu Məhərrəmlinin şəxsiyyəti və yaradıcılığı müxtəlif prizmalardan təhlil olunub. Millət vəkilləri Elmira Axundova, Nizami Cəfərov, görkəmli elm və mədəniyyət adamları - Rafiq Əliyev, Cəmil Həsənli, Nizaməddin Şəmsizadə, Fəxrəddin Veysəlli, Ramiz Abutalıbov, Əjdər Ağayev və başqaları öz məqalələrində professor Qulu Məhərrəmlinin çoxşaxəli yaradıcılığından bəhs ediblər.

Kitabda Azərbaycan mediasının tanınmış simaları, həmçinin kinoteleviziya xadimləri - Vasif Babayev, Arif Əliyev, Elçin Şıxlı, Natiq Məmmədli, Rövşən Almuradlı, Oqtay Babazadə, Qüdrət Piriyev və başqaları da professor Qulu Məhərrəmlinin Azərbaycan jurnalistikası və audiovizual mədəniyyətimizin inkişafı naminə göstərdiyi xidmətlərdən söhbət açıblar.

KitabQanun” nəşriyyatında kütləvi tirajla nəşr olunub.

 

Azərbaycan.-2014.- 27 dekabr.-  S.11.