Ekologiya və təbii sərvətlər naziri Masallı şəhərində cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq göstəriş və tövsiyəsinə uyğun olaraq yanvarın 31-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Masallı şəhərindəki Gənclər evində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdikləri qəbulda cənub bölgəsindən olan  40-dan  çox vətəndaşın müraciətinə baxılmışdır.

Vətəndaşların müraciətləri əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqis. məsələlərlə bağlı olmuşdur.

Nazir H.Bağırov hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar vermişdir. Müraciətlərin bir qismi elə yerindəcə həllini tapmışdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 1 fevral.- S.6.