Amerikanın «Santa Barbara Independent» qəzeti 659 nömrəli Kaliforniya qətnaməsi

 barədə Azərbaycan və türk diasporları üzvlərinin müraciətini dərc etmişdir

 

Amerikanın "Santa Barbara Independent" qəzeti Kaliforniya ştatının qanunvericilik orqanının təqdim etdiyi 659 nömrəli qətnaməyə qarşı yazılı kampaniya ilə əlaqədar Azərbaycan və türk diasporları üzvlərinin ştatın qanunvericilərinə müraciətini dərc etmişdir.

"Erməni soyqırımının" təsdiqi üçün  qanuni əsas yoxdur" adlı məqalədə deyilir ki, Kaliforniya ştatı assambleyasının üzvü Adrin Nazaryan tərəfindən təqdim olunmuş qanun layihəsi "erməni soyqırımı" tarixini  ştatdakı orta  məktəblərin tədris proqramlarına daxil etmək məqsədi daşıyır. Məktubda göstərilir ki, qanun layihəsində faktlar təhrif edilmişdir, belə ki, "erməni soyqırımı" haqqında qanunvericilərə uydurmaqanuni baxımdan əsassız məlumatlar  təqdim olunmuşdur.

Müraciətdə yazılmışdır ki, soyqırımı aktları, o cümlədən Holokost zamanı, Srebrenitsada və Ruandada baş vermiş soyqırımı aktları müvafiq tribunallar və məhkəmə prosesləri vasitəsilə bəşəriyyətə qarşı cinayətlər kimi təsdiqlənmişdir, lakin bunu Osmanlı imperiyasında baş vermiş hadisələr barədə ermənilərin iddiaları haqqında demək olmaz. Bu hadisələrin  "soyqırımı" kimi  tanınması üçün heç bir fakt yoxdur. Keçən ay İsveçrəyə qarşı Perinçek işi barədə İnsan Hüquqları üzrə Avropa məhkəməsinin qərarında deyilir ki, soyqırımı "çox məhdud tərifi olan bir terminhüquqi anlayışdır", erməni məsələsində onu sübut etmək çətindir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, məsələ tarixçilərin müzakirəsi üçün  gündəlikdə qalmaqdadır. 2012-ci ildə ABŞ dövlət katibi Hillari Klinton da bu mövqedə olduğunu bildirmişdi. Amerikanın tanınmış tarixçiləri, o cümlədən Bernard Luis, Stenford Şou, Günter Lui, Castin MakKarti, Edvard EriksonMaykl Günter də belə mövqe ilə razıdırlar. Bundan başqa, müraciətdə bildirilmişdir ki, Birinci Dünya müharibəsi zamanı yarım milyon nəfərdən çox türk, kürdbaşqa millətlərdən olan müsəlmanlar erməni dövləti yaratmaq üçün rus, yunan və fransız orduları tərəfində vuruşan erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Müraciət "Par Turcica" institutu tərəfindən keçirilmiş kampaniyanın yekunu kimi dərc edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 5 fevral.- S.6.