İstanbulda XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir

 

İstanbulda Marmara Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XVII Avrasiya İqtisadi Zirvəsi keçirilir.

Açılış mərasimində Avrasiya İqtisadi Zirvəsinin tarixi haqqında sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident İlham Əliyevin Zirvə iştirakçılarına təbrikinin mətnini oxumuşdur. Təbrik məktubunda ölkəmizin Avrasiya məkanında inkişafın və tərəqqinin təmin olunmasında, dünyanın enerji təhlükəsizliyində mühüm rolu vurğulanmış, dövlət başçısı  bu məsələlərin müzakirə olunduğu Avrasiya İqtisadi Zirvəsinin işinə uğurlar arzulamışdır.

Türkiyə Prezidenti Abdullah Gülün Zirvə iştirakçılarına məktubunda Avrasiya məkanında əməkdaşlığın əhəmiyyəti, regionda sülhünsabitliyin təmin olunmasında bu cür tədbirlərin rolu vurğulanmışdır.

UNESCO-nun baş katibi İrina Bokovanın Zirvə iştirakçılarına müraciətində də sülhsabitliyin əhəmiyyəti, qlobal dünyada mədəniyyətlərarası dialoqun təmin edilməsində siyasətçilərin, mədəniyyət və din xadimlərinin mühüm rolu qeyd olunmuşdur.

Marmara Qrupu StratejiSosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver çıxışında bildirmişdir ki, bu Zirvə çərçivəsində enerji məsələləri - TANAP, TAP və "Şahdəniz-2" layihələri diqqət mərkəzində olacaqdır. Azərbaycan təbii qazının Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında roluna diqqət çəkən natiq demişdir ki, bu layihələr sayəsində Türkiyə mühüm enerji mərkəzinə çevriləcəkdir. Zirvənin gündəliyinə İpək yolunda regionalqlobal miqyasda enerjikommunikasiya  layihələri, insan ticarəti, davamlı inkişaf, iqtisadi inkişafda informasiya texnologiyalarının rolu məsələləri daxil edilmişdir.

Açılış mərasimində çıxış edən Türkiyənin səhiyyə naziri Məhmət Müəzzinoğlu, İstanbul valisi Hüseyn Avni Mutlu, BMT-nin Mədəniyyətlər İttifaqı ali komissarı Nassir Əbdüləziz Əl Nasser, Bosniya və Herseqovinanın Baş naziri Vjekoslav Bevanda qlobal dünyada siyasi, iqtisadisosial problemlərin həllində dialoq prosesinin əhəmiyyətindən bəhs etmiş, Zirvənin işinə uğurlar diləmişlər.

Sonra Zirvə öz işini "İpək yolunda iqtisadiyyatenerjinin gələcəyi", "Dialoqun sülh üçün əhəmiyyəti" mövzularında bölmə iclasları ilə davam etdirmişdir.

Bölmə iclasında çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Fənər Rum patriarxı Varfolomey,  Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete və başqaları Avrasiya məkanında sülhünsabitliyin təmin olunmasında din xadimlərinin rolundan bəhs etmişlər. Çıxışlarda Azərbaycanda ulu öndər Heydər Əliyevin təməlini qoyduğuPrezident İlham Əliyevin davam etdirdiyi mükəmməl din-dövlət münasibətləri, nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdəki dini tolerantlığın müntəzəm olaraq yer aldığı öz əksini tapmışdır.

Enerjiiqtisadi məsələlərə həsr olunmuş bölmə iclasında çıxış edən sənaye və energetika naziri Natiq Əliyev, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Türkiyənin maliyyə naziri Məhmət Şimşək və digər natiqlər bölgənin iqtisadi vəziyyətini dəyərləndirmiş, enerji sektorunun perspektivlərindən bəhs etmişlər. Vurğulamışlar ki, Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçiriləcək yeni enerji layihələri - TANAP və TAP boru xətləri regionda iqtisadisosial tərəqqiyə şərait yaradacaq, Avropanın enerji təhlükəsizliyinə böyük töhfə olacaqlar.

XVII Avrasiya İqtisadi Zirvəsi fevralın 6-da öz işini davam etdirəcəkdir.  

 

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 6 fevral.- S.5.