İnkişaf yeni mərhələyə qədəm qoyur

 

"Heydər Əliyev ili"ni hərtərəfli inkişafla başa vuran Naxçıvan "Muxtariyyət ili"ndə daha böyük uğurlar üçün geniş yol açıb

 

 

 

Ölkəmiz özünün iqtisadi inkişaf göstəriciləri ilə dünya dövlətləri sırasında yerini getdikcə möhkəmləndirir. Dövlətin insan amilini əsas götürərək xalqın rifahı üçün çalışması ölkəmizin bütün regionlarının inkişafını sürətləndirir. Yeni ictimai yaşayış binaları tikilir, inzibati binalar inşa olunur, yerləri açılır, səhiyyə obyektləri, mədəniyyət müəssisələri, təhsil ocaqları müasir dünya standartlarına uyğunlaşdırılır. Bütün bunlar isə birinci növbədə ölkə Prezidenti  İlham Əliyevin dediyi kimi, "siyasətimizin təməlində Azərbaycan vətəndaşı dayandığı üçün" həyata keçirilir.

Azərbaycan vətəndaşının rifah halını daha da yaxşılaşdırmaq üçün həyata keçirilən  tədbirlərin nəticəsidir ki, 2013-cü il ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da uğurlarla, bütün sahələrdə dinamik inkişafla yadda qaldı.

Hələ 2012-ci ilin sonunda - dekabr ayının 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin VI sessiyasında 2013-cü il Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan edilmişdi. Ali Məclisin Sədri Vasif Talıbov həmin sessiyada demişdi:

"Ümummilli liderin quruculuq konsepsiyası 2013-cü ildə - "Heydər Əliyev ili"ndə də muxtar respublikamızda inkişafın əsas hərəkətverici qüvvəsi olacaqdır. Biz bu yolla gedərək, muxtar respublikamızı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanın inkişafına öz töhfəmizi verəcəyik".

Bu mənada 2013-cü il muxtar respublikanın kənd, qəsəbə, rayon və şəhərlərində həyatın bütün sahələrində ümummilli liderin adına layiq inkişafla yadda qaldı. Ötən il muxtar respublikada əldə edilən böyük uğurların blokada şəraitində qazanılması inanılmaz gerçəklikdir. Naxçıvanın inkişafdan intibaha qovuşması ilə xarakterizə olunan 2013-cü il düzgün idarəetmənin, vətən sevgisinin, yurd sahibliyinin nəticəsində əldə edilmişdir. "Heydər Əliyev ili"ndə Naxçıvan Muxtar Respublikasında sosial həyatın bütün sahələrində qazanılan uğurların başlıca səbəbi isə ulu öndərin yoluna sədaqət və bu yolun davam etdirilməsi olmuşdur.

2013-cü ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 337 milyon manatdan çox olmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstərici ilə müqayisədə 10 faizdən çoxdur. 2013-cü ildə hər bir nəfərə düşən ÜDM həcmi ötən illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Yola saldığımız ildə muxtar respublikanın iqtisadi inkişafında nəzərəçarpacaq ciddi nəticələr əldə olunmuşdur. Muxtar respublikanın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan İkinci dövlət proqramının uğurla başa çatdırılması sahibkarlıq fəaliyyətinin inkişafına, əlverişli investisiya mühitinin formalaşdırılmasına, yeni istehsal sahələrinin və yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, infrastrukturkommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərmişdir. Həyata keçirilən tədbirlər nəticəsində muxtar respublikanın ümumi daxili məhsulunda özəl bölmənin xüsusi çəkisi artaraq 87 faiz təşkil etmişdir. Bu da bölgədə hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verən layihələrin həyata keçirilməsi ilə əldə olunmuşdur. Belə ki, ötən il istehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq müxtəlif təyinatlı 122 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.

Bütün bunların həyata keçirilməsində sahibkarlara verilən güzəştli kreditlərin böyük rolu olmuşdur. 2013-cü ildə muxtar respublikanın bankkredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata yaxın kreditləşmənin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fizikihüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 5 milyon 960 min manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 345 min manatı isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.

Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait bu sahəyə marağı daha da artırmış, ötən il sahibkarlıq fəaliyyəti ilə bağlı 24 hüquqi və 1162 fiziki şəxs müraciət etmiş, onların hamısı qeydə alınmışdır. Sahibkarların sayının artması, öz növbəsində, muxtar respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, müxtəlif məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə,  idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərmişdir.

Uğurların əldə olunmasında qəbul edilmiş 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, 2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin etibarlı ərzaq məhsulları ilə təminatına dair və 2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarının düzgün həyata keçirilməsinin də böyük payı var. Həmin proqramların icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaratmışdır. Nəticədə bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar yaranıb və 2013-cü ildə 106-sı ərzaq və 226-sı qeyri-ərzaq olmaqla 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir.

2013-cü ildə yeni istehsal sahələrinin yaradılması daxili tələbat məhsulları istehsalı ilə yanaşı, məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərmiş, 2127 yeni yeri açılmışdır ki, onun da 1960-ı daimi yeridir.

Ölkə başçısının xüsusi diqqət ayırdığı sukanalizasiya layihələri muxtar respublikanın bütün şəhər və rayonlarında, rayon mərkəzlərinə yaxın, eləcə də əhalinin daha çox olduğu böyük kəndlərdə uğurla davam etdirilir.

2013-cü ildə muxtar respublikada əldə olunan uğurlardan birienerji təhlükəsizliyi ilə bağlıdır. Bu sahədə həyata keçirilən tədbirlər ötən ildə də davam etdirlimiş, Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su-Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə "Ordubad", Şərur rayonunda 1,4 meqavat gücündə "Arpaçay-2" su-elektrik stansiyalarının tikintisi isə davam etdirilir.

Hazırda muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi ilbəil çoxalır. Muxtar respublikaya gələn turistlərin sayında da xeyli artım var. 2013-cü ildə xarici ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 11 faiz artaraq 501 milyon 493 min ABŞ dolları təşkil etmişdir ki, bunun da 389 milyon 915 min ABŞ dolları ixracın, 111 milyon 578 min ABŞ dolları isə idxalın payına düşmüşdür. İxracın idxalı üstələməsi nəticəsində xarici ticarət dövriyyəsində 278 milyon 337 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.

Turizm sektorunda da uğurlar əldə edilmişdir. Hazırda muxtar respublikada iqtisadi, sosialekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Şahbuz rayonunun Ağbulaq kəndi ərazisində müasir tələblərə cavab verən Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi buna misaldır. Turizm sektorundakı səmərəli fəaliyyətin nəticəsidir ki, 2013-cü ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 370 mindən çox turist gəlmişdir.

Ümummilli lider Heydər Əliyevin quruculuq xəttinə, siyasi ideyalarına sadiqlik nümunəsinin nəticəsidir ki, muxtar respublikanın hər bir vətəndaşı ölkə başçısı cənab İlham Əliyevi bu siyasi xəttin ən layiqli davamçısı kimi görür. 2013-cü ildə ölkədəki prezident seçkilərində də siyasi fəallıq və qəti mövqe ortaya qoyan muxtar respublika sakinləri bir daha öz iradələrini və əqidələrini göstərərək ölkə başçısını növbəti dəfə bu vəzifədə görmək istədiklərini nümayiş etdirdilər. 20 ildir ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla addımlayan muxtar respublikanın hər bir tərəfinin müasirliyə qovuşması, hər sahədə yeniliklərin tətbiq edilməsi, hər bir vətəndaşın rifahının yüksəlməsinin təmin edilməsi üçün imkanların səfərbər edilməsi də dövlətin öz vətəndaşına necə qayğı ilə yanaşdığının bariz nümunəsidir. Bu diqqətə layiq olmağa çalışan naxçıvanlılar dövlətin həyata keçirməyə çalışdığı bütün tədbirlərdə öz səylərini əsirgəmirlər.

Artıq 2013-cü il - "Heydər Əliyev ili" öz böyük uğurları ilə geridə qaldı. Amma Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu yol davam edir. 2014-cü il Naxçıvan Muxtar Respublikasının yaranmasının 90 illiyi ilə əlamətdar olacaq. Bu mənada ölkə başçısı cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixdə imzaladığı "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsinə ilin ilk günlərindən başlanılıb.

Naxçıvanın bugünkü tərəqqi və inkişafı özünün ən yüksək pilləsindədir. Artıq naxçıvanlıların blokada çətinlikləri, düşmən qorxusu, ərzaq qıtlığı, enerji, istilik problemləri yoxdur, əhalinin yaşayış səviyyəsi ilbəil daha da yaxşılaşır. Bunun müqabilində naxçıvanlıların yurda bağlılığı, torpaq sevgisi artır. İndi ən ucqar sərhəd, dağ kəndləri tamamilə müasirləşir...

Ötən illərdə olduğu kimi, "Muxtariyyət ili"ndə də Naxçıvan hərtərəfli inkişaf strategiyasına sadiq qalacaq, abadlıq-quruculuq işlərinin həcmi, sosial-iqtisadi inkişaf dinamikası və əhalinin rifah halı daha da yaxşılaşacaqdır. Heç şübhəsiz ki, "Muxtariyyət ili" də Azərbaycanın bu tarixi ərazisinin yüksəliş və tərəqqisi ilə əlamətdar olacaq.

 

 

 

Elxan MƏMMƏDOV,

Azərbaycan.-2014.- 6 fevral.- S.6.