Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları

 sahəsində çalışan şəxslərə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

 

 

 

Babayev Mikayıl Hacıağa oğlu

Əliyev İsbəndiyar Museyib oğlu

İsmayılov Adıgözəl Əli Bala oğlu

Vəliyev Məzahir Gülməmməd oğlu

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2014-cü il

Azərbaycan.-2014.- 7 fevral.- S.1.