Azərbaycan Prezidenti İlham Əliyev Soçidə təşkil olunan rəsmi qəbulda iştirak etmişdir

 

Fevralın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XXII Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Soçiyə gələn yüksək səviyyəli qonaqların şərəfinə rəsmi qəbul təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva  rəsmi qəbulda iştirak etmişlər.

Rusiya Prezidenti Vladimir Putin qəbulda nitq söyləmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 8 fevral.- S.1.