İmişli güclü sənaye mərkəzinə çevrilir

 

Yüksək inkişaf dinamikasının nəticəsidir ki,

 bu rayon daxili gəlirləri hesabına özünü maliyyələşdirir

 

 

2013-cü il Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm nailiyyətlərlə yadda qaldı. İstər siyasi-ictimai, istər sosial-iqtisadi və eləcə də digər istiqamətlərdə müşayiət olunan nikbin dinamika respublikamızın inkişafının davamlı olduğunu təsdiqləyir. Qarşıda duran bütün məsələlərin öz həllini tapması ilə yanaşı, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünü layiqincə davam etdirməsi, ilk süni peykinin kosmik fəzaya göndərilməsi, ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya sazişinin imzalanması ötən ilin ölkəmiz üçün yaddaqalan bir dövr olduğunu göstərir.

Uğurlu ilYanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin  ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı 2013-cü ilin ölkəmiz üçün uğurlu olduğunu bildirib: "Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik".

İqtisadi sahədə son 10 il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Bütün beynəlxalq maliyyə qurumları və statistik məlumatlar bunu təsdiqləyir. Beynəlxalq aparıcı reytinq agentlikləri hətta böhranlı illərdə Azərbaycanın kredit reytinqlərini artırmışlar. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos İqtisadi Forumu ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycanı 39-cu yerə layiq görmüşdür.

Statistik rəqəmlər də göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və daha da zənginləşdirilməsi nəticəsində 2013-cü il ölkəmizin tarixində çox mühüm iqtisadi nailiyyətlərlə yadda qalıb. Bu dövrdə ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran əsas məsələlər öz həllini tapıb, ən mühüm makroiqtisadi göstərici olan ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu gün dünyanın inkişaf etmiş ölkələrində ÜDM artımının ən çox 1,5 faiz artdığını nəzərə alsaq, bu, çox böyük göstəricidir. Digər mühüm makroiqtisadi göstərici olan qeyri-neft sektoru isə təxminən 10 faiz artıb. Bu da son illərdə ölkəmizdə  qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların nəticəsində mümkün olub. Ötən il Azərbaycanın valyuta ehtiyatı da çoxalaraq 50 milyard dollara çatıb. Son illərdə çoxsaylı investisiya layihələrinin icra edilməsinə baxmayaraq, valyuta ehtiyatlarının artması olduqca müsbət haldır. Hazırda bu rəqəm Azərbaycanda ümumi daxili məhsulun 70 faizinə bərabərdir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq təxminən 8 min ABŞ dollarına çatıb.

 

 

2013-cü il İmişlidə müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsi ilə əlamətdardır

 

 

Respublikamızda ardıcıllıqla həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2013-cü ildə İmişli rayonunda da iqtisadiyyatın bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. Xüsusilə qeyd edilməlidir ki, başa  çatan regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində ötən il ərzində həyata keçirilən işlər respublikamızın bütün bölgələri kimi, İmişlinin də inkişafına böyük töhfələr verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işləri aparılıb. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qazsu ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransda Prezident İlham Əliyevin girişyekun nitqlərində respublikamızdakı iqtisadi vəziyyət dərindən təhlil edildi, əldə edilmiş uğurlar qiymətləndirildi, qarşıda duran vəzifələr və onların həlli yolları dəqiq müəyyən olundu. Dövlət başçısının müəyyənləşdirdiyi vəzifələrin hamısı icra edilib: "İki dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti - üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir".

Dövlət proqramları çərçivəsində görülən işlər İmişlinin timsalında yaxından hiss olunmaqdadır. Ötən 10 ildə həm ayrı-ayrı dövlət proqramlarından, həm yaradılmış azad sahibkarlıq mühitindən irəli gələrək İmişlidə çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə başlayıb. Eləcə də mühüm obyektlərin təməli qoyulub və inşası uğurla başa çatdırılıb. Yeni səhiyyə və təhsil müəssisələri, infrastruktur obyektləri, yeni inzibati binalar istifadəyə verilib, yollar, parklar yenidən qurulub.

Rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev söhbət zamanı qeyd etdi ki, 2013-cü il inkişaf səviyyəsinə görə Muğanın aparıcı rayonlarından birinə çevrilən İmişlinin yüksəlişində növbəti uğurlu mərhələ olub: "Öncə makroiqtisadi göstəricilərə diqqət yetirək. Statistik rəqəmlər də təsdiq edir ki, ötən il rayonun sosial-iqtisadi inkişafında yaxşı nəticələr əldə olunub. Belə ki, iqtisadiyyatın əsas sahələri üzrə 390,207 min manatlıq məhsul istehsal edilibya xidmət göstərilib ki, onun 138.302,6 min manatı və ya 35,4 faizi sənaye, 98.602,5 min manatı və ya 25,3 faizi kənd təsərrüfatı, 103.795,4 min manatı və ya 26,5 faizi tikinti, 42.357,3 min manatı və 10,9 faizi ticarət və iaşə, 6486,7 min manatı və ya 1,7 faizi nəqliyyat, 662,5 min manatı və ya 0,2 faizi rabitə müəssisələri tərəfindən istehsal olunub. Göründüyü kimi, rayon iqtisadiyyatında əsas yeri 60,7 faizlə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur. Bütövlükdə rayon üzrə ümumi məhsul istehsalı 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 19705,2 milyon manatya 5,3 faiz artıb, həmin artım rabitədə 16,6 faiz, tikintidə 11,5 faiz, nəqliyyatda 0,5 faiz, kənd təsərrüfatında 5,5 faiz, ticarətdə 11,7 faiz, sənayedə isə 0,6 faiz təşkil edib".

Aqrar sahəyə gəldikdə isə 2013-cü ildə heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib, rayon üzrə mal-qaranın sayı 90813 başa, qoyunların sayı 243224 başa, quşların sayı isə 1276231 başa çatıb. Rayonda 2012-ci illə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı da artıb. Həmçinin  2013-cü ildə 10757 hektar sahədə buğda, 5199 hektar sahədə arpa, 345 hektar sahədə kartof, 342 hektar sahədə bostan, 486 hektar sahədə tərəvəz, 308 hektar sahədə dən qarğıdalı, 1535 hektar sahədə pambıq, 611 hektar sahədə isə şəkər çuğunduru əkilib. İl ərzində 46595 ton taxıl məhsulu istehsal olunub ki, bu da əvvəlki ildəkindən 198 ton çoxdur.

RİH-in başçısı bir məsələni xüsusilə vurğuladı ki, son illər İmişlidə büdcə proqnozu uğurla icra edilib: "Rayonun iqtisadi imkanları artdıqca yerli gəlirləri də ilbəil çoxalıb və dövlət büdcəsinin dotasiyasından asılılıq getdikcə azalıb. Bunun nəticəsində artıq bu ildən İmişlinin dövlət büdcəsindən maliyyələşməsi dayanıb. Məhz yüksək inkişaf dinamikasının nəticəsidir ki, bu gün İmişli dövlət büdcəsinin maliyyəsindən imtina edən rayondur".

 

 

 

Məhsul istehsalının əsas hissəsi sənayenin payına düşür

 

 

Azərbaycan iqtisadiyyatında baş verən köklü dəyişikliklər sənayedən də yan ötməmişdir. Neft strategiyasının uğurla həyata keçirilməsi, sənaye sahələrinin, xüsusilə qeyri-neft sənayesinin şaxələndirilməsi yeni müəssisələrin yaradılması sənayenin inkişafını şərtləndirib. Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığının azaldılması və dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı"na dair dövlət proqramlarının icrası ilə bağlı görülən işlər və bu sahədə aparılan digər tədbirlər ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin daha da inkişafına zəmin yaradıb. Beləliklə, ötən 10 ildə yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi baş verib, yeni müəssisələr yaradılıb, mövcud müəssisələrin istehsal potensialı artırılıb.

Prezident İlham Əliyevin 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan etməsi və bu sahənin daha da inkişafı ilə bağlı müvafiq sərəncamın imzalanacağını, tədbirlər planının tərtib və təsdiq ediləcəyini bildirməsi respublikamızda bu ilin sənayeləşmənin yeni mərhələsinin başlanğıc dövrü olacağına dəlalət edir. Bütövlükdə Azərbaycan iqtisadiyyatında son illərdəki inkişaf meyillərini müşahidə etdikdə, sözsüz ki, sənayenin yüksək inkişaf dinamikasını görmək mümkündür. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin son 10 ildə inkişafına da təkan verib.

İmişlidə ötən dövrdə sənayenin inkişafı diqqət mərkəzində olub. Ötən il isə bu sahədə daha yüksək artım qeydə alınıb, rayon üzrə məhsul istehsalının 138.302,6 min manatı və ya 35,4 faizi sənayenin payına düşüb. İstehsal olunan sənaye məhsullarının 91,5 faizi isə qeyri-dövlət  sektorunda qeydə alınıb. Bu isə  son illərdə rayonda sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və emal sənayesinin inkişafı üçün bir sıra işlərin görülməsi nəticəsində mümkün olub. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən "Araz Damazlıq Quşçuluq" MMC kimi müəssisələrin fəaliyyətə başlaması rayonda sənaye məhsulunun artımına təkan verib.

Bundan başqa, rayonda iri neft sənaye müəssisəsi olan Muradxanlı İriləşdirilmiş Neft Mədəni 19,5 min ton neft məhsulu istehsal etmişdir. Ümumilikdə emal sənayesi ümumi istehsalın 89,3 faizini, mədənçıxarma sənayesi 4,7 faizini, elektrik enerjisi, qazsuyun istehsalı ilə bölüşdürülməsi isə 6 faizini əhatə edib. Onu da əlavə edək ki, ötən il İmişlidə əsas kapitala yönəldilmiş bütün vəsaitin 19,5 faizi sənaye sahələrinin inkişafına sərf edilib. Bunların nəticəsində İmişli  son illərdə  əsl sənaye rayonuna çevrilib.

Son illərin reallığı ondan ibarətdir ki, ölkə üzrə sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb. Bu uğurun əldə edilməsində İmişlidə istifadəyə verilən müəssisələrin də öz payı var.  Bu müəssisələrin istehsal gücünün ilbəil artması və rəqabətqabiliyyətli məhsullar istehsal etməsi həm ölkə üzrə, həm də İmişlidə sənaye sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasına böyük təkan verib. Təbii ki, "Sənaye ili"ndə və sonrakı dövrdə İmişlidə yeni sənaye müəssisələrinin yaradılmasının və xüsusən ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində mühüm addımlar atılacaq.

 

 

 

Dövlət proqramında nəzərdə tutulan bütün tədbirlər yerinə yetirilib

 

 

Prezident İlham Əliyev ötən 10 ildə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olub. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət başçısının iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir.

RİH başçısı V.Hacıyevin sözlərinə görə, İmişlinin əldə etdiyi uğurlarda regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının rolu əvəzsizdir: "Regionların sosial-iqtisadi inkişafını müəyyən edən birinciikinci dövlət proqramları ilə bağlı həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsində İmişlidə də böyük uğurlar qazanılıb, inkişafa nail olunub. Dövlət proqramları çərçivəsində İmişlinin siması da, rayon sakinlərinin sosial həyatı da əhəmiyyətli dərəcədə dəyişib. Geridə qoyduğumuz 2013-cü ildə də proqram çərçivəsində xeyli görülüb".

2013-cü ildə 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilib, Xoşçobanlı kənd tam orta məktəbi üçün yeni tədris korpusu tikilib. Rayonun Cavadxanlı, Buludlu, Cəfərli 1 saylı kənd tam orta məktəblərində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikintisi sona çatdırılıb. 960 şagird yerlik İmişli şəhər 5 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılaraq şagirdpedaqoji kollektivin istifadəsinə verilib, şəhər 2 saylı tam orta məktəbində isə hərbi idman oyunlarının keçirilməsi üçün idman qurğusu inşa olunub. İmişli şəhərində inşa olunan Gənclər mərkəzi ötən ildən fəaliyyətə başlayıb. Mərkəzdə konfrans zalı, kinoklub, kitabxana, şahmat dərnəyi, idman zalı, kafe, stolüstü oyunlar və digər xidmət növləri fəaliyyət göstərir. İl ərzində 120 şagird yerlik Cəfərli kənd 2 saylı tam orta məktəbi üçünyeni bina inşa edilib. Hazırda 180 şagird yerlik Ölcələr kənd tam orta məktəbinin, eləcə də, 40 yerlik Məzrəli kənd uşaq bağçasının tikinti işləri davam etdirilir.

2013-cü il ərzində aparılan abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Uzunluğu 7 km olan Heydər Əliyev prospektində səkilərə dekorativ daşlar döşənib və prospektdə yerləşən giriş darvazaları yeniləri ilə əvəz olunub. Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov və H.Aslanov küçələrindəki ictimai yaşayış və inzibati binaların, ticarət obyektlərinin dam örtükləri dəyişdirilib, fasadları ağlay üzlük daşları ilə üzlənib, qapı və pəncərələri yeniləri ilə əvəz olunub. 6 ha ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri davam etdirilib. Parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb, yaşıllıqlar salınıb, regionda analoqu olmayan musiqili fontan istifadəyə verilib. Parkın ərazisində 15 min kv.m əraziyə dekorativ daşlar qoyulmuş, müxtəlif növ ağaclargül kolları əkilmişdir. Hazırda bu sahədə işlər davam etdirilir, şəhər, demək olar ki, tamamilə yenidən qurulur.

Dövlət proqramında nəzərdə tutulan tədbirlərdən olan rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması və hava elektrik verilişi xətlərinin özünüdaşıyan izoliyasiyalı naqillərlə əvəz olunması, kəndlərin su təchizatının yaxşılaşdırılması, yerli əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yeni poçt şöbəsi və EATS binalarının tikintisi işləri də icra edilib.

İl ərzində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülüb. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq əsaslı təmir edilən 136 çarpayılıq mərkəzi rayon xəstəxanasında 2013-cü ildə "Dializ" şöbəsi fəaliyyətə başlayıb. Ötən il Axıcanlı həkim məntəqəsi üçün yeni bina inşa edilərək əhalinin istifadəsinə verilib. Bundan başqa, müxtəlif ixtisaslı həkimlərdən və orta tibb işçilərindən təşkil olunmuş səyyari briqadaların ucqar kənd yaşayış məntəqələrinə göndərilməsi mütəmadi olaraq nəzarətdə saxlanılıb, müayinə və müalicəyə ehtiyacı olan xəstələrə müvafiq kömək göstərilib.

2013-cü ildə də rayonda əhaliyə göstərilən mədəni xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüş, mədəniyyət müəssisələrində dövlət bayramları, əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar kütləvi tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Həmçinin Mərkəzləşdirilmiş kitabxana sistemində "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın Tədbirlər Planına uyğun olaraq bütün kitabxana filiallarında monitorinqlər aparılmış, fəaliyyətləri qeyri-qənaətbəxş olan, özünü doğrultmayan filiallar ləğv edilərək onların sayı 46-ya çatdırılmışdır. Mərkəzi kitabxanada 2 yeni "kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması" və "İnformasiya-resurs" şöbələri yaradılmışdır.

Bununla belə, mədəni-maarif müəssisələrinin fəaliyyətində bir sıra çatışmazlıqlar da mövcuddur. Mədəniyyət müəssisələrindəki dram dərnəklərinin fəaliyyəti qənaətbəxş deyil. Rayon ərazisində mövcud olan 12 arxeoloji abidənin mühafizəsinin gücləndirilməsinə və ərazisində elmi-tədqiqat işlərinin aparılmasına ehtiyac var.

2013-cü ildə İmişlidə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili, uşaq, yeniyetmə və gənclər arasında idmanın kütləviliyinin təbliğ edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilib. 2012-2013-cü illər futbol mövsümündə rayonda yeni, ikinci divizionda çıxış edən "Mil-Muğan" futbol klubu yaradılmış və artıq ilkin uğurlara imza atılmışdır. 2013-cü ildə rayonun 15 yaşlı qızlardan ibarət futbol komandası bütün mərhələlərdə uğurla çıxış edərək Azərbaycan çempionu olub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə ötən il İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılıb. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulur. Rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 550 məcburi köçkün ailəsinə fərdi yaşayış evlərinin tikintisi başa çatdırılıb, qəsəbədə 360 şagird yerlik 2 mərtəbəli yeni məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqələri inşa olunaraq istifadəyə verilib.

2013-cü ilin ötən dövrünün təhlili göstərir ki, İmişli rayonunda iqtisadiyyatın davamlı inkişafı təmin edilib, abadlıq-quruculuq işləri geniş miqyasda həyata keçirilib, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində uğurlu  nəticələr əldə olunub. Azərbaycanın inkişaf dinamikasına uyğun olaraq İmişlinin siması büsbütün dəyişib. Rayonun hər bir sakini Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında aydın şəkildə hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir.

 

 

 

Lazım QULİYEV,

Azərbaycan.-2014.- 8 fevral.- S.3.