Baş Prokurorluqda keçirilmiş geniş kollegiya iclasında ötən

 ilə yekun vurulmuş və qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

Fevralın 7-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2013-cü ildə "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin yekunu və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kollegiya iclasında giriş nitqi ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan müasir məzmunlu siyasət nəticəsində ölkə həyatının bütün sahələrində böyük irəliləyişlərə, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, Vətənimizin iqtisadi qüdrətinin artırılması ilə nəticələnən möhtəşəm sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmuş, hüquqidemokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində görülən işlər yeni müstəviyə qaldırılmışdır.

Zakir Qaralov 2013-cü ildə Azərbaycanda ümumi daxili məhsulun 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, 80 mini daimi olmaqla 110 min yeni yerinin yaradıldığını, ölkə iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulduğunu, Azərbaycanın valyuta ehtiyatlarının 50 milyard dollara çatmaqla ümumi daxili məhsulun 70 faizini təşkil edərək dünya miqyasında ən qabaqcıl göstəricilərdən biri olduğunu xüsusi vurğulamışdır.

Qeyd edilmişdir ki, ötən ilin bir sıra mühüm tarixi hadisələri arasında xalqımızın bu günü və gələcəyi üçün taleyüklü əhəmiyyətə malik olan ictimai-siyasi tədbirin - Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri xalqla dövlətin vəhdətinin birliyinin əyani təsdiqi və bariz nümunəsi olmuşdur. 2013-cü ildə demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun olaraq keçirilmiş prezident seçkilərində xalqımız yekdilliklə İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçməklə ölkədə mövcud əmin-amanlığın və həyata keçirilən sosial-iqtisadi siyasətin davamlılığına, hərtərəfli inkişaf dinamikasının sürətlənməsinə, xalqın rifahının və gələcəyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının sistemli və ardıcıl şəkildə qorunmasına səs vermişdir.

Bildirilmişdir ki, 2013-cü ildə prokurorluq orqanlarının fəaliyyəti ilk növbədə, qanunla müəyyən edilmiş, Azərbaycan Respublikası Prezidentinin göstəriş və tövsiyələrindən irəli gələn vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə, prokurorluğun müasir beynəlxalq standartlar səviyyəsində təkmilləşdirilməsi prosesinin daha intensiv şəkildə davam etdirilməsinə, yeni informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiq olunmasına, bütün fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin daha da artırılmasına yönəlmişdir.

Hesabat dövründə prokurorluq orqanları digər hüquq-mühafizə orqanları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə fəaliyyət göstərərək ölkədə ictimai-siyasi sabitliyin qorunmasını, cinayətkarlığa, xüsusən də onun mütəşəkkil təzahürlərinə qarşı mübarizənin gücləndirilməsini, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsini təmin etmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı verdiyi tapşırıqlar bu istiqamətdə fəaliyyətin səmərəliliyinin daha da artırılaraq ən yüksək tələblər səviyyəsində həyata keçirilməsinin təmin olunmasına zəmin yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması korrupsiyaya şərait yaradan halların aradan qaldırılması istiqamətində mühüm addımdır.

Qeyd edilmişdir ki, ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha uğurlu olmuşdur. Bu da qanunla müəyyən edilmiş digər səlahiyyətlərlə yanaşı, idarəyə korrupsiya ilə bağlı olan cinayətlər üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək hüququnun verilməsi, idarənin yüksək təşkilati əsaslara və çevik struktura malik ixtisaslaşmış mühüm dövlət qurumu kimi formalaşması ilə əlaqədardır. İdarənin "Qaynar xətt" əlaqə mərkəzinin fəaliyyətinin düzgün qurulması müsbət nəticələr vermişdir.

Dövlət başçısı İlham Əliyevin 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında" 2013-cü il 16 yanvar tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə Baş Prokurorluq üzrə təsdiq edilmiş geniş Tədbirlər Planının vaxtında icrası təmin olunmaqla prokurorluqda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsinin yüksəldilməsinə, bu sahədə həyata keçirilən işin səmərəliliyinin xeyli dərəcədə artırılmasına nail olunmuş, "Elektron Sənəd Dövriyyəsi Proqramı"nın və "Elektron Cinayət" İnformasiya Proqramının tətbiqi ilə əlaqədar zəruri tədbirlər görülmüşdür.

Bildirilmişdir ki, 2013-cü ildə ədalətli və şəffaf kadr siyasətinin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməklə bu sahədə görülən sistemli və məqsədyönlü tədbirlər davam etdirilmiş, kadrların demokratik əsaslarla, müsabiqə yolu ilə seçilməsi prosesinin ardıcıllığı, fəaliyyətlərində uğurlar əldə etmiş işçilərin həvəsləndirilməsi, ciddi nizam-intizam şəraitinin mövcudluğu üçün tələbkarlığın artırılması, müvafiq peşəkarlıq səviyyəsinə malik şəxslərin vəzifədə irəli çəkilməsi, işçilərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi, stajorluq və sınaq dövrünü keçən gənc mütəxəssislərin hərtərəfli hazırlıqlı prokurorluq işçiləri kimi yetişmələri üçün zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin tələblərinə, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması və ictimai həyatımızın  müxtəlif istiqamətlərində onların fəal iştirakının stimullaşdırılması barədə dövlət başçısı İlham Əliyevin tövsiyələri və göstərişlərinə müvafiq olaraq 2014-cü il  yanvarın 31-də prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə elan edilmiş müsabiqənin birinci mərhələsi - test imtahanı keçirilmişdir. Müvəffəqiyyət qazanmış 105 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsinə buraxılmışdır.

Xidməti fəaliyyətlərində müsbət göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 15 nəfər, o cümlədən 8 nəfər ilk dəfə müstəqil vəzifəyə irəli çəkilərək rayon prokuroru vəzifəsinə təyin edilmiş, 111 prokurorluq işçisi yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkilmiş, xidmətdə fərqləndiklərinə görə 193 işçi mükafatlandırılmışdır. Təqdirəlayiq haldır ki, rəhbər vəzifələrə irəli çəkilən şəxslər arasında müsabiqə yolu ilə qulluğa qəbul edilən gənc hüquqşünasların çəkisi nisbətən artmışdır.

Qeyd olunmuşdur ki, prokurorluq orqanlarında ciddi tələbkarlıq şəraitinin formalaşdırılması istiqamətində həyata keçirilən qətiyyətli tədbirlərin nəticəsi olaraq, 2013-cü ildə icra və əmək intizamının pozuntusuna, işində və xidmətdən kənar fəaliyyətində kobud qanunsuzluqlara yol verdiklərinə görə 49 əməkdaş intizam məsuliyyətinə cəlb edilməklə, 32 nəfərə şiddətli töhmət və töhmət elan olunmuş, 3 əməkdaş tutduğu vəzifələrdən azad edilmişdir. Həmçinin prokurorluq işçisinə yaraşmayanprokurorluqda xidmətlə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə görə 3 əməkdaş prokurorluq orqanlarından xaric olunmuşdur. Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı Şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan, bundan sonra da  bütün mənfi təzahürlərə qarşı barışmaz mübarizə xəttinin qətiyyətlə davam etdirilməsi, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığın daha da artırılması tələb edilmişdir.

Qeyd edilmişdir ki, dövlətin həyata keçirdiyi sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də vətəndaşların müraciətlərinə və qəbulu məsələlərinə xüsusi diqqətlə yanaşılmışdır.

Hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilmişdir. Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və asanlaşdırılması, buna əvvəlkindən daha az vaxt sərf edilməsi, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsi, vətəndaşların yaşayış yerlərində qəbulunun prosedurları hazırlanaraq təcrübədə səmərəli tətbiqi həyata keçirilmişdir. Eyni zamanda, bu sahədə işin təşkilində müəyyən çatışmazlıqların hələ də mövcudluğu diqqətə çatdırılmaqla tələb edilmişdir ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu işi gündəlik nəzarətdə saxlanılmaqla, "Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında" əmrin qeyd-şərtsiz icrası, həmin fəaliyyət istiqaməti üzrə işin düzgün təşkili, bu sahəyə cavabdeh əməkdaşların məsuliyyətinin artırılması təmin olunsun.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş prokuror tərəfindən respublikanın müxtəlif bölgələrində prokurorluğun rəhbər işçilərinin iştirakı ilə vətəndaşların qəbulu keçirilməklə, qaldırılan məsələlərin yerində həll edilməsi və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər mütəmadi xarakter daşımaqla, hesabat ilində Ağstafada 199, Lənkəranda 100, Qubada 87, Şəkidə 71, Ağsuda 56, Ağcabədidə 58 və Şirvanda 41, cəmi 612 vətəndaş qəbul edilərək müraciətlərinə baxılmışdır.

Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə prokurorluğun maddi-texniki təminatının gücləndirilməsi sahəsində də əhəmiyyətli işlər görülməklə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının milli memarlıq üslubunda, müasir standartlar səviyyəsində tikintisi yekunlaşdırılaraq istifadəyə verilmiş, Bakı Şəhər Prokurorluğunun inzibati binası əsaslı təmir edilmiş, Zaqatala Hərbi, Bakı şəhərinin YasamalSabunçu Rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılmışdır.

Kollegiyada hesabat məruzəsi ilə çıxış edən baş prokurorun birinci müavini Rüstəm Usubov bildirmişdir ki, prokurorluq orqanları tərəfindən hesabat dövrü ərzində digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı aparılan mübarizə nəticəsində respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır cinayətlərin sayı, ilk növbədə adam oğurluğu, adamları girov götürmə, banditizm, cinayətkar birlik yaratma cinayətləri əhəmiyyətli dərəcədə azalmışdır.

2013-cü ildə prokurorluq orqanlarında istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, bu sahədə müsbət göstəricilərinin əldə edilməsi işin təşkilinə cavabdeh olan əməkdaşların məsuliyyətinin artırılması ilə nəticələnmişdir.

Qeyd edilmişdir ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 14 min 90 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları və ya qərarlar təsdiq olunan 9950 aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmişdir.

Prokurorluq orqanlarının icraatında olmuş cinayət işləri üzrə ümumi göstəricinin 40,7 faizini təşkil edən 26 milyon manatdan artıq miqdarda maddi ziyan ödətdirilmişdir. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 98,6 faiziya 7,2 milyon manatın, daxili işlər orqanları üzrə 42,3 milyon manatın və ya 73,4 faizinin, Milli Təhlükəsizlik Nazirliyi üzrə isə 85,9 faizinin ödətdirilməsi təmin edilmişdir.

İbtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsində hesabat ilində 340 cinayət işi üzrə icraata xitam verilməsi və 881 üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, bu fəaliyyət sahəsi üzrə yol verilmiş qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədilə 707 təqdimat verilmişdir.

Bildirilmişdir ki, 2013-cü ildə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün zəruri tədbirlər həyata keçirilmişdir. Qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərlə əlaqədar Baş Prokurorluğun müvafiq idarələrinin əməkdaşları yerlərə ezam olunmaqla lazımi istintaq hərəkətlərinin aparılmasına əməli köməklik göstərilmiş, bu sahədə digər hüquq-mühafizə orqanlarının köməyindən istifadə olunmuşdur.

Həmin tədbirlərin, habelə prokurorluğun Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməliyyat qurumları ilə həyata keçirdikləri əlaqəli işinin nəticəsində 2013-cü ildə qeydə alınmış 206 qəsdən adam öldürmə cinayətinin (2012-ci ildə 198 hadisə) 194-nün, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş ikidaha çox şəxsin ölümü ilə nəticələnən qəsdən adam öldürmə cinayətindən 69-nun "isti iz"lərlə, qeydə alınmış 56 qəsdən adam öldürməyə cəhd cinayətindən (2012-ci ildə 53 hadisə) isə 55-nin açılması təmin olunmuşdur.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirlərinə baxmayaraq, 2013-cü ildə baş vermiş 12 (2012-ci ildə 8) qəsdən adam öldürmə və bir (2012-ci ildə 2) qəsdən adam öldürməyə cəhd cinayətləri açılmamış qalmışdır.

Hesabat dövründə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cəmiyyətdə böyük rezonansa səbəb olan bir neçə ağır və xüsusilə ağır cinayətlərə dair işlərin istintaqı aparılmışdır.

2013-cü il yanvarın  23-24-də İsmayıllı şəhərində baş vermiş kütləvi iğtişaş, özgə əmlakının qəsdən məhv edilib zədələnməsi, hakimiyyət nümayəndəsinə zor tətbiq edilməsi və sair faktlarla, həmçinin 2013-cü il  martın 7-də "Nida" adlı qurumun bir qrup üzvünün yaşadıqları ünvanlarda Bakı şəhərində kütləvi iğtişaşlar törətmək məqsədilə kütləvi aksiyada insanların həlak olmasına yönələn partlayışların törədilməsində istifadə üçün əldə olunmuş "Molotov kokteyli" adlanan partlayıcı qurğuların aşkar edilməsi faktları ilə bağlı başlanmış cinayət işləri üzrə ümumilikdə 28 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işlərinin ibtidai istintaqı tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə Ağır Cinayətlər məhkəmələrinə göndərilmişdir. Hazırda həmin cinayət işləri məhkəmə baxışında olmaqla yekunlaşmaq üzrədir.

İdarədə, həmçinin böyük ictimai rezonansa səbəb olan digər cinayət işlərinin, o cümlədən Qusar rayonunda vəhhabilik təriqətinə mənsub bir qrup şəxsin banditizm, polis əməkdaşlarının qəsdən öldürülməsi, Zaqatala rayonunda cinayətkar qruplaşmalar arasında cinayət aləmində üstünlük əldə etmək məqsədilə baş vermiş münaqişə, Sumqayıt şəhərindəki "Çay evi"ndə odlusoyuq silahlar, partlayıcı qurğular tətbiq edilməklə törədilmiş hadisələrin istintaqı davam etdirilir.

Bildirilmişdir ki, Baş Prokurorluğun rəhbərliyinin daim diqqət mərkəzində olanciddi narahatlıq doğuran məsələlərdən biri kimi qaz sızması və partlayışı, habelə dəm qazından zəhərlənmə ilə əlaqədar insanların ölümü və sağlamlığına zərər vurulması, ölkə iqtisadiyyatına və vətəndaşlara əhəmiyyətli ziyan dəyməsi ilə nəticələnən hadisələrlə bağlı digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı mübarizə məsələləri də daim diqqət mərkəzində saxlanılmaqla, bu qəbildən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitlərin aşkarlanaraq qabaqlayıcı və profilaktiki tədbirlərin görülməsi təmin edilmişdir.

Məruzəçi demişdir ki, son illər aktuallığı və narahatlığı ilə diqqəti cəlb edən məsələlərdən biriyol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri və bu hadisələr zamanı ölən və yaralananların sayının yüksək olmasıdır.

2012-ci illə müqayisədə respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna təqribən bir milyon 300 minə çatması fonunda yol-nəqliyyat hadisələrinin sayının 1,6 faiz, qəzalarda həlak olan şəxslərin sayının 0,3 faiz, yaralananların sayının isə 1,6 faiz azalması müşahidə edilmişdir.

Ötən il 16 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi açılmamış qalmışdır ki, bu da 2012-ci illə müqayisədə 7 hadisə və ya 30,4 faiz azdır. Açılmayan ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı Bakı şəhərində, 10-u isə respublikanın digər  şəhər və rayonlarında qeydə alınmışdır.

Açılmamış ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı istintaqı aparılan cinayət işləri Baş Prokurorluğun müvafiq idarələri tərəfindən öyrənilməklə müzakirələri aparılmış, cinayətlərin açılması istiqamətində Daxili İşlər Nazirliyi ilə zəruri tədbirlər davam etdirilir.

Baş prokurorun müavini - respublika hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Laçın rayon prokuroru Ceyhun Almasov çıxışlarında 2013-cü il ərzində cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində müvafiq tabe struktur qurumlar tərəfindən görülmüş işlər barədə ətraflı məlumat vermişlər.

Çıxış edənlər "Prokurorluq haqqında" Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin daha da artırılması, prokurorluq orqanlarının işinin müasir məzmunda təkmilləşdirilməsi və mövcud çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş konkret təkliflər irəli sürmüşlər.

Kollegiya iclasına yekun vuran baş prokuror Zakir Qaralov Azərbaycan Respublikası Prezidentinin "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" 2012-ci il 26 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında, açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, yol-nəqliyyat hadisələri ilə əlaqədar aparılan təhqiqat, istintaqekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması ilə bağlı zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər vermişdir.

İclasda, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin daha da  gücləndirilməsi barədə dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlara müvafiq olaraq, cari ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, əlaqədar struktur qurumlartabe prokurorluqlar tərəfindən digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş miqyasda qətiyyətli və sistemli mübarizə aparılması, mütəşəkkil cinayətkarlığın bu təhlükəli təzahürlərinin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli fərmanının qeyd-şərtsiz icrası prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri kimi müəyyənləşdirilməklə, Baş Prokurorluğun əlaqədar qurumları və bütün tabe prokurorlara həmin fərmanın və Baş Prokurorluq üzrə müvafiq əmrin yerinə yetirilməsi istiqamətində zəruri işlərin davam etdirilməsi, aşkarlanan korrupsiya hüquqpozmaları üzrə qətiyyətli tədbirlərin görülməsi və qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması hər bir prokurorluq əməkdaşından tələb edilmişdir.

Görülmüş müsbət işlərlə yanaşı, həmçinin fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil  olunmaqla, istintaq işiibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqifiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün konkret tapşırıqlar verilmişdir.

Kollegiya iclasında əminlik ifadə edilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi öz qüvvəsini səfərbərliyə alaraq bundan sonra da fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməklə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzaqgörən və müdrik dövlət siyasətinə tam sadiq qalaraq, ölkəmizdə aparılan möhtəşəm quruculuq işlərində, digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunması, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi və Azərbaycanın daha da qüdrətlənməsi yolunda öz xidmətlərini göstərəcəkdir.

 

Azərbaycan.-2014.- 8 fevral.- S.5.