Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı ilə təsdiq olunmuş

«Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə iş barədə Təlimat»da

 dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 1374 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 613; 2010, ¹ 2, maddə 80) ilə təsdiq olunmuş "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında sənədlərlə barədə Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.  1.1-ci bənddə "qaydaları xüsusi Əsasnamə ilə müəyyən olunur" sözləri "Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə üzrə kargüzarlığın aparılması Qaydası"na uyğun olaraq həyata keçirilir" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 13.2-1-ci bənd əlavə edilsin:

"13.2-1. Administrasiyanın struktur bölməsinin işçisi kompyuterdə olan xidməti məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə vaxtı bitdikdən sonra otağını tərk edərkən istifadəsində olan kompyuteri söndürməklə yanaşı, onu elektrik şəbəkəsindən və internet şəbəkəsini kompyuterlə birləşdirən xətti kompyuterdən ayırmalıdır. Administrasiyanın struktur bölməsinin işçisi bu tələbə əməl etmədikdə  məsuliyyət daşıyır.".

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2014-cü il

Azərbaycan.-2014.- 11 fevral.- S.1.