SAM dünyanın 150 aparıcı beyin mərkəzi sırasındadır

 

Müsahibimiz Azərbaycan Respublikasının Prezidenti yanında Strateji

Araşdırmalar Mərkəzinin direktoru Fərhad MƏMMƏDOVdur

 

 

- Deyilənə görə, hazırda dünyada siyasiiqtisadi təhlil, təhlükəsizlik məsələlərinin tədqiqi və proqnozlaşdırmalar üzrə 6 mindən çox beyin mərkəzi fəaliyyət göstərir. Ötən ilin yekunlarına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi yenə də üstün mövqe tutmuş, reytinq cədvəlində mövqelərini yaxşılaşdıraraq, regionda liderliyini qorumaqla yanaşı, "Dünyanın 150 aparıcı beyin mərkəzi" nominasiyasında 123-cü yer tutmuşdur...

- Əlbəttə, müasir dünyada geosiyasigeoiqtisadi maraqların sürətlə kəskinləşdiyi, beynəlxalq sülh və təhlükəsizlik, inteqrasiya məsələlərinin getdikcə aktuallaşdığı bir şəraitdə bu sayda siyasi araşdırma mərkəzi arasında tədqiqat işlərinin effektliyi və əhatə dairəsi ilə fərqlənmək olduqca fərəhləndirici haldır. Lakin qeyd edilən mövqe yaxşılaşdırılması rəsmi statistik rəqəm olsa da, mahiyyətcə Azərbaycan elminin növbəti uğurunu özündə əks etdirir. SAM-ın qazandığı nailiyyət isə ilk növbədə Prezident İlham Əliyevin ölkəmizin intellektual potensialının keyfiyyətcə yaxşılaşdırılmasına və inkişafına, bütövlükdə Azərbaycan elminin inkişafına yönəldilmiş məqsədyönlü siyasətinin - "qara qızılın insan kapitalına çevrilməsi" formulunun reallaşdırılması istiqamətində yaradılmış əlverişli şəraitin, eləcə də "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn vəzifələrin davamlı icrasının məntiqi nəticələrindəndir.

Ötən illər ərzində Azərbaycanda insan amilinin inkişafına, peşəkar kadr potensialının hazırlanmasına, elmin və təhsilin dinamik inkişafına əhəmiyyətli dərəcədə diqqət göstərilmişdir. Təkcə ötən il Azərbaycanın dövlət büdcəsindən elmin inkişafına yönəldilən maliyyə vəsaitinin məbləği son on il ərzində 2,1 dəfə artırılmışdır. Məlumdur ki, AvropaAsiya qitələrinin, Qərb və Şərq sivilizasiyalarının, müxtəlif geosiyasi mənafelərin, İslam dünyasının, Türk etnomədəni və etnosiyasi məkanlarının qovuşduğu coğrafi ərazidə yerləşən Azərbaycan Respublikası regional lider dövlət olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də möqelərini, nüfuzrolunu xeyli möhkəmləndirmişdir. Malik olduğu siyasiiqtisadi potensial, dinamik inkişaf istiqamətində qazandığı uğurlar, qlobalregional sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində müstəsna fəallığı, ölkədəki siyasi sistemin dayanıqlığı və demokratik qanunvericilik bazasına söykənməsi gün beynəlxalq qurumların, aparıcı beyin mərkəzlərinin diqqət mərkəzindədir.

Qeyd etmək istərdim ki, ABŞ-ın nüfuzlu Pensilvaniya Universiteti hər il olduğu kimi 2014-cü il üçün də dünyanın siyasi tədqiqat mərkəzlərinin yeni reytinq cədvəlini tərtib etmiş və nəticələrini ictimaiyyətə açıqlamışdır. Bu məqsədlə "Beyin mərkəzləri və vətəndaş cəmiyyəti" proqramı çərçivəsində müxtəlif ölkələrdən olan nüfuzlu mütəxəssislər, siyasətçilər arasında sorğular aparılmış, paralel olaraq, ayrı-ayrı tədqiqat mərkəzlərinin faydalı əmsalı müəyyənləşdirilmiş, araşdırmaların səmərəsi əsasında hesabat hazırlanmışdır. Hesabatın yekunlarına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2013-cü ildə nail olduğu mövqelərini bir pillə də yaxşılaşdırmış, "Dünyanın 150 aparıcı beyin mərkəzi" nominasiyasında 123-cü yer tutmuşdur. Eyni zamanda SAM Şərqi Avropanın ən yaxşı beyin mərkəzləri sırasında sayca 31-ci olmuşdur. Bundan başqa, ən səmərəli fəaliyyət göstərən yüzlərlə dövlət beyin mərkəzləri içərisində Strateji Araşdırmalar Mərkəzi sayca dünyanın 27-ci beyin mərkəzi kimi dəyərləndirilmiş, Avropa qitəsində isə hələlik 9-cu yerlə kifayətlənmişdir. Pensilvaniya Universiteti "Ən yaxşı təbliğat işini quran beyin mərkəzləri" nominasiyasında da fərqlənənləri müəyyən etmək üçün müqayisəli təhlil aparmışdır. Nəticədə SAM bu rəqabətdə dünyanın 52-ci beyin mərkəzi seçilmişdir.

 Adı çəkilən reytinq cədvəlində digər fəaliyyət istiqamətləri üzrə də təhlillər aparılmışdır. Məsələn, Strateji Araşdırmalar Mərkəzi "Ən effektiv idarə olunan beyin mərkəzləri" nominasiyasında da fərqlənmiş, dünyanın beyin mərkəzləri arasında 49-cu yerdə qərarlaşmışdır. Hesabatda Azərbaycan Respublikasının intellektual fəaliyyət sahəsində uğurlarını əks etdirən digər fərəhləndirici statistik göstəricilərdən biri hazırda ölkəmizdə 17 strateji tədqiqat mərkəzinin olmasıdır. Azərbaycan bu sahədə də yüksək göstəricilər əldə etmiş, MDB məkanı üzrə reytinq cədvəlində RusiyaUkrayna ilə birlikdə ilk üçlüyə daxil olmuşdur. Onu da xüsusi vurğulamaq istərdim ki, qazanılan uğur SAM kollektivini arxayınlaşdırmamış, təhlilçilərimizin işə məsuliyyət hissini artırmış, səmərəli fəailiyyətlə ölkə rəhbərliyinin göstərdiyi yüksək etimadı doğrultmağa, qarşıdakı illərdə bu göstəriciləri daha da yaxşılaşdırmağa sövq etmişdir. Çalışacağıq ki, bu nailiyyətlə kifayətlənməyək, gələcək fəaliyyətimizdə daha yüksək nəticələr əldə edək.

Yeri gəlmişkən, ötən ilin daha bir uğurunu da qeyd etmək istərdim. 2013-cü ilin iyun ayında ATƏT-in Vyanada keçirdiyi "Təhlükəsizlik günləri" sammiti çərçivəsində bu təşkilatın Akademik Şəbəkəsi təsis edilmişdir. Şəbəkənin yaradılmasında məqsəd ATƏT-in qarşısında duran prioritet vəzifələr və fəaliyyət istiqamətləri ətrafında geniş elmi-siyasi müzakirələrin aparılması, proseslərin dəyərləndirilməsi və onların inkişaf tendensiyalarına dair müvafiq proqnozların verilməsidir. Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi həmin şəbəkəyə üzv qəbul edilmişdir. Hazırda yeni akademik qurumda ATƏT-ə üzv dövlətlərin 30-dək beyin mərkəzi təmsil olunmuşdur.

- Bu ilin ilk ayını tərəfdaşlıq baxımından da SAM üçün uğurlu saymaq olar. Mətbuatda yayılan məlumata görə, xarici tərəfdaşlarınızın sırasına Mərakeş Krallığının Strateji Araşdırmalar Mərkəzi də daxil olmuşdur.

- Mərkəzimizin tədqiqat mövzuları və onların coğrafi əhatəsini Azərbaycan Respublikasının mənafeləri müəyyən edir. Təbiidir ki, araşdırmaların səmərəsinin yüksəldilməsində, regionalqlobal proseslərin təhlilində, o cümlədən Azərbaycan Respublikası haqqında gerçəkliklərin xarici ekspert və siyasətçilərə düzgünoperativ çatdırılmasında beynəlxalq elmi əməkdaşlığın, birgə tədqiqat işlərinin əhəmiyyəti yüksəkdir. Onu da xatırlatmaq istərdim ki, Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın ictimai-siyasiiqtisadi inkişafına, xarici siyasət məsələlərinə, inteqrasiya potensialına, bərabərhüquqlu tərəfdaşlıq imkanlarına dair təhlilllərin aparılmasına, təhdidlərin, regionda və beynəlxalq aləmdə cərəyan edən proseslərin dəyərləndirilməsinə, inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, daxili siyasətin sosial-siyasi aspektlərinə dair tədqiqatların aparılması məqsədilə yaradılmış elmi təsisatdır.

Bu baxımdan beynəlxalq və regional siyasət səhnəsində, qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin təhlili, mərkəzimizin beynəlxalq əməkdaşlıq məsələləri Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarının və Azərbaycan xalqının mənafelərinin təminatına yönəldilmişdir. Onu da qeyd edim ki, təkcə ötən il xarici olkələrdəki müvafiq qurumlarla tərəfdaşlıq çərçivəsində dünyanın nüfuzlu beş beyin mərkəzi ilə memorandum və sazişlər imzalanmışdır. Bu mərkəzlər arasında Çin Xalq Respublikasındakı Müasir Beynəlxalq Münasibətlər Akademiyası, həmin ölkədəki Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu, İraq Strateji Araşdırmalar Qrupu, Avropa Siyasət Mərkəzi və Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu da vardır. Paralel olaraq, səkkiz ölkəni təmsil edən xarici ekspertlərlə birlikdə qlobalregional siyasi, iqtisadi problemlərə, təhlükəsizlik məsələlərinə dair on beş mövzu ətrafında səmərəli araşdırmalar aparılmışdır.

SAM-ın nümayəndə heyətinin Mərakeş Krallığına səfərinə gəldikdə isə, bu, Azərbaycan Respublikasının milli maraqlarının coğrafi hüdudlarının genişlənməsinin, eləcə də tədqiqat qurumunun yeni aktual mövzulara diqqət göstərməsinin, yeni tərəfdaşlıq münasibətlərinin qurulması zərurətinin nəticəsidir. İlk növbədə xatırladım ki, 2013-cü ildə Azərbaycan Respublikasının və Mərakeş Krallığının BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başa çatmışdır. Bu dövr ərzində hər iki ölkə dünya birliyi çərçivəsində səmərəli əməkdaşlıq etmişlər. İslam dövlətləri ailəsində böyük nüfuza və həlledici sözə malik olan Mərakeş Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Azərbaycanın ədalətli mövqeyini həmişə dəstəkləyir və ölkə rəhbərliyi dəfələrlə bəyan etmişdir ki, bu problem yalnız və yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası çərçivəsində həllini tapmalıdır.

Yanvar ayının son günlərində Mərakeş Strateji Araştırmalar Mərkəzinin və Afrika Strateji Araşdırmalar Federasiyasının birgə təşkil etdikləri forumda Afrika qitəsi üçün taleyüklü məsələlər -Şimali Afrika, SaxaraSahel kimi regionlarda sülh və təhlükəsizliklə əlaqəli problemlər, Yaxın Şərqdə cərəyan edən münaqişələrin Şimali Afrika dövlətlərinə təsiri imkanları ciddi müzakirə olunmuşdur. Mərakeş kralı VI Məhəmmədin himayəsi altında keçirilən tədbirdə bir sıra Afrika ölkələrindən, Yaxın Şərq və Qərb dövlətlərindən gəlmiş xeyli sayda siyasətçi və diplomatlar, deputatlar, hərbi mütəxəssislər, eləcə də aparıcı beyin mərkəzlərinin nümayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində keçirilən seminarda SAM-ın "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə təhdiddir" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzədə konkret faktlar əsasında işğalçı Ermənistan tərəfindən zəbt olunmuş ərazilərdə beynəlxalq terrorçu qruplaşmaların yerləşdirilməsinə, burada terror aktları üçün icraçıların hazırlanması məqsədilə təlim-məşq düşərgələrinin fəaliyyət göstərilməsinə dair faktlar forum iştirakçılarının diqqətinə çatdırılmışdır. O da bildirilmişdir ki, nəzarətsiz zonalardan - işğal altında olan ərazilərdən narkotik maddələrin istehsalı və dövriyyəsi, qeyri-qanuni silah-sursat qaçaqmalçılığı məqsədi ilə də istifadə olunmaqdadır.

Bundan başqa, Ermənistanın yürütdüyü siyasətini yeni ekoloji müharibə mərhələsinə transformasiyası, təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ekoloji böhran yaratmaq səyləri barədə də ətraflı məlumat verilmişdir. Belə ki, təkcə işğal olunmuş ərazilərdə deyil, münaqişə zonasından kənarda da ətraf mühitin çirkləndirilməsinə, meşə örtüyünün, nadir faunanın, şirin su mənbələrinin məqsədli şəkildə məhvi, çirkab, kimyəvi maddələr və radioaktiv tullantılarla çirkləndirilməsi regionda genişmiqyaslı ekoloji böhranın yaranmasına yönəldilməklə, bölgədə sülh və təhlükəsizliyin bərqərar olunmasına qarşı ciddi təhdidlərdən biridir. O da vurğulanmışdır ki, ətraf mühitin mühafizəsinə dair beynəlxalq hüquq aktlarının kobud şəkildə pozulması eyni zamanda transsərhəd suaxarlarınının təbii istiqamətinin dəyişdirilməsi, qonşu dövlətlərlə razılaşdırılmamış qaydada onların üzərində hidrotexniki qurğuların tikintisi çaylarda suyun səviyyəsinin azalması, süni daşqın və quraqlıqların yaranması ilə müşahidə olunmaqdadır. Bu düşmənçilik fəaliyyətində məqsəd əhalinin sağlamlığına, Azərbaycanın kənd təsərrüfatına və sənayesinə ciddi ziyan vurmaq, həmin ərazilərdə yaşayan sakinlərin daimi yaşayış yerlərini tərk etməsinə nail olmaqdır. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində törədilən genişmiqyaslı vandalizm aktları - tarix və mədəniyyət abidələrinin, dini inanc yerlərinin kütləvi şəkildə məhv edilməsi barədə də məlumat verilmişdir. Forumun sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə Mərakeş Strateji Araşdırmalar Mərkəzi arasında qarşılıqlı faydalı elmi əməkdaşlığa dair saziş imzalanmışdır. Bununla da SAM-ın xarici ölkələrdəki tərəfdaşlarının sayı 25-ə çatdırılmışdır.

- Bunlar Strateji Araşdırmalar Mərkəzinin ötən müddət ərzində səmərəli fəaliyyətindən və topladığı təcrübəsindən xəbər verir...

- Ötən il Strateji Araşdırmalar Mərkəzi elmi-tədqiqat, elmi-təşkilatçılıq, analitik-informasiya və elmi-nəşriyyat istiqamətləri üzrə fəaliyyətini nəzərəçarpacaq dərəcədə genişləndirmişdir. Tədqiqat işləri planı Azərbaycanın daxilixarici siyasəti, iqtisadi imkanları, etnikdini müxtəlifliyi, xarici təhdidlər və ölkədəki ictimai-siyasisosial proseslərlə bağlı aktual mövzularla zənginləşmiş, bir sıra strateji istiqamətlər üzrə kompleks tədqiqatlar aparılmış, proqnozlar verilmiş, onların əsasında dövlət qurumları üçün müvafiq ekspertiza rəyləri və tövsiyələr hazırlanmışdır. SAM-ın və xarici ölkə mütəxəssislərinin birgə səyi ilə 15 monoqrafiya, toplubroşura, o cümlədən "Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan", "Azərbaycan tarixinin on ili: 2003-2013-cü illər", "Azərbaycanda araşdırma və beyin mərkəzləri. Yaranması, inkişafı və perspektivləri", "Resurslarla zəngin ölkələr: modernləşdirmə və diversifikasiya", "Kollektiv yaddaş: keçmiş haqqında kollektiv təsəvvürlər necə yaranır, qorunur və yenidən yada salınır", "Hidroböhran, hidromünaqişələr və hidrosiyasət", "Yaşıl inkişaf", "Tarixdən bu günümüzə - Türkiyədə yaşayan Azərbaycan türkləri" və digər elmi-tədqiqat əsərləri nəşr olunmuşdur. Ölkəmiz haqqında gerçəklikləri özündə əks etdirən yeni nəşrlərdən beşi Azərbaycanın hüdudlarından kənarda - Almaniyada, Türkiyə və Rusiya Federasiyasında işıq üzü görmüşdür. Eyni zamanda SAM-ın dövri nəşrləri olan "Caucasus International", "Strateji təhlil" jurnalları, "SAM Review" xüsusi buraxılışları, "SAM-ın şərhləri" məcmuəsi çap olunmuşdur.

2013-cü ildə SAM-ın elmi-təşkilati işlər planına uyğun olaraq, Azərbaycanda və bir sıra xarici ölkələrdə ümumilikdə 56 tədbir - beynəlxalq forumkonfranslar, qurultaysimpoziumlar, seminar və "dəyirmi masa"lar, ekspert görüşləri və s. keçirilmişdir. Onların bəzilərini diqqətə çatdırmaq istərdim. SAM və "Azərbaycan" qəzetinin birgə əməkdaşlığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş iki elmi-praktiki konfransda Azərbaycanın dövlətçiliyinin bərqərar edilməsində və möhkəmləndirilməsində, ölkənin davamlı inkişafının təmin olunmasında ulu öndərin misilsiz xidmətləri haqqında məruzə və çıxışlar dinlənilmişdir.

Bundan başqa, "Şərq-Qərb strateji körpüsü" beynəlxalq forumunda dünyanın 11 dövlətini təmsil edən 20-dək beyin mərkəzinin nümayəndələri qatılmış, Qara Dəniz regionunda iqtisadi, siyasi, enerji, təhlükəsizlik məsələləri, münaqişələr və digər mövzular ətrafında səmərəli müzakirələr aparılmışdır. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Futuroloqlar Cəmiyyətinin və SAM-ın birgə təşkilatçılığı ilə keçirilmiş "Bakı Gələcək Forumu" adlı beynəlxalq tədbirdə 28 ölkədən, o cümlədən ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Monteneqro, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, KeniyaCAR-dan gəlmiş 38 ekspert iştirak etmişdir. SAM, Qafqaz Strateji Araşdırmalar Mərkəzi, Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu və Gürcüstanın Qafqaz İnkişaf Fondunun Tbilisidə birgə keçirdikləri "Qafqazda münaqişələr: tarix, bu gün və həll perspektivləri" konfransında regional münaqişələrdə iqtisadi, etnikdini amillər, geosiyasi amillər ətraflı təhlil edilmişdir. Gənclər və İdman Nazirliyi, Azərbaycan Diplomatik Akademiyası ilə birgə "Dəyişən dünyada Cənubi Qafqaz" mövzusunda Beynəlxalq Münasibətlər üzrə Alimlər Assosiasiyasının II Forumu səmərəli və konstruktiv fikir mübadiləsi meydanı olmuşdur. Bundan başqa, MDB ölkələri gənc şərqşünaslarının II qurultayı, "Ərəb ölkələri son dəyişikliklərdən sonra: sosial, iqtisadisiyasi proseslər", Londonda "Böyük Britaniya və Azərbaycan münasibətləri Avropa kontekstində" konfransları, Afinada IV Aralıq dənizi Neft-Qaz konfransı və digər tədbirlər beynəlxalq ekspertlərin yüksək fəallığı ilə müşayiət olunmuşdur.

 SAM nümayəndələrinin 2013-cü ilin aprel-may aylarında ABŞ-a elmi səfəri çərçivəsində bu ölkədə Azərbaycan Respublikası və regional vəziyyətlə əlaqəli 20 konfrans, seminar və görüşlər keçirilmişdir. ABŞ-nin Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzində Brukinqs İnstitutunda, Beynəlxalq İqtisadiyyat üzrə Peterson İnstitutunda, Atlantik Şurada, Ceymstaun Fondunda, Vudro Vilson Beynəlxalq Tədqiqat Mərkəzində, Corc Meyson Universitetinin Münaqişələrin Təhlili və Həlli Məktəbində, Çoxşaxəli Diplomatiya İnstitutunda, Heriteyc Fondunda təşkil edilmiş tədbirlərlə yanaşı bir sıra siyasət və elm mərkəzlərində məhsuldar görüşlər keçirilmişdir. Ötən il ilk dəfə olaraq, SAM-ın Brazilyadakı həmkarları ilə tərəfdaşlıq əlaqələrinin təməli qoyulmuşdur. Bu dövlətin strateji məsələlər və xarici işlər nazirliklərində, Braziliya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunda, Beynəlxalq Münasibətlər Mərkəzində, Aleksandr de GusmaoGetulio Vargas fondlarında təşkil edilmiş görüş və "dəyirmi masalar"da ölkələrimiz arasında münasibətlərin perspektivləri, orta təbəqənin xüsusiyyətləri və eləcə də bu ölkələrdə kibertəhlükəsizliyin müasir vəziyyəti müzakirə olunmuşdur. Digər tədbirlərə gəldikdə isə, ötən il SAM-ın təşkilatçılığı ilə qardaş Türkiyədə Azərbaycan həftəsi keçirilmişdir. Yeri gəlmişkən, bu il Bakıda analoji tədbirin təşkili nəzərdə tutulmuşdur.

SAM əməkdaşları son illərdə pedaqoji fəaliyyyətlərini də genişləndirmişlər. Hazırda Azərbaycanın yeddi ali təhsil ocağında gənclərə bilik və bacarıqlarını təlqin edirlər. Məqsədimiz Azərbaycan dövlətinin gənclər siyasətinə uyğun olaraq, müasir problemləri düzgün dərk etmək və qiymətləndirmək üçün gənc nəsildə strateji təsəvvürlərin əsaslarını formalaşdırmaq, perspektivli təhlilçi-mütəxəssislər hazırlamaqdır. Eyni zamanda ötən il ərzində Azərbaycanın və xarici ölkələrin 24 tələbəsi Strateji Araşdırmalar Mərkəzində elmi təcrübə keçmiş, beş xarici ekspert elmi işçilərin mübadiləsi proqramı çərçivəsində SAM-da regional məsələlərlə əlaqəli tədqiqat işləri aparmışdır.

- SAM-ın bu il üçün nəzərdə tutulmuş fəaliyyət planı barədə nə deyə bilərsiniz?

- 2014-cü il üçün planlaşdırılmış elmi və təşkilati vəzifələrimiz mövzu müxtəlifliyi və əhatə dairəsinin genişliyi ilə fərqlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, neft strategiyası, regional və beynəlxalq təhlükəsizlik məsələləri, ölkədə ictimai-siyasi sabitliyin pozulmasına yönəldilən xarici təhdidlər, Azərbaycanda, regionda baş verən hadisələr haqqında gerçəkliklərin dünya ictimaiyyətinə, o cümlədən tərəfdaşlarımıza çatdırılması bu ilStrateji Araşdırmalar Mərkəzinin prioritet tədqiqat istiqamətlərindən olacaqdır. Çalışırıq ki, dünyanın aparıcı beyin mərkəzləri, sıx elmi əməkdaşlıq etdiyimiz siyasətçilər və ekspertlərlə birgə layihələr həyata keçirməklə onları bu fəaliyyətə daha səmərəli cəlb edək. Bununla bağlı, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Cənubi Koreyada olan tərəfdaşlarımızla sıx təmasların qurulmasını, aparıcı beyin mərkəzləri ilə birgə müzakirələrin təşkilini nəzərdə tutmuşuq.

SAM-ın bu il həyata keçirəcəyi növbəti beynəlxalq layihələrindən biri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən hərtərəfli dəstək almışdır. Layihəyə görə, xarici ölkələrdəki beyin mərkəzlərinin mütəxəssisləri mübadilə proqramı çərçivəsində Strateji Araşdırmalar Mərkəzinə dəvət olunacaqonlar Azərbaycan Respublikasında elmi təcrübə keçəcəklər. Bu isə həmin mütəxəssislərin Azərbaycanla, bütövlükdə regionla yaxından tanışlığı, burada cərəyan edən siyasi-iqtisadi proseslər, toqquşan geosiyasi maraqlar haqqında obyektivdolğun təsəvvür yaradılmasına, düzgün dəyərləndirilməsinə əlverişli imkan yaradacaqdır.

 Məlumdur ki, ötən əsrin 70-80-ci illərindən etibarən, Azərbaycanda genişmiqyaslı sənayeləşmə siyasəti həyata keçirilir, yüzlərlə yeni sənaye müəssisəsi işə salınır və bununla da ölkənin iqtisadi potensialı nəzərəçapacaq dərəcədə möhkəmləndirilir. Azərbaycanın müasir inkişaf mərhələsində mövcud sənaye sahələrinin modernləşdirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istiqamətlərin yaradılması, regionlarda iqtisadi potensialın gücləndirilməsi zərurəti özünü daha qabarıq biruzə verməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2014-cü il "Sənaye ili" elan edilmişdir. Strateji Araşdırmalar Mərkəzi bu sərəncamdan irəli gələn tələbləri əsas götürərək, ölkənin iqtisadi siyasətinin uğurlarının tanıdılması, resursla zəngin ölkələrdə diversifikasiya məsələlərinin beynəlxalq səviyyədə təhlil olunması məqsədilə 2014-cü ildə Bakıda BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) himayəsi altında beynəlxalq konfrans keçirilməsini də planlaşdırmışdır.

Bundan başqa, əldə olunmuş ilkin razılaşmaya əsasən ilk dəfə olaraq Yaponiyadakı həmkarlarımızla səmərəli elmi görüşlərin keçirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və qarşılıqlı faydalı elmi əməkdaşlığa dair saziş imzalanması gözlənilir. Digər planlarımıza gəldikdə isə xarici tərəfdaşlarımız və yerli təşkilatlarla birlikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumumümkün inkişaf perspektivlərinə dair müştərək tədqiqat işləri davam etdiriləcək, Azərbaycan Respublikasının daxilixarici siyasətinin müxtəlif aspektləri, regional təhlükəsizlik və təhdidlərə qarşı birgə mübarizəyə dair toplantı və müzakirələr keçiriləcəkdir. Azərbaycanın Balkan ölkələri ilə iqtisadi, siyasi əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə bu il ilk dəfə olaraq, Albaniya, Yunanıstan, Serbiya, BosniyaHerseqovina, Xorvatiya, Monteneqroya elmi ezamiyyətlər təşkil olunacaq, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Biznes Şurası ilə birgə Yunanıstanın paytaxtı Afina şəhərində "Azərbaycanın Balkanlarda və ətraf yaxın ölkələrdə investisiya siyasəti" mövzusunda konfrans işinə başlayacaqdır.

SAM-ın nümayəndə heyətinin Latın Amerikasına səfər proqramı çərçivəsində isə Azərbaycan-Braziliya İqtisadi Forumu keçiriləcək, burada ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunacaqdır. İtaliya Strateji Araşdırmalar Mərkəzinin iştirakı ilə təşkil olunacaq Azərbaycan-İtaliya Forumunda siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcəkdir. Cari il ərzində Almaniyada Frankfurt Qaz Forumunun, Bakıda isə Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) layihəsinin əhatə etdiyi ölkələrin beyin mərkəzlərinin beynəlxalq toplantısının, "Azərbaycan, Gürcüstan və Türkiyə: üçtərəfli ittifaqregional siyasətin gələcəyi", "Mərkəzi Asiya-Azərbaycan əlaqələri", "Hidrosiyasi təzyiqlər beynəlxalq sülh və təhlükəsizləyə qarşı yönəldilmiş təhdid kimi" mövzularında beynəlxalq konfransın, beynəlxalq münasibətlər üzrə mütəxəssislərin növbəti Bakı simpoziumunun, Azərbaycanda fəaliyyət göstərən araşdırma və beyin mərkəzlərinin Birinci Forumununs. keçirilməsini də planlaşdırmışıq. Eyni zamanda, Azərbaycanda daxili sosial-ictimai proseslərə, etnikdini münasibətlərə dair tədqiqat işləri aparılacaqdır. SAM-da aparılan tədqiqat işlərinin nəticələri, eləcə də xarici tərəfdaşlarımızın Azərbaycan mövzusunda elmi araşdırmaları kitabbroşür halında çap olunacaq, yerlixarici oxucuların diqqətinə çatdırılacaqdır.

 

 

 

Müsahibəni apardı:

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 11 fevral.- S.5.